Icma.az
close
up
RU
Bakı iranlı turistlərlə dolub Necə gəliblər?

Bakı iranlı turistlərlə dolub Necə gəliblər?

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İran-İsrail münaqişəsinin 12 gün davam etməsi, regionda ciddi narahatlıq və təşviş yaradıb. Bu qısa, lakin gərgin dövrdə Bakıya gələn İran vətəndaşlarının sayı nəzərəçarpacaq dərəcədə artıb”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında turizm eksperti Samir Dübəndi bildirdi. Onun fikrincə, bu axının əsas səbəbi təhlükəsizlik və rahatlıq axtarışıdır, gəliş yolları isə hava nəqliyyatı və üçüncü ölkələr üzərindən keçir:

“Əvvəlki illərdə daha çox birbaşa hava reysləri ilə gələn iranlılar, indi əsasən üçüncü ölkələr, xüsusilə Türkiyə və Gürcüstan vasitəsilə Azərbaycana daxil olurlar. Quru sərhədləri bağlı olduğu üçün bu səyahət marşrutu həm logistika, həm də təhlükəsizlik baxımından onların əsas seçimidir. Dövlət Statistika Komitəsinin son rəqəmlərinə görə, münaqişədən sonrakı həftədə Azərbaycana gələn İran vətəndaşlarının sayı əvvəlki dövrlərlə müqayisədə təxminən 25-30 faiz artıb.

2025-ci ilin aprel və may aylarında ölkəyə gələn iranlıların sayı ümumilikdə 12-13 min nəfərə çatıb. Onların arasında sırf səyahət məqsədilə gələnlərlə yanaşı, müvəqqəti relokasiya edən, yəni öz ölkəsindəki qeyri-müəyyənlikdən yayınmaq istəyən şəxslər də var. Bu qrupda olanlar Bakıda kirayə mənzillərdə yaşayır, bəziləri isə iş axtarır və ya öz biznesini qurmağa çalışır.

İranlıların ölkəmizə gəlməsində başlıca səbəb münaqişə nəticəsində yaranan qeyri-sabitlik, sosial və siyasi narahatlıq, həmçinin şəxsi təhlükəsizliklə bağlı təşvişdir. Azərbaycana gəlib, burada qısa və ya orta müddətli sığınacaq tapan bu insanlar üçün Bakı həm coğrafi yaxınlığı, həm də tolerant mühiti ilə cəlbedicidir”.

Ekspert qeyd etdi ki, Azərbaycana gələn iranlıların sayının artması xidmət və ticarət sektoruna müsbət təsir göstərir:

“Bakıda hotellər, kirayə mənzillər, restoranlar və ticarət mərkəzləri bu axından faydalanır. Xarici qonaqların alış-veriş, ictimai iaşə və əyləncə obyektlərində aktivliyi, əlavə gəlir və dövriyyə yaradır. Eyni zamanda, relokantlar (köçkün nəzərdə tutulur-red.) qısa və ya uzunmüddətli yaşayış üçün bazarda tələbatı artırır, bu da daşınmaz əmlak bazarında dinamizmi gücləndirir. Yeni gələnlərin bir hissəsi burada iş qurmağa, xidmət sektorunda çalışmağa və ya startap açmağa maraq göstərir ki, bu da iqtisadi mühitin rəngarəngliyini artırır.

İran vətəndaşlarının Bakıya axını ölkəmizdə yeni mədəniyyətlərarası təmasları gücləndirir. Bakı tarixən multikultural şəhər olub və fərqli xalqların birgə yaşayış ənənəsinə sahibdir”.

Samir Dübəndi son olaraq vurğuladı ki, bu cür qısa müddətdə baş verən sürətli miqrasiya cəmiyyətdə bəzi narahatlıqlara da səbəb olur:

“Yerli əhali arasında qiymət artımı, sosial adaptasiya çətinliyi, fərqli həyat tərzləri və mentalitetlərin toqquşması bəzən gərginlik yaradır. Lakin ölkəmiz qonaqpərvərliyi və tolerant münasibəti ilə fərqlənir, çünki hər kəsə təhlükəsiz mühit təklif olunur. Mənəvi baxımdan isə bu axın həm humanizm dəyərlərini gücləndirir, həm də cəmiyyətin dözümlülük və birgəyaşayış qabiliyyətini sınayır. Fərqli din, dil və mədəniyyətə sahib insanların eyni şəhərdə harmoniyada yaşaması Azərbaycanın müasir ictimai modelini nümayiş etdirir. Eyni zamanda, bu, yerli mədəniyyətə də təsir edir: yeni qastronomik trendlər, sosial və ticarət əlaqələri yaranır, şəhər daha da beynəlmiləl və dinamik olur.

Azərbaycanda formalaşmış tolerantlıq, qonaqpərvərlik və multikultural dəyərlər bu axının mənfi təsirlərini minimuma endirə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 İyun 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri