Icma.az
close
up
RU
Bakı İrəvan sülhündə kritik mərhələ: regionun taleyini dəyişir Türkiyəli GENERAL

Bakı İrəvan sülhündə kritik mərhələ: regionun taleyini dəyişir Türkiyəli GENERAL

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və Ermənistan arasında sülh müstəvisində atılan addımlar regionda davamlı sabitliyin təmin olunması baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Türkiyəli general, siyasi ekspert Yücel Karauz mövzu ilə bağlı Gununsesi.info -ya  açıqlamasında bu prosesin həm siyasi, həm də strateji baxımdan əhəmiyyətinə diqqət çəkərək, mövcud irəliləyişlərlə yanaşı, hələ də atılmalı olan vacib addımların qaldığını bildirib.

Ekspertin fikrincə, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımlar prosesi irəli aparması baxımından müsbət, strateji baxımdan isə olduqca əhəmiyyətlidir. Lakin bu mərhələdə qiymətləndirməni daha aydın aparmaq üçün prosesi beş əsas istiqamət üzrə dəyərləndirmək məqsədəuyğundur.

“Birinci əsas məqam siyasi və strateji əhəmiyyətlə bağlıdır. Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin formalaşması ilk növbədə münaqişənin de-fakto olaraq qəbul edilməsi və regionun 30 ilə yaxın davam edən münaqişə psixologiyasından çıxışı deməkdir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü həm şifahi, həm də yazılı şəkildə tanıması diplomatik baxımdan dönüş nöqtəsi hesab olunur. Azərbaycan isə qalib dövlət mövqeyindən sülh təşəbbüsü ilə çıxış edərək regional balansın konstruktiv məcraya yönəldiyini nümayiş etdirir. Bu amil prosesin müsbət tərəflərini daha da gücləndirir.

İkinci əsas istiqamət təhlükəsizlik və risklərin azaldılması ilə bağlıdır. Sülhə yönəlmiş addımlar sərhəddə gərginlik və silahlı insident risklərini azaldır, regional münaqişələrin böyük güclərin qarşıdurma müstəvisinə keçməsi ehtimalını zəiflədir. Eyni zamanda üçüncü tərəflərin müdaxilə imkanlarını məhdudlaşdırır və Cənubi Qafqazın daimi geosiyasi münaqişə bölgəsi kimi təqdim olunmasının qarşısını alır.

Üçüncü məqam regional inteqrasiya və iqtisadi perspektivlərlə əlaqədardır. Xüsusilə Zəngəzur istiqamətində kommunikasiya xətlərinin açılması ehtimalı Cənubi Qafqazı münaqişə zonasından çıxararaq mühüm tranzit mərkəzinə çevirə bilər. Bu, Azərbaycan üçün Orta Asiya–Avropa xətti üzrə strateji dərinlik yaradır, Ermənistan üçün isə yeni çıxış yolları və iqtisadi nəfəs imkanları formalaşdırır. Nəticədə tərəflər üçün nisbi, lakin qarşılıqlı faydalı qazanclar ortaya çıxır.

Dördüncü əsas məqam beynəlxalq münasibətlər müstəvisində özünü göstərir. Xarici aktorların prosesdəki rolu tədricən azalır, iki ölkə arasında birbaşa dialoq mexanizmləri daha aktiv hala gəlir. Bu isə sülh prosesinin daha dayanıqlı və real əsaslar üzərində qurulmasına imkan yaradır”, – o deyib.

Bununla yanaşı, müəyyən risklərin hələ də qalmaqda olduğunu vurğulayan Yücel Karauz bildirir ki, Ermənistanda siyasi müqavimət və revanşist düşüncələr tam aradan qalxmayıb.

“Razılaşmaların icrası üçün effektiv mexanizmlərin yetərincə formalaşmaması da prosesi zəiflədən amillər sırasındadır. Eyni zamanda sülhün cəmiyyətlər tərəfindən psixoloji olaraq qəbul olunması zaman tələb edən bir prosesdir və bu istiqamətdə ardıcıl addımların atılması vacibdir”.

Ayşən Rəhim 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Dekabr 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri