Icma.az
close
up
RU
“Netanyahunun iddiaları əssasızdır” Türkiyəli general

“Netanyahunun iddiaları əssasızdır” Türkiyəli general

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə olaraq Osmanlı imperiyası tərəfindən XX əsrin əvvəllərində törədildiyi iddia olunan qondarma “erməni soyqırımı”nı tanıdığını bəyan edib. O, amerikalı podkaster Patrik Bet-Devidin verilişində bu məsələ ilə bağlı suala cavab verərkən, “Məncə tanıyıblar, Knesset də bununla bağlı qətnamə qəbul edib. Amma heç bir İsrail baş naziri bunu etməyib” sualına “Mən indi etdim” cavabı ilə mövqeyini açıqlayıb.

Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz mövzu ilə bağlı Metbuat.az-a açıqlama verib. General bildirib ki, İsrailin qarşısında ən açıq şəkildə səsini yüksəldən ölkələrin başında Türkiyə gəlir:

“Qəzzada başlayan müharibə qısa müddətdə böyük bir faciəyə çevrilib. İndiyədək təxminən 60 min mülki şəxs həlak olub, onların da 20 mini uşaqdır. Bundan başqa, 15 minə yaxın yaralı var. Bu qədər kiçik ərazidə, bu qədər qısa zamanda baş verən hadisələr beynəlxalq ictimaiyyətin qəbul edə biləcəyi bir vəziyyət deyil.

Hazırda Beynəlxalq Cinayət Məhkəməsində İsrailin baş naziri başda olmaqla məsul şəxslərə qarşı mühakimə prosesi davam edir. Lakin beynəlxalq miqyasda İsrailin hərbi əməliyyatlarına qarşı real tədbirlər görülmür. Qəzzada baş verənlər yalnız Fələstinin deyil, bütün insanlığın vicdan sınağıdır. BMT və İslam Əməkdaşlıq Təşkilatının qınama bəyanatları ilə kifayətlənən beynəlxalq ictimaiyyətin susqunluğu da diqqət çəkir. Türkiyənin haqqa və ədalətə əsaslanan mövqeyi İsrail Baş naziri Netanyahunu qəzəbləndirir. Netanyahu törətdiyi cinayətləri ört-basdır etmək və mühakimədən yaxa qurtarmaq üçün 1915-ci il hadisələrini gündəmə gətirərək Türkiyəni də ittiham etməyə çalışır”.

Tarixi faktlara diqqət çəkən Yucel Karauz qeyd edib ki, 1915-ci il hadisələri ermənilərin üsyanı və Osmanlı ordusunu arxadan vurması nəticəsində həyata keçirilən köçürmə əməliyyatı idi:

“O dövrdə qanunsuzluq edən şəxslər Osmanlı məhkəmələri tərəfindən cəzalandırılmışdı. Köçürmə zamanı xəstəlik, ağır şərait və ya qisas hissi ilə cinayət törədənlər məsuliyyətə cəlb olunmuşdu. Buna görə də 1915 hadisələrini, bu gün İsrailin dünyanın gözü qarşısında həyata keçirdiyi soyqırımla eyniləşdirmək əsassız və saxta iddiadır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 27 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see482

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see282

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see278

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see271

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see252

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see247

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see246

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see245

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see233

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see232

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see230

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see220

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see218

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see214

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see210

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see208

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see208

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see207

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see205

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri