Bakı İrəvana yeni şərt irəli sürüb? Kaqramanyan
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Azərbaycan Ermənistan rəhbərliyi qarşısında yeni bir ilkin şərt irəli sürür və söhbət qayıdış hüququ məsələsindən gedir.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Samvel Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan Partiyasının mətbuat katibi Marianna Kaqramanyan deyib.
“Qərbi Azərbaycan İcması’nın rəhbəri Əziz Ələkbərli bəyan edib ki, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində aparılan müzakirələrin bir hissəsinə çevrilməlidir. Onun sözlərinə görə, bu hüquq bərpa olunmadan regionda möhkəm və dayanıqlı sülhdən danışmaq çətindir. Bu bəyanat Bakının yeni şərt irəli sürdüyünü göstərir. Mövcud hakimiyyət isə erməni xalqı ilə səmimi deyil, real vəziyyəti cəmiyyətdən gizlədir”, – deyə Kaqramanyan vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:211
Bu xəbər 24 İyun 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















