Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bakı İrəvana əlavə şərt qoyub? Mirzoyan ziddiyyətli danışdı

Bakı İrəvana əlavə şərt qoyub? Mirzoyan ziddiyyətli danışdı

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına müsahibəsində Ermənistan-Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regionda baş verən dəyişikliklər barədə danışıb. Nazir bir sıra diqqətçəkən məqamlara toxunub və Azərbaycanla bağlı növbəti dəfə manipulyativ bəyanatlar səsləndirib.

Mirzoyan iddia edib ki, guya sülh müqaviləsinin imzalanmasına hazırdırlar, lakin Azərbaycan əlavə şərtlər irəli sürür: “Biz bununla razı deyilik. Ancaq proses imza mərhələsini gözləmədən də davam edir. Məsələn, biz artıq birlikdə ATƏT strukturlarına müraciət etmişik ki, Minsk prosesi bağlansın”.

Mirzoyanın bu mövzuya avqustun 8-dən sonra ilk dəfə məhz indi toxunması təsadüfi deyil. Həmin tarixdən sonra Brüssel və Moskva xəttində diplomatik fəallıq artıb, ABŞ Dövlət Departamenti isə həm Bakıya, həm də İrəvana sülhün “son fürsət” olduğunu açıq şəkildə bildirib. Görünür, Mirzoyanın açıqlaması Qərbə loyal görünmək və Ermənistanın “konstruktiv tərəf” obrazını qorumaq cəhdidir. Amma bu, eyni zamanda Vaşinqton bəyannaməsindən sonra formalaşan yeni regional reallıqlardan narahatlığın göstəricisidir.

Yeni geosiyasi şəraitdə Qarabağın Azərbaycan ərazisi kimi tam tanınması beynəlxalq miqyasda getdikcə daha açıq şəkildə qəbul edilir. Ermənistan isə bu reallığı qəbul etməməyin yaratdığı təzyiqi müxtəlif bəhanələrlə azaltmağa çalışır. Mirzoyanın “əlavə şərtlər” bəhanəsi də həmin təzyiqin diplomatik ifadəsidir.

Son illərdə Ermənistan XİN-in bəyanatlarında aydın bir xətt görünür - prosesləri dondurmaq, məsuliyyəti Azərbaycanın üzərinə atmaq və vaxt qazanmaq. Halbuki Azərbaycan sülh müqaviləsinin imzalanmasına tam hazırdır və bunu dəfələrlə bəyan edib. Rəsmi Bakı üçün sülh sənədi şərtlər paketi deyil, ədalətin və yeni regional reallığın hüquqi təsdiqidir.

Mirzoyanın son açıqlaması Ermənistan diplomatiyasının hələ də ikili oyundan tam imtina etmədiyini göstərir. İrəvan Qərbə sülhpərvər, daxili auditoriyaya isə “qətiyyətli” görünmək arasında tarazlıq axtarır. Amma bu siyasət nə Ermənistanın, nə də regionun xeyrinə deyil. Sülh yalnız aydın, prinsipial və qarşılıqlı tanınmaya əsaslanan sənəd üzərində mümkündür.

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, bu, Ermənistan XİN rəhbərinin gətirdiyi bəhanədir: “Önəmli olan liderlərin imzaladığı bəyanatdır.

Sülh prosesi və sülh quruculuğu faktiki olaraq start götürüb. Ermənistanda seçkilərdən sonra konstitusiyaya dəyişiklik edilməlidir ki, paraflanan sülh sazişi imzalansın və nəqliyyat yolları işə düşsün. Azərbaycanın heç bir əlavə şərti yoxdur. Şərt odur ki, konstitusiya dəyişməlidir. Azərbaycana ərazi iddiası edən bənd orada olmamalıdır. Bu, əlavə şərt deyil. Vətən müharibəsindən sonra 5 ildir ki, səsləndirdiyimiz tələbdir. İstənilən dövlət tələb edər ki, qanun səviyyəsində ərazimə iddia etmə. Bunu Paşinyan da qəbul edir və özü də deyib ki, yeni konstitusiya qəbul olunacaq.

Zəngəzur dəhlizi ilə bağlı da Azərbaycanın əlavə şərti yoxdur. Şərtimiz bəllidir: Azərbaycan vətəndaşları dəhlizdən maneəsiz keçid imkanları əldə etməlidirlər. Paşinyan da deyir ki, erməni gömrükçü ilə Azərbaycan vətəndaşı arasında fiziki təmas olmayacaq. Yəni texnologiyalar inkişaf edib, kameralar vasitəsilə icra olunacaq.

Ola bilsin ki, Mirzoyan bu açıqlamanı verməklə qabaqdan gəlmişlik etmək istəyir ki, proses ləngisə, günahkar Azərbaycan kimi göstərilsin. Amma bunlar keçməyəcək, işin içində Amerika da var. Onu aldatmaq olmaz".

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı qəzetə açıqlamasında deyib ki, indiki məqamda Ermənistan tərəfi parlament seçkilərinə hazırlaşır və proses gərgin mübarizə şəraitində davam edir. Ölkənin daxilində müəyyən qüvvələr ayağa qalxmağa çalışır: "Eyni zamanda Paşinyanın və onun komandasının vəziyyəti o qədər də güclü deyil. Bəzi siyasi qüvvələr artıq formalaşır, toparlanır və Paşinyanın əleyhinə mövqe götürürlər.

Kilsə də Paşinyanın əleyhinədir və onun rəhbərliyi Paşinyana qarşı ittifaq təşkil edib. Bu isə təhlükəli bir məqamdır. Eyni zamanda xarici təsirlər, xüsusilə Rusiyadan, Ermənistanda Paşinyana qarşı addımlar atılır. Rusiya hələ də Paşinyanın hakimiyyətini qətiyyətlə qəbul etmir. Seçkilərə qədər sülh müqaviləsi imzalansa belə, bu, Paşinyanın rəqibləri tərəfindən əks təbliğat üçün istifadə oluna bilər".

A.Nağı bildirir ki, seçim öncəsi hər an vəziyyət dəyişə, ictimai rəy təsir altında qala və Paşinyana qarşı mövqe güclənə bilər: “Lakin fakt budur ki, Paşinyan ermənilər üçün düzgün bir yol seçib və ölkəni xəyali arzulardan, yanlış istiqamətlərdən uzaqlaşdırmaq istəyir.

Paşinyan həmçinin real siyasət yürütmək niyyətindədir və Ermənistanı dövlət səviyyəsində xilas etməyə çalışır. Bu səbəbdən, əhalinin seçki zamanı qərarlarına baxmayaraq, onun komandası müəyyən hallarda sülh müqaviləsindən qaçmağa cəhd edə bilər. Lakin bu, Azərbaycan tərəfinin günahı deyil. Azərbaycan əvvəlcədən öz şərtlərini açıqlamış və Minsk Qrupu çərçivəsində müzakirələr aparmışdır. Son nəticədə razılaşmalar əldə olunub.

Eyni zamanda Ermənistanın Konstitusiyasında dəyişikliklər aparılıb və bu məsələlər Azərbaycan tərəfindən də izlənilib. Bu, Azərbaycanın mövqeyinə tam uyğundur. Azərbaycan tərəfi bir çox məsələlərdə düzgün addımlar atır və müharibə, müharibənin nəticələri, təmir və digər texniki məsələlər üzərində yumşaq yanaşır.

Amma prinsipial məsələlər var ki, Azərbaycan güzəştə getmək istəmir. Azərbaycan tərəfindən ortada əlavə şərt yoxdur, mövcud olan şərtlər isə Ermənistan tərəfindən nəzərə alınmalıdır. Bu məsələlərin seçkilərdən sonra müzakirəsi ehtimalı da mövcuddur. Mənim fikrimcə, Azərbaycan rəhbərliyi bu mövqeyi anlayışla qəbul edir və başa düşür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri