Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Bakı İrəvanla razılığa gəldi

Bakı İrəvanla razılığa gəldi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Delimitasiya İranla sərhədə qədər aparılacaq

Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının on birinci görüşü keçirilib. Görüş iki ölkə arasındakı sərhəddə baş tutub. İclasa Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və onun ermənistanlı həmkarı Mher Qriqoryan sədrlik ediblər. Eyni gündə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın da on birinci görüşü baş tutub.

Görüşün nəticələrinə dair mətbuat üçün yayılan açıqlamada bildirilib ki, müzakirələr zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xətti sahələrinin – hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdiriblər. Dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycanın, Ermənistanın və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən, şimaldan cənuba doğru – Azərbaycan və Ermənistanın İran İslam Respublikası ilə sərhədinə qədər aparılması barədə razılığa gəlinib. Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Doğrudur, Ermənistan–Azərbaycan sərhədinin delimitasiya-demarkasiya prosesi ilə sülh danışıqları bir-birindən ayrı prosesdir. Sülh danışıqları iki ölkənin xarici işlər nazirləri arasında aparılır. Sonra isə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüş keçirilməsi üçün zərurət yarandığı təqdirdə təmaslar gerçəkləşdirilir. Amma əlbəttə ki, Ermənistanla münasibətlərin hazırkı mərhələsində hər hansı istiqamətdə əldə olunan razılaşma təqdirəlayiqdir.

Onu da bildirək ki, bundan əvvəlki, yəni onuncu görüş 2024-cü il noyabrın 1-də yenə iki ölkə arasındakı sərhəddə keçirilmişdi. Həmin görüşün yekunlarına dair mətbuat üçün açıqlanan məlumatda bildirilmişdi ki, tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xətti sahələrinin-hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi aparmışdılar. Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etmişdilər. Həmçinin, növbəti görüşün keçirilməsinin tarixi və yerinin işçi qaydada müəyyən edilməsi barədə razılıq əldə olunmuşdu. Komissiyaların görüşü başa çatdıqdan sonra Ş.Mustafayev və M.Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyası məsələlərini müzakirə etmişdilər. Göründüyü kimi, Fransa, ABŞ-da səlahiyyət müddəti başa çatmaq üzrə olan Co Bayden administrasiyasının kənar müdaxilələri olmadığı təqdirdə, Azərbaycan və Ermənistan nəinki delimitasiya-demarkasiya prosesini, ümumiyyətlə, bütün məsələləri, o cümlədən sülh sazişi üzrə razılaşmanı çox yaxında başa çatdıra bilərlər. Sülhə gedən yol məhz sərhəddə hər hansı vasitəçinin iştirakı olmadan görüşlərin keçirilməsi ilə başlayır. Sərhədlərin müəyyənləşdirilməsi sülh sazişinin razılaşdırılmasına töhfədir.

İki ölkə arasında komissiyaların işi haqqında əsasnamə isə 2024-cü il avqustun 30-da imzalanmışdı. Bunun ardınca, yəni sentyabrın 26-da Ermənistan konstitusiya məhkəməsi əsasnamə (reqlament) layihəsinin ölkənin əsas qanununa uyğunluğunu tanımışdı. Ermənistan parlamentinin təsdiqindən sonra ölkə prezidenti də sənədi təsdiqlədi. Azərbaycanda da buna bənzər proses getdi. Ermənistanla eyni gündə, yəni oktabrın 24-də Prezident İlham Əliyev də əsasnaməni təsdiqlədi. Həmin əsasnamə, əslində, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müəyyənləşməsinin ilk ikitərəfli legitim sənədi hesab oluna bilər. Buna qədər isə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli razılaşma və onun əsasında formalaşmış ikitərəfli komissiyanın müəyyən təkliflər, razılaşmalar və kompromislər əsasında həyata keçirdiyi fəaliyyətlər var idi. İndi isə konkret sənəd var və həmin sənəd məhz reqlament qaydalarını, prosessual məsələləri tənzimləyir.

Komissiyaların on birinci görüşünün keçiriləcəyi barədə ilk açıqlamanı isə yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev açıqlamışdı. Dövlətimizin başçısı ötən il Qazax rayonunun dörd kəndinin erməni işğalından azad edilməsi barədə suala cavabında dedi: “Beləliklə, düşünürəm ki, proses maksimum şəffaf oldu, həmçinin ermənilərin yeni himayədarları tərəfindən müsbət qarşılandı, çünki demarkasiya prosesi də aparıldı. Əlbəttə, bu, sərhədin bütün perimetri üzrə dəqiqləşdirmə üçün təkan verməlidir. Delimitasiya və demarkasiya üzrə Ermənistan və Azərbaycan komissiyalarının razılaşdırdığı protokol elə ondan xəbər verir ki, sərhədin dəqiqləşdirilməsi zamanı bir çox amillər – təhlükəsizlik, kommunikasiyalar, yaşayış məntəqələri, tarixi, ekoloji amillər və sair nəzərə alınmalıdır. Yəni, Ermənistanla Azərbaycan arasında mövcud olan şərti sərhəd, birincisi, ehkam deyil. Bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, bunun üçün mənim dediyim bir çox bu və ya digər amillərin dəqiqləşdirilməsi tələb olunur. Amma bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır. Bizim metodologiya üzrə yanaşmamız var, onu erməni tərəfinə təqdim etmişik. Mənə məruzə etdilər ki, aldığımız şifahi cavab ondan xəbər verir ki, onların tərəfindən xüsusi etiraz yoxdur. Beləliklə, yaşayıb görərik…”

Delimitasiya prosesində müəyyən müsbət nəticələr olsa da, sülh danışıqları ilə bağlı razılaşdırılmamış məqamlar üzrə hələlik irəliləyiş yoxdur. Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib ki, Azərbaycan Ermənistanla sülh sazişi üzrə yüksək nəticələrə, eyni zamanda, delimitasiya prosesində inkişafa nail olsa da, Ermənistanda revanşist meyillərin olması, bu dövlətin militarist siyasət yürütməsi və konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları saxlaması bizdə ciddi şübhələr yaradır.

Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Azərbaycan və Ermənistan arasında danışıqlar hazırda bir neçə istiqamətdə gedir. Onun sözlərinə görə, iki gün əvvəl danışıqlar prosesində daha bir vacib istiqamətlərdən sayılan şərti sərhədin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın görüşünün keçirilməsi, bu zaman prosesə bütün sərhədyanı ərazilərdə start verilməsinə dair qərarın qəbul edilməsi özlüyündə irəliyə doğru atılmış addımlardan biridir: “Əlbəttə, əldə olunmuş razılaşma optimist olmağa imkanlar yaradır. Bilirsiniz ki, Azərbaycan və Ermənistan arasında sərhədin, ümumiyyətlə, haradan keçməsi uzun illərdir diskussiya predmetidir. Əslində, indi də belədir. Çünki söhbət ondan gedir ki, ümumiyyətlə, Ermənistan dövləti hansı sərhədlər daxilində olmalı idi, olmalıdır və necə oldu ki, onun sərhədləri indiki ölçülərə gəlib çıxdı. Hər kəsə məlumdur ki, indiki Ermənistan dövləti Azərbaycan torpaqlarında qurulub. O dövrdə İrəvan ermənilərə güzəştə gedilib. Ararat Respublikası (1918-1920-ci illərdə mövcud olmuş ilk erməni dövləti bəzən belə adlandırılır–S.H.) 1920-ci il noyabrın 29-da süqut etdikdən və orada sovet hakimiyyəti qurulduqdan sonra bu dövlətin ərazisi süni olaraq 9 min kvadratkilometrdən 29 min kvadratkilometrə çatdırılıb. Buna görə də şərti sərhədyanı ərazilərlə bağlı yanvarın 16-dakı açıqlamanın verilməsi, zənnimcə, ictimaiyyətə açıqlanmayan digər vacib anlaşmaların da ola biləcəyindən xəbər verir. Digər vacib anlaşmalar Ermənistan və Azərbaycan arasında ya əldə olunub, ya da əldə olunmaq üzrədir. Bu anlaşmalar, əlbəttə, ölkəmizin maraqlarını qoruyan və əhatə edən istiqamətlərlə bağlıdır”.

Politoloq qeyd etdi ki, o cümlədən əgər biz şərti sərhədlərdən bəhs ediriksə, istər-istəməz, Prezident İlham Əliyevin də bildirdiyi kimi, azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı barədə də danışmalıyıq. Müsahibimiz dedi ki, soydaşlarımızın tarixi torpaqlarına qayıdışı məsələsi də yaxın gələcəkdə müzakirə predmeti ola bilər. Bu məsələ üzrə ilk dəfə 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqı Şurası prezidentinin evsahibliyi etdiyi Azərbaycan və Errmənistan liderləri arasındakı görüşdə açıqlama verildi. Həmin dövrdə ilk dəfə olaraq azərbaycanlıların qayıdışı məsələsi Aİ Şurasının sabiq prezidenti Şarl Mişel tərəfindən səsləndirilmişdi. Bundan sonrakı proseslərdə Qərbi Azərbaycan İcması Ermənistan baş nazirinə görüşlə bağlı müraciət etsə də, Nikol Paşinyan hələ də bu müraciətləri cavabsız qoyur.

Z.Məmmədovun sözlərinə görə, ancaq yanvarın 7-də Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər və bundan sonra N.Paşinyanın Azərbaycanın ritorikanı dəyişəcəyi təqdirdə bu məsələyə baxılacağını istisna etmədiyini bildirməsi faktiki olaraq ondan xəbər verir ki, şərti sərhədyanı ərazilərlə bağlı əldə edilmiş razılıq həm də sistemli yanaşmanı ehtiva edir: “Bu sistemli yanaşma isə ondan ibarətdir ki, Azərbaycanın az öncə qeyd etdiyim digər məlum tələbi də bundan sonra müzakirə predmeti olacaq. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə danışıqlar davam etməkdədir. Bu sənədin razılaşdırılması istiqamətində müzakirələrin yekunlaşması prosesi 2024-cü ildə yekunlaşmadı. Çünki məlum səbəblər var idi. Həmin məsələlər hələ də həllini tapmayıb. Ümid edək ki, əvvəlki illərdə razılaşdırılması mümkün olmayan məsələlərlə bağlı 2025-ci ildə razılaşma mümkün olacaq”.

Politoloq onu da bildirdi ki, rəsmi İrəvan bir tərəfdən Avropa İttifaqının müşahidə missiyasının müddətini uzatmaq niyyətindədir. Digər tərəfdən isə ABŞ Ermənistan sərhədçilərinə bu və ya digər istiqamətlərdə kömək edəcəkdir. Bu isə o deməkdir ki, sülh danışıqlarının müəyyən şərtləri Ermənistan tərəfindən yerinə yetirilmir, amma bunun əvəzində İrəvan güzəştə getməli və ölkəmizin danışıqlardakı digər tələbləri ilə razı olmalıdır.

Səxavət HƏMİD 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Yanvar 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri