Icma.az
close
up
RU
Azərbaycan narı həm ixrac olunur, həm də idxal: Səbəb nədir?

Azərbaycan narı həm ixrac olunur, həm də idxal: Səbəb nədir?

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4.4 milyon ABŞ dolları dəyərində 5 163 ton nar ixrac edib. Bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 faiz, kəmiyyət olaraq - 38 faiz çoxdur. Hesabat dövründə Azərbaycan 146 min ABŞ dolları dəyərində 71.2 ton nar idxal edib. Maraqlıdır, Azərbaycan nar ixracını artırsa da, özü də xaricdən nar alır. Bunun səbəbi nədir?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Mövsümdə özümüzü təmin edirik, amma...

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, nar Azərbaycanın tipik payız məhsuludur: "Yerli istehsal əsasən sentyabr-noyabr aylarında ən yüksək həddə çatır. Bu aylarda məhsul bolluğu səbəbindən həm daxili bazar tam təmin olunur, həm də ixrac üçün kifayət qədər potensial yaranır. Məhz həmin dövrdə ixracın böyük hissəsi həyata keçirilir. Bunlar həm mövsümi amillər, həm də bazar tələbatı ilə bağlıdır".

N.Əzizli bildirib ki, mövsüm başa çatdıqdan sonra idxala ehtiyac duyuruq: "Digər aylarda bazarda boşluq yaranır. Yerli məhsul tədricən bazardan çəkilir, anbarlarda qalan həcmdən istifadə olunur, lakin bu, bütün ilin tələbatını qarşılamır. Mövsümdənkənar dövrdə bazarda təchizat boşluğu yarandığı üçün idxal qaçılmazdır. Bir çox ölkələr - xüsusilə İran, Türkiyə və Mərkəzi Asiya dövlətləri həmin aylarda Azərbaycan bazarına rahatlıqla təklif edə bilirlər".

"İstehlakçılar xarici sortlara üstünlük verirlər"

Müsahibimizin fikrincə, Azərbaycanın ixrac etdiyi nar növləri ilə daxili bazarda tələb olunan sortlar eyni deyil: "Azərbaycanın ixrac etdiyi nar sortları ilə daxili bazarda yüksək tələbat olan nar növləri arasında fərq var. İxrac üçün əsasən qalın qabıqlı, daşınmaya davamlı, iri və qırmızı rəngli sortlar seçilir. Daxili bazarda isə bəzi istehlakçılar daha şirəli, yumşaq toxumlu və ya dad fərqləri olan başqa ölkə sortlarına üstünlük verirlər. Bəzi istehlakçılar başqa ölkələrin sortlarına üstünlük verdiyi üçün idxal davam edir".

N.Əzizlinin sözlərinə görə, idxal olmasa, bazarda qiymətlər bahalaşa bilər: "İllik nar istehsalımız təxminən 190-195 min ton təşkil edir. Bu həcmdən cəmi 15-18 faiz ixraca gedir. Bu o deməkdir ki, Azərbaycan öz tələbatını böyük ölçüdə təmin edən ölkədir, yəni nar üzrə özünütəminetmə səviyyəsi 80 faizdən yuxarıdır. Əsas iqtisadi səbəb bazarın sabit saxlanmasıdır. Xaricdən idxal edilən nar bazarda rəqabəti qoruyur və qiymətlərin normadan artıq artmasının qarşısını alır".

"İstehsal artdıqca, idxal azalacaq"

Ekspertin fikrincə, emal müəssisələri üçün də müəyyən növ xammal tələb oluna bilər ki, həmin çeşid yalnız xarici bazardan əldə edilir: "Bu da idxalın az da olsa davam etməsinə təsir edən amillərdən biridir. İstehsalın artması, yeni bağların salınması və emal gücünün genişlənməsi gələcəkdə həm ixrac payını artıracaq, həm də mövsümdənkənar dövrdə idxal asılılığını daha da azaldacaq".

"Yığılan narın böyük bir qismi ixrac olunur"

İqtisadçı Elçin Əkbərov da düşünür ki, nar ixracının və idxalının eyni vaxtda mövcud olmasının bir neçə əsas səbəbi var: "Nar əsasən payızda toplanır. Bu zaman pik həddə ixrac baş verir. Soyuducu anbarları, uzunmüddətli saxlama infrastrukturu və narın da uzunmüddətli saxlanma imkanları məhdud olduğu üçün yığılan narın böyük bir qismi ixrac olunur və uzunmüddətli dövr üçün ölkədaxili istehlaka saxlanılmır. Beləliklə, daxili bazarda qiymətli sortların hamısı mövcud olmaya bilər və müəyyən çeşidlər idxalla tamamlanır".

E.Əkbərovun sözlərinə görə, daxili istehlakçılar və emal müəssisələri ixrac üçün nəzərdə tutulmayan sortlara ehtiyac duyurlar: "Nar emalı (şirə, konsentrat və s.) müəssisələri tələbi yüksəldir və istehsalçı istehsal etdiyi narın bir hissəsini ixrac edir, qalan hissə isə istehsalata yönləndirilir".

"Uzunmüddətli saxlama və logistik imkanları yaxşılaşdırılmalıdır"

İqtisadçı bildirib ki, uzunmüddətli saxlama və logistik imkanlarının yaxşılaşdırılması vacibdir ki, mövsümi ixrac daha sabit və azriskli olsun. "Made in Azerbaijan" narının beynəlxalq səviyyədə rəqabət qabiliyyətini saxlamaq üçün keyfiyyət standartları, qida təhlükəsizliyi, sertifikatlaşma sistemləri mühüm rol oynayacaq: "Artıq nar istehsalçıları arasında da beynəlxalq Global GAP sertifikasiyasının təşkil olunması ixracı diversifikasiya etməyə, yeni bazarlara çıxışı təmin etməyə imkan verəcək. İxracın artımı daxili bazarı sıxışdırarsa, qiymətlərdə oynama və daxili istehlakçıların müraciət etdiyi çeşidlərin azalması riski mümkündür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:481
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Dekabr 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri