Icma.az
close
up
RU
Bakı Kitab Mərkəzində Çin poeziya axşamı keçirilib

Bakı Kitab Mərkəzində Çin poeziya axşamı keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 13 fevral, AZƏRTAC

Bakı Kitab Mərkəzində xoşbəxtlik və ailə birliyini simvolizə edən Ay təqvimi ilə Çinin Yeni ili olan “Yaz bayramı”na həsr olunmuş Çin poeziya axşamı keçirilib.

Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı qonaqları qarşıdan gələn bayram münasibətilə təbrik edib, Böyük İpək Yolunun ənənələrinə əsaslanan və mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, iki ölkə xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə yönəlmiş sürətlə inkişaf edən Azərbaycan-Çin mədəni əlaqələrindən bəhs edib.

Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Din Tao gecənin təşkilinə görə Bakı Kitab Mərkəzinə və Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutuna təşəkkürünü bildirib, diplomatik missiyanın adından qonaqlara səmimi təbriklərini çatdırıb, onlara bahar sevinci, ailə səadəti və bütün işlərində uğurlar arzulayıb.

Diplomat qeyd edib ki, Bahar bayramı Çin xalqı üçün qədim və ən vacib ənənəvi şənlikdir. Dünyanın müxtəlif yerlərində bu bayramın birgə qeyd edilməsi digər xalqların Çini daha yaxşı tanımasına imkan verir, eyni zamanda, müxtəlif sivilizasiyalar arasında qarşılıqlı bilik mübadiləsini təşviq edir, Qlobal Sivilizasiya Təşəbbüsünün praktik təcəssümünə çevrilir.

Çinin Bahar bayramı ilə Azərbaycanın Novruz bayramı arasında mədəni oxşarlıqlar mövcuddur. Hər iki festival ailə birliyini əsas dəyər kimi qəbul edir, yazın gəlişini və ümidin yenidən doğulmasını qeyd edir və xalqlarımızın təbiətə ehtiramını, ailə bağlarına sədaqətini və xoşbəxt həyat arzularını ifadə edir. Məsafələri və mədəni fərqləri aşan bu emosional yaxınlıq Çin və Azərbaycan arasında humanitar əməkdaşlıq üçün möhkəm və səmimi təməl yaradır.

“2025-ci il Çin-Azərbaycan münasibətləri üçün məhsuldar dövr olub, keçmiş ənənələri davam etdirib və zəngin nəticələr verib. Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji rəhbərliyi altında iki ölkə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri qurub və əlaqələr yüksəkkeyfiyyətli və çoxşaxəli inkişafın yeni mərhələsinə qədəm qoyub. Qarşılıqlı siyasi etimad daha da möhkəmlənib, iqtisadi-ticari əməkdaşlıq genişlənib, praktik əməkdaşlıqda mühüm nailiyyətlər əldə edilib, humanitar münasibətlər dinamik şəkildə inkişaf edib və ənənəvi dostluq yeni dövrün mahiyyəti ilə zənginləşib”, - deyə Çin diplomatı bildirib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bu institutun mədəni diplomatiyadakı rolundan danışaraq qeyd edib ki, ənənəvi Çin bayramları millətlərarası mədəni ünsiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıyır.

ADU-nun Çin dili müəllimi Kəmalə Məmmədova UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Bahar bayramının tarixindən, ilin rəmzi olan qırmızı od atından və bayramla əlaqəli adət-ənənələrdən, əfsanələrdən və rəvayətlərdən danışıb. O, həmçinin klassik Çin poeziyasının dərin fəlsəfə, obrazlar, simvolizm və özünəməxsus musiqililiklə dolu olduğunu qeyd edib.

Tədbirdə Konfutsi İnstitutunun müəllim və tələbələri Çin Yeni ilinə həsr olunmuş, təbiətin yenilənməsini, soyuq havaların arxada qalmasını və gavalı çiçəklərini tərənnüm edən şeirlər oxuyublar. Bu poeziya nümunələri yeni həyat, firavanlıq, sevinc və ailə toplantıları mövzuları ilə dolu idi. Onlar, həmçinin ənənəvi Çin operasından “Sehrbaz” səhnəsini, Çin fleytası üçün melodiyanı, “hulusi” (“Ay işığında bambuk”), “Səni sevirəm söylə”, “Şaftalı çiçəkləri” və “Ana və körpə” kimi folklor və müasir mahnıları, eləcə də “Qarlı torpaq” və “Çiçəkaçma” kimi rəqsləri ifa ediblər. Tədbirdə Çin xəttatlığı, ağac oyması, lak rəsmləri və Çin oyma möhürlərinin hazırlanmasına həsr olunmuş eksponatlar nümayiş etdirilib. Qonaqlar, həmçinin ənənəvi çay mərasimində iştirak edib və məşhur Çin çay növlərinin dadına baxıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Fevral 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri