Icma.az
close
up
RU

Bakı Kitab Mərkəzində Ukrayna şeiri gecəsi keçirilib

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Kitab Mərkəzində Ukrayna şeiri gecəsi keçirilib.

APA xəbər verir ki, gecədə “O gözəl, yenilməz Ukrayna” şeir antologiyası, “Deraviya: kvant sıçrayışı” romanı təqdim olunub.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı qonaqları salamlayaraq Ukrayna-Azərbaycan əlaqələrindən və bu əlaqələrin mədəni müstəvidə inkişafından söhbət açıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu Ukrayna ədəbiyyatının xüsusiyyətləri barədə fikirlərini bölüşüb. O, son illər Azərbaycanla Ukrayna arasındakı ədəbi əlaqələrin inkişafını qeyd edərək bu tendensiyanın müsbət cəhətlərindən bəhs edib. Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Husyevin sözə, ədəbiyyata xüsusi marağını vurğulayan S.Babullaoğlu hər iki ölkənin ədəbi əlaqələrinin gələcəkdə də inkişaf etdirilməsi istiqamətində işlər görüləcəyini qeyd edib.

Səfir Yuri Husyev çıxışında ədəbiyyatın aliliyi və sözün müqəddəs məqamından bəhs edib. O hər iki kitabın Azərbaycan dilində çap olunmasının təqdirəlayiq hal olduğunu vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyi və Ukraynanın Azərbaycandakı səfirliyi ilə birlikdə həyata keçirilən“Ukrayna mədəniyyətinin yeni üfiqləri: Ədəbiyyat günləri” layihəsi çərçivəsində təşkil edilən Ukrayna şeiri gecəsində Azərbaycan, Ukrayna və Avropanın klassik və çağdaş bəstəkarlarının əsərləri səsləndirilib.

Azərbaycan Yazıçılar Birliyi və Ukraynanın Azərbaycandakı səfirliyi ilə birlikdə həyata keçirilən “Ukrayna mədəniyyətinin yeni üfiqləri: Ədəbiyyat günləri” layihəsi çərçivəsində “Ukrayna şeiri gecəsi keçiriləcək”.
Qeyd edək ki, “Mücrü” nəşriyyatında işıq üzü görən “O gözəl, yenilməz Ukrayna” poeziya antologiyasına Ukrayna şeirinin Taras Şevçenko, Qriqori Koçur, Lina Kostenko, Boris Oleynik, Vasıl Stus, Pavlo Movçan, Veniamin Husyev, Lyubov Qolota, Yuri Buryak, Aleksandr Korotko, Dmitro Kremin,Taras Fedyuk, Oksana Paxlyovska, Vasıl Gerasimyuk, Petro Midyanka, Svetlana Koronenko kimi klassikləri və artıq bilinən görkəmli şairləri ilə yanaşı, İqor Pavlyuk, Marianna Kiyanovska, Sergey Jadan, Yelena Dorofiyevskaya, Janna Bezpyatçuk, Alyona Malyuqa, Anna Maliqon, Lesya Mudrak, Vano Krüger, Dmitro Çistyak, Miroslav Layuk, Vitali Bilozir, Anatoliy Matviyçuk, Vasil Kuzan, Dmitro Drozdovski, Petro Maqa, Boqdan Nazarenko, Andrey Paermyakov, Yuri Husyev, Dmitro Lazutkin, Yuliya Berejko-Kaminska, İrina Bakovetska kimi şairlərinin, özü də xüsusən son illərdə yazılan şeirləri daxil edilib.

Süleyman Rüstəm və Rəsul Rza kimi klassiklərin tərcümələrindən örnəklər daxil edilən antologiyada Siyavuş Məmmədzadə, Elxan Zal, Qismət, Günel Mövlud, Günel Şamilqızı, Könül Həsənqulu, Şəfiqə Şəfa və Səlim Babullaoğlunun tərcüməsində çoxsaylı nümunələr yer alıb. Kitab Azərbaycan-Ukrayna ədəbi əlaqələrində xüsusi və ardıcıl xidmətləri olan Möhlət Hüseynovun dəstəyi ilə ərsəyə gəlib.
Antologiyanın tərtibçiləri Azərbaycan Yazıçılar Birliyinin katibi, şari Səlim Babullaoğlu, Ukrayna Yazıçılar Birliyinin katibi Dmitro Drozdovski, məsləhərçiləri Taras Şevçenko Milli Muzeyinin baş direktoru Dmitro Stus, Ceyhun Kəsəmən, layihənin koordinatoru Möhsüm Aslanovdur. Kitabın ön sözü Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Husyevə məxsusdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Dekabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri