Icma.az
close
up
RU
Bakı küçələrində diqqət çəkən təhlükəli tendensiya Açıqlama

Bakı küçələrində diqqət çəkən təhlükəli tendensiya Açıqlama

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda restoran, kafe və digər ictimai iaşə obyektlərinin adlandırılmasında xarici dilli söz və ifadələrdən istifadənin geniş yayılması son illərdə diqqət çəkən tendensiyalardan biridir. Xüsusilə ingilis, rus, fransız və digər dillərdə olan adlara üstünlük verilməsi şəhərin kommersiya və ictimai-mədəni mühitində xarici dil elementlərinin daha çox görünməsinə səbəb olur. Bəzi sahibkarlar xarici dilli adların obyektə daha müasir, cəlbedici və beynəlxalq imic qazandırdığını düşünür. Digər tərəfdən, bu tendensiyanın Azərbaycan dilinin ictimai məkanlarda görünməsinə və gündəlik istifadəsinə təsiri ilə bağlı suallar yaranır.
Bəs iaşə obyektlərinin adlandırılmasında xarici dillərə üstünlük verilməsinin əsas səbəbləri nələrdir? Bu tendensiya Azərbaycan dilinin ictimai-mədəni mühitdə mövqeyinə və dilə münasibətə necə təsir göstərir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı bildirib ki, əcnəbi dillərdə olan adların çoxalması ilk baxışda adi kommersiya və marketinq məsələsi kimi görünə bilər.

Onun sözlərinə görə, sahibkar düşünür ki, xarici dildə olan ad daha müasir, prestijli və cəlbedicidir:
“Bəzi xidmət istehlakçıları da məmnundurlar. Onlar bu cür adı olan obyektlərin xidmətindən istifadə edəndə özlərini daha vacib, modern və s. hesab edirlər. Lakin bu hal kütləviləşəndə artıq dilin ictimai nüfuzu məsələsinə çevrilir. Çünki ana dili yalnız evdə və məktəbdə işlədilən ünsiyyət vasitəsi deyil; o, şəhərin küçəsində, mağazasında, restoranında, reklamında, lövhəsində də görünməlidir. Bakı bizim şəhərdir, onun küçələri də bizimdir. O küçələr bizimlə öz ana dilimizdə danışmalıdır.
Son onilliklərdə qloballaşan dünyada ayrı-ayrı ölkələrdə ingilis dilinin hegemonluğunun artması ilə bağlı dil ekspansiyası cəhdlərinin şahidi oluruq. Bunu təsadüf hesab edə bilmərik. 1990-cı ildə Harvard Universitetinin professoru Cozef Nay “yumşaq güc” nəzəriyyəsini bəyan etmişdi. Onun fikrincə, başqa ölkələrdə hegemonluq üçün hərbi müdaxilə, iqtisadi sanksiyalar kimi kobud vasitələrlə yanaşı, yumşaq gücdən də istifadə etmək olar və lazımdır. Yəni digər vasitələrlə paralel şəkildə dildən istifadə etməklə tədricən mədəni, ideoloji hegemonluğa nail olmaq mümkündür. Buna qədər isə hegemonluğa cəhd edən dövlətlər başqa ölkələrdə onlara rəğbət göstərən, mədəniyyətlərini yavaş-yavaş mənimsəyən və mənimsədən güclər yetişdirirlər. Linqvistik ekspansiya bəzən mədəni ekspansiyanın və yumşaq güc siyasətinin mühüm vasitəsinə çevrilə bilər. Yerli əhalidə milli natamamlıq kompleksi olanda belə dairələr daha çox uğur qazanır.
Ticarət və ictimai iaşə obyektlərinə xarici dildə ad seçmək zaman keçdikcə “müasirlik” anlayışının özü ilə əlaqələndirilə bilər. Yəni Azərbaycan dilində ad qoymaq köhnəlik, xarici dildə ad qoymaq isə müasirlik təsiri bağışlamağa başlayır. Bu isə dilin özünə münasibətə təsir edir. Ona görə də Bakının şəhər mənzərəsində Azərbaycan dilinin daha çox görünməsi təkcə dilçilik məsələsi deyil, həm də mədəni özünüdərk və şəhər kimliyi məsələsidir. İnsan gündəlik həyatında öz dilini nə qədər çox görərsə, həmin dil bir o qədər təbii və nüfuzlu qəbul olunur.
Məncə, şəhərlərimizin, xüsusən paytaxtın ticarət və ictimai iaşə obyektlərinin adlarında Azərbaycan dilinin imkanlarından daha cəsarətlə istifadə etmək həm sahibkarlar, həm reklamçılar, həm də ümumilikdə cəmiyyət üçün faydalı olardı. Bu məsələ ilə bağlı bir neçə il əvvəl mərhum akademik, AMEA Dilçilik İnstitutunun direktoru Ağamusa Axundov 2010-cu ildə verdiyi müsahibələrin birində deyirdi:
“Son illər ölkəmizdə özəl müəssisələrin sayı artır. Çox qəribədir ki, hərə öz müəssisəsinin önünə nə istəyirsə, onu da yazır. Buna bir nəzarət lazımdır. Axı o müəssisə sənin olsa da, onun qarşısında yazılan millət üçündür, bunlardan azərbaycanlılar istifadə edir. Bəs nə üçün ana dilindən istifadə edilmir, buna da milli qeyrət lazımdır?!”
Bizim obyekt sahiblərinə “Şadlıq evinə “Afrodita” yox, “Banıçiçək”, “Burlaxatun” kimi adlar qoy” deməyə mənəvi haqqımız var, amma hüquqi cəhətdən dövlət qurumları bunu tələb edə bilməz. Yəni dövlət orqanları qanunla nəzərdə tutulmayan şəkildə sahibkara “bu adı qoy, o adı qoyma” deyə bilməz.
Nəhayət, cəmiyyət öz dilinə daha çox diqqət yetirməli və onun ictimai həyatda geniş istifadəsinə şərait yaradılmasına maraqlı olmalıdır. Əcnəbi dillərin firma adlarında, əmtəə nişanlarında və reklam lövhələrində geniş şəkildə istifadə olunması Azərbaycan dilinin ictimai məkanda görünürlüğü ilə bağlı müəyyən suallar yaradır. Bu baxımdan, ana dilimizin cəmiyyət həyatının müxtəlif sahələrində daha geniş və fəal şəkildə istifadə olunması, onun mövqeyinin qorunması və inkişaf etdirilməsi vacibdir.
Dil hər bir xalqın fərdlərini birləşdirən, milli kimliyin və mədəni dəyərlərin qorunmasında mühüm rol oynayan amillərdən biridir. Buna görə də dilin inkişafına və ictimai həyatda daha geniş istifadəsinə diqqət yetirilməlidir. Fikrimi yapon yazıçısı Rünoske Akutaqavadan bir sitatla tamamlayıram: “Siz avropalı kimi geyinib özünüzü avropalı hiss edirsiniz. Lakin bir avropalı üçün siz, sadəcə, öz dəyərlərinə tüpürmüş yaponsunuz”, - deyə Vasif Sadıqlı fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Avqust 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri