Bakı küçələrində diqqət çəkən lüks avtomobillər hansı deputatın oğluna məxsusdur?
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın müxtəlif küçə və prospektlərində hərəkət edən "10-YY-007" dövlət qeydiyyat nişanlı "Bentley" və "10-YY-002" nömrəli "Range Rover" markalı lüks avtomobillər sosial şəbəkələrin gündəminə düşüb.
Newscenter.az-ın xəbərinə görə, 32gun.az bildirir ki, avtoşluq və sürət həvəskarlarının paylaşım etdiyi səhifələrdə geniş müzakirə olunan bu görüntülər, izləyicilərin böyük marağına səbəb olub. İnternet resurslarında və sosial platformalarda aparılan araşdırmalar sözügedən bahalı nəqliyyat vasitələrinin sabiq millət vəkili Sabir Rüstəmxanlı və hazırkı deputat Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlıya məxsus olduğunu üzə çıxarıb.
Peşəkar fəaliyyəti və idman karyerası
Cəmil Rüstəmxanlı əvvəllər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini və qurumun İnvestisiya İdarəsinin rəisi vəzifələrində çalışıb.Dövlət postu ilə yanaşı, o, həm də idman sahəsində fəaliyyət göstərərək "Azəryol" voleybol klubuna rəhbərlik edib, lakin onun rəhbərliyi dövründə klubun fəaliyyətinin əhəmiyyətli dərəcədə zəiflədiyi bildirilir.
Türkiyəyə köç və biznes fəaliyyəti
Yayılan xəbərlərə görə, Cəmil Rüstəmxanlı rəsmi istefa xəbərlərindən təxminən bir ay öncə, 2022-ci ilin noyabr ayında tutduğu vəzifədən ayrılıb. Məlumata görə, o, işindən ayrıldıqdan sonra Türkiyəyə köçüb və hazırda orada biznes fəaliyyəti ilə məşğul olur.Xatırladaq ki, "YY" seriyalı nömrə nişanları ölkədə "elit" nömrələr hesab olunur və onların paytaxt küçələrindəki görüntüləri tez-tez müzakirə mövzusuna çevrilir.
PS: Sözügedən məlumatlar həm sosial şəbəkələrdə, həm də müxtəlif xəbər portallarında yer alan iddialara istinadən hazırlanıb.
Həm sosial şəbəkələrdə, həm də yerli xəbər saytlarında yayılan məlumatlara görə, sözügedən nəqliyyat vasitələri məhz adıçəkilən şəxsə məxsusdur.
Bu mövzuda digər xəbərlər:Bakı küçələrində diqqət çəkən təhlükəli tendensiya Açıqlama
19 Avqust 2026 12:36
Hizbullahdan diqqət çəkən PAYLAŞIM
15 Noyabr 2024 20:27
Günaydan diqqət çəkən geyim
05 Avqust 2025 13:07
Makronun diqqət çəkən ÇIXIŞI
15 Yanvar 2026 21:14
Turdan diqqət çəkən məqamlar
23 Fevral 2026 12:33
Baxış sayı:270
Bu xəbər 19 Mart 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















