Bakı Limanı ilə daşınan təkərli texnikanın sayı son 11 ildə 129 dəfə artıb
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əgər 2013-cü ildə Bakı Limanı vasitəsilə daşınan təkərli texnikaların (TIR) sayı 452 ədəd olduğu halda, 2024-cü ildə bu rəqəm 128,7 dəfə çox - 58 169 ədəd olub.
"Report" bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.
2018-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Ələt qəsəbəsində Bakı Limanının birinci fazasının açılışı edilib. Regionun ən müasir logistika mərkəzi olan Bakı Limanının birinci fazası çərçivəsində inşa edilən Ro-Ro terminalının illik yükaşırma gücü 1,8 milyon tondur və 2 tənzimlənə bilən körpüdən ibarətdir. Bu körpülər vasitəsi ilə ağırtonnajlı yük avtomobillərinin gəmilərə yüklənilib-boşaldılması prosesi təhlükəsiz və operativ formada icra edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 24 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















