Bakı limanı regionun əsas mərkəzinə çevrilir Açıqlama
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizi üzərindən sərnişin daşımalarının bərpası gündəmə gəlib. Kurık-Bakı limanları arasında dəniz sərnişin əlaqələrinin yenidən qurulması üçün iki ölkənin nəqliyyat qurumları artıq müvafiq işlərə başlayıb. Marşrutun bərpasının turizm əlaqələrinə və Xəzər üzərindən sərnişin daşımalarının genişlənməsinə töhfə verəcəyi gözlənilir.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, Qazaxıstanla Azərbaycan arasında Kurık-Bakı marşrutu üzrə sərnişin əlaqələrinin bərpası Xəzər dənizində nəqliyyat və turizm imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır:

“Bu marşrut yalnız iki ölkə arasında sərnişin daşımalarının bərpası kimi qiymətləndirilməməlidir. Eyni zamanda, Xəzər hövzəsində xalqlar arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı turizm səfərlərinin artırılması və regionun nəqliyyat potensialının daha səmərəli istifadəsi üçün yeni imkanlar yaradır”.
Deputat gələcəkdə Kurık-Bakı xətti ilə yanaşı, Azərbaycanın digər Xəzəryanı ölkələrlə sərnişin əlaqələrinin qurulması və ya bərpasının da nəzərdən keçirilə biləcəyindən bəhs edib:
“Xüsusilə Bakı ilə Türkmənistanın Türkmənbaşı limanı, Qazaxıstanın Aktau limanı, eləcə də digər Xəzəryanı limanlar arasında mövsümi və müntəzəm sərnişin reyslərinin təşkili perspektivlidir. Burada əsas məqsəd təkcə nəqliyyat bağlantısı yaratmaq deyil, Xəzəri birləşdirici turizm və iqtisadi platformaya çevirmək olmalıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi Bakı limanını Xəzər hövzəsində sərnişin daşımalarının əsas mərkəzlərindən birinə çevirə bilər. Bunun üçün bərə və sərnişin gəmilərinin sayının artırılması, müasir terminal infrastrukturu, vahid bilet və rəqəmsal xidmətlərin tətbiqi, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, düzgün koordinasiya olunduğu təqdirdə Xəzər üzərindən sərnişin daşımalarının genişləndirilməsi həm Azərbaycan və Xəzəryanı ölkələr arasında turizm əlaqələrinə, həm də regionda insanlararası münasibətlərin daha da inkişafına ciddi töhfə verə bilər”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:İstanbul diplomatiya mərkəzinə çevrilir İrandan açıqlama
21 İyul 2025 13:14
Laçın regionun turizm mərkəzinə ÇEVRİLİR
07 İyun 2025 14:01
Laçın regionun mühüm infrastruktur mərkəzinə çevrilir
20 Avqust 2026 09:32
Azərbaycan regionun “yaşıl” enerji mərkəzinə çevrilir
09 Sentyabr 2026 12:20
Bakı rəqəmsal maliyyə mərkəzinə çevrilir
01 Oktyabr 2025 13:10
Baxış sayı:68
Bu xəbər 10 Sentyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları