Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə çatıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
2025-ci ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə konteyner dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb.
“APA-Economics” ADY-yə istinadən xəbər verir ki, bu dövrdə Bakı Limanı vasitəsilə aşırılan konteyner həcmi 60 429 TEU təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,2% artım deməkdir. 2024-cü ilin yanvar-iyul aylarında bu göstərici 39 184 TEU ekvivalentinə bərabər olub.
Qeyd edilib ki, regionun ən müasir logistika mərkəzi olan Bakı Limanında müşahidə olunan bu pozitiv dinamikanın ilin sonuna qədər davam edəcəyi və göstəricilərin daha da artaraq 100 min TEU təşkil edəcəyi proqnozlaşdırılır. Ölkəmizin tranzit gücünün artırılması məqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından sonra Limanın illik gücü hər hansı investisiya yatırılmadan qısa müddətdə 100 min TEU-dan 150 min TEU-ya yüksəldilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 08 Avqust 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















