Bakı Limanında konteyner və yükaşırma həcmləri artıb
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin ilk altı ayında Bakı Limanında ümumilikdə 4 milyon tondan çox yük aşırılıb
Cari ilin yanvar-iyun aylarında Bakı Limanında yükaşırma göstəricilərində artım qeydə alınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) AYNA.AZ-a bildirilib ki, hesabat dövründə limanda 61 min TEU-yə yaxın konteyner aşırılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 15 faiz çoxdur.
Eyni zamanda, cari ilin ilk altı ayında Bakı Limanında ümumilikdə 4 milyon tondan çox yük aşırılıb. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 faizdən çox artım deməkdir.
Əldə olunan nəticələr Bakı Limanının regionun mühüm nəqliyyat-logistika qovşağı kimi rolunun gücləndiyini və tranzit yükdaşımalarının dinamik inkişaf etdiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 09 İyul 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















