Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Bakı. Marriott oteli. Media 150, rəsmi tədbir və sarsıldım...

Bakı. Marriott oteli. Media 150, rəsmi tədbir və sarsıldım...

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı. Marriott oteli, 22 iyun 2025. Milli mətbuatın 150 illiyi ilə bağlı rəsmi tədbir.

Rəsmi tədbirləri sevmirəm, diplomatik gülümsəmələr, jestlər, yumşaq desək, arzulamadığın simalarla rastlaşmaq, həm də yaltaqlıq və sevginin bir-birindən ayrılmasının çətin olduğu görüşlər, şəkilçəkdirmələr və Mirzə Cəlil personajlarının bəzi “vertikal foto”ları dərhal paylaşmasının ikrah doğuran səbəbləri uzunmüddətli mənfi təəssürat yaradır.

Ancaq (və bu kontekstdə) illər, bəlkə də onillərlə görə bilmədiyin əziz həmkarlarınla, keçmiş iş yoldaşlarınla görüşmək, xatirələri qısa da olsa, vərəqləmək fürsətin də olur axı! Bu fürsət çox nadir halda ələ düşür.

Yaş “alternativ fikrin” tərəfində olduğundan, baş təslim oldu – getdim və nə yaxşı ki getdim!

18:00-da başlamalı olan tədbir az qala bir saata yaxın gecikdi – və nə yaxşı ki gecikdi!

O bir saat onillərdir görmədiyin həmkarlarımla ən azı qucaqlaşmaq imkanı verdi.

“Xalq qəzeti”ndən olan keçmiş iş yoldaşlarımla görüş və onların bir hadisəni danışması isə məni o qədər sarsıtdı ki...

***

“Xalq qəzeti” ilə “Respublika” birləşir – yəqin fərmandan xəbəriniz var. Hər nəşrdən 25 ştat saxlayacaqlar, yəni ciddi ixtisar olacaq.

“Xalq qəzeti” ilə bağlı daha bir məqam isə diqqətimizdən yayınıbmış. Bundan sonra “Xalq qəzeti” yox, “Xalq” qəzeti adlanacaq.

1990-larda bu kollektivin üzvü olmuşdum. “Xalq qəzeti”nə ilk felyetonumu Məmməd Nazimoğluya vermişdim. 1-2 yazımın dərcindən sonra, növbəti dəfə (adətən həftədə 2 dəfə gedirdim) yanında olanda Mahal İsmayıloğlu otağa girdi, Məmməd müəllimlə danışdı, mənə sadəcə bir nəzər atdı, vəssalam.

- Məmməd, o Anar Niftəliyev gələndə buraxma, de ki, onu işə götürəcəm! – otaqdan çıxanda dedi.

Təxmin etdiyi üçün sözünü dolayısı ilə mənəmi çatdırırdı, ya yox – bilmirəm! Ancaq sözü hədəfə çatmışdı!

Qısa müddətdə ştata aldı, Rauf Ağayev kimi ustad, özü demişkən, “məni oğurladı”, ondan dərs aldım!

Heç bir təmənna güdmədən (bütün kollektivlə elə idi) işə almışdı Mahal İsmayıloğlu, təmənnasız da işlədik (“təmənna” sözünü niyə xüsusi və iki dəfə vurğulayıram, “Xalq qəzeti”nin kollektivi yaxşı bilir), ancaq heç vaxt onun haqda müsbət rəyim olmadı. Qəribə tərzdə onu həmişə “gülüş hədəfi” edən zarafatların içində olurdum. Hap-gopçu olması bir ayrı aləm idi.

O vaxt böyük kollektivi vardı “Xalq qəzeti”nin: 200-dən çox işçisi olmalıydı. Böyük iclasdan (1999-cu ildə) öncə verdiyi qərardan əsəbiləşmişdim, qalmaq fikrim yox idi, bunda ətrafımın müstəsna rolu olmuşdu: çılğınlığıma stavka, məndən sui-istifadə etmişdilər. Sanırdım, hamımız birgə “gedəcəyik” – nəticədə yalnız mən getdim! Həm də necə!

Mahal İsmayıloğlunun iradları və tənqidləri qarşılığında söz istəyəndə, “Sənə aid deyil, otur yerində” dedi - anlayıb, dərk etmədim!..

Qalxdım, dedim, mübahisə etdim, indi yox, o hadisədən az sonra utanacağım sözlər də işlətdim və getdim!

2001-ci ildə Mahal müəllim də getdi - səhv etmirəmsə, oğlunun toyu günü vəzifədən çıxartdılar.

Bir neçə il ötdü, bir tədbirdə onu gördüm: bir az sınıxmışdı, kənarda dayanmışdı, tək-tənha.

Bu, o Mahal idi ki, Xaqani-33-də “Azadlığ”ın kartrici, plyonkası bitəndə, yardım üçün Bülbül-18-ə adam göndərə bilirdilər. Mahal heç vaxt “yox” demirdi – o plyonkaya hakimiyyətin ən sərt şəkildə tənqidinin dərc olunacağını bilsə də. “Həmkar” anlayışı, dəyəri bu cür idi!

İndi təklənmişdi!

Biz gənc və “ətraflı” idik. Bir neçə dəfə müxtəlif yerlərdə görsəm də, yaxınlaşmamışdım, ürək eləmirdim doğrusu, bilmirdim necə qarşılayacaq. Bu dəfə qət etdim, onu tək qoya bilməzdim, lap rədd etsə də.

Üstünə getdim, əl uzatdım, gözləmədiyim halda fərəhlə, sevincə əlimi tutdu, hal-əhvallaşdı. Sevindim, göz-qaş elədim, uşaqlar da gəldi, görüşdülər, dövrəyə aldıq, ona böyük həmkarımız olduğunu və xətrini çox istədiyimizi nümayiş etdirdik – sözlə yox.

“Mahal müəllim, məni bağışlayın illər öncəki tərbiyəsizliyimə görə” demək istədim, fürsət gəzdim – heç cür alınmadı. Özü elə sorğu-suala tutmuşdu ki, güman etdim, bağışlayıb məni. Amma hər bir halda “bağışladım” sözünü öz dilindən eşitmək istəyirdim.

Sonraya saxladım – “sonra” heç vaxt gəlmədi, Mahal müəllim elə tez dünyasını dəyişdi ki...

***

Dünən indiki “Xalq”, ovaxtkı “Xalq qəzeti”nin əziz əməkdaşları ilə görüşəndə 1997-99-cu illəri xatırladıq. Kimsə Mahal müəllimin mənim haqqımda sözünü yada saldı:

- Vaqif (Bayramov), yadındadır, Anar yeni gəlmişdi, nə dedi Mahal müəllim? Sən danış...

Vaqif danışdı:

- Səhər işə gəlirdik, liftin qarşısında Mahal müəllim ənənəvi olaraq əlində siqaret durmuşdu. Bir az da fikirliydi. Salamlaşdıq. Siqaretinə bir dərin qullab vurdu, tüstü duman kimi qalxdı – yadınızdadı da, Mahal necə siqaret çəkirdi. Sonra qayıtdı ki, Anar Niftəliyev müsahibə janrının allahıdır!..

Mən şoka düşdüm, sarsıldım!

- Bilirsən hansı müsahibənə görə demişdi? Əkrəm Əylisli ilə...

- Yox, - Vaqif müəllim düzəliş edir, - dəqiq yadımdadır, Nüsrət Kəsəmənli ilə müsahibəsi çıxmışdı o gün...

Bunu 1997-də niyə deməmişdiniz ki mənə? Niyə mənə Mahal haqda yalnız mənfi rəy yaradan “əhvalatlar” çatdırırdılar? Niyə Mahalın məni bu qədər dəyərləndirdiyini heç vaxt heç biriniz bir dəfə də olsun, mənə eşitdirməmisiniz? Bəlkə Mahal bu şişirdilmiş sözləri elə mənə çatdırmağınız üçün deyirmiş ki, fərəhlənim, davam edim?

Özlərinə demədim, onlar danışanda beynimdən keçirdim bu sualları və bir də ayıldım ki, onlardan ayrılmışam, həm də təkəm – tənha da demək olar...

***

- Mahal müəllim, ruhunuz şad olsun, hər dəfə yadıma düşəndə sizi xoş xatırlamışam, dua etmişəm, amma dünən bütün gecəni sizə rəhmət oxudum! Görünür, məhz dünən bu hadisənin yada salınması da təsadüf deyilmiş.

Bir də, Mahal müəllim, məni bağışlamısınızmı?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 İyul 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri