“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
"Nəhayət mehmanxana işi ilə bağlı son söz söyləyim. Çox şadıq ki, “Marriott” Azərbaycanda nəinki paytaxtda, o cümlədən regionlarda öz fəaliyyətini genişləndirəcək. Ümid edirəm ki, regionlarda fəaliyyətiniz artacaq".
Marja xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Prezident "Birləşmiş Ştatların digər mehmanxana şəbəkəsi və digər tərəflər də ölkədə var",- deyərək əlavə edib:
"Potensial hələ də böyükdür, çünki Azərbaycana səfər edən xarici vətəndaşların sayı ildən-ilə artır. Yalnız bir dövr var idi. COVID və ondan sonrakı dövrdə tənəzzül yaşandı. İndi isə həmin sahə bərpa olunub. Mehmanxanalarda tutum, həmçinin müvafiq səviyyədədir. Azərbaycanın dövri əsaslarla ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlər, həmçinin əlavə turistlər cəlb edir. Bir sözlə, tövsiyəm odur ki, Bakıda və rayonlarda imkanları araşdırmaq lazımdır. Siz xizək mərkəzini qeyd etdiniz. Oranı inkişaf etdirmək üçün böyük planlar var. Bu gün o, idman üçün artıq geniş və çox rahat məkana çevrilib. Yeri gəlmişkən, biz martda orada ilk beynəlxalq tədbiri təşkil edəcəyik. Beləliklə, mehmanxana biznesinin Azərbaycanda böyük potensialı var. Ümid edirəm, Amerikanın mehmanxana sənayesinin bir çox digər şəbəkələri, filialları Azərbaycana gələcək və görəcək ki, bu, biznes və sərmayə üçün yaxşı məkandır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 09 Fevral 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















