Icma.az
close
up
RU
Bakı məktəbində QALMAQAL; 28 uşaq sinifdə qaldı FOTO

Bakı məktəbində QALMAQAL; 28 uşaq sinifdə qaldı FOTO

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bakı şəhəri Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə onlarla şagirdin sinifdə qalması valideynlərlə məktəb direktoru arasında qalmaqala səbəb olub.BAKU.WS-ə daxil olan məlumatda, bütün narazılıqların Laləndə Hasilovanın məktəbə direktor təyin edilməsindən sonra başladığı vurğulanır.Oxucuların saytımıza ünvanladığı şikayətdə bildirilir ki, L.Hasilova ötən ilin dekabr ayından 178 saylı məktəbə direktor gələndən şagirdlərin və valideynlərin günü qara olub. Bu yay 100-dən çox şagirdin qiymət vərəqələrinə yenidən düzəliş edərək 2 qiyməti yazıb və sinifdə saxlayıb. Bütün bunları isə müəllimlərin və valideynlərin xəbəri olmadan edib. Bununla da, müəllimlərlə valideyinləri üz-üzə qoyaraq böyük bir qalmaqala səbəb olub. Laləndə Hasilova BAKU.WS-ə açıqlamasında ittihamları cavablandırdı. O, oxucu şikayətində qeyd edildiyi kimi 100-dən çox şagirdin deyil, 28 şagirdin sinifdə qaldığını bildirdi: "Mən dekabrın sonunda bu məktəbə təyin edilmişəm. Yanvarın sonunda summativ qiymətləndirmə qurtarır. Ümumiyyətlə, mənim bunların hazırlanması ilə məşğul olmağa vaxtım çatmayıb. Fevralın 3-nə qədər tətil olub. Fevralın 13-dən aprelin 14-dək məntəqə sədri kimi ancaq prezident seçkiləri ilə məşğul olmuşam. Prezident seçkiləri bitdikdən sonra ilin ikinci summativ qiymətləndirilməsinə start verilib. Onu da qeyd edim ki, summativ qiymətləndirmə çox ciddi hazırlanıb. Bu məktəbdə indiyədək belə şey olmayıb. Əvvəlki qoymətləndirmələrə nəzər saldıqda çox ciddi nöqsanlara yol verildiyini gördüm və ciddi monitorinq keçirdim. Bu məktəbdə təhsilin səviyyəsi və nizam-intizam aşağı səviyyədə olub. Monitorinq keçirməkdə məqsədim problemi öyrənmək idi. Uşaqlar niyə aşağı səviyyədə oxuyurlar, niyə dərsdən yayınırlar, müəllimlər niyə dərs keçmirlər? Məktəbin nüfuzu ümumiyyətlə sıfırdır. Mən bütün bunları bilirdim, sadəcə məktəb düz evimin yanında yerləşdiyindən, Təhsil İdarəsi mənə rotasiya etdi. Bu məktəbdə müəllimlər, şagirdlər və valideynlər arasında "yolavermək" məsələsi vardır. Mən bunun qarşısını aldım. Təbii ki, qarşıdurmalar, narazılıqlar oldu. Çünki illərdir məktəbə gəlməyən uşaqlar sinifdən-sinifə keçirilib. Sual-cavab kitabçasının üstünə adını yaza bilməyən 5 və 6-cı sinif uşağı var. Burada məndən əvvəl 18 il Yusif Məmmədov direktor olub. 65 yaşına çatdıqdan sonra təqaüdə göndərildi.Bu məktəbdə 43 sinif var. İbtidai sinifdən cəmi 1 nəfər sinifdə qalıb. Təshil qanununda belə bir şey var ki, ibtidai siniflərdə uşağı sinifdə saxlamaq olmaz. Bu yalnız 2 halda mümkündür; əgər uşağın dərs davamiyyəti yoxdursa və sağlamlığı ilə bağlı problemi olarsa. Bizim halda uşaq dərsə gəlməmişdi. Valideynin öz razılığı ilə sinifdə saxladıq. Valideyn özü bildirdi ki, uşağı gələn il bacısı ilə birlikdə təkrar birinci sinifə göndərmək istəyir. Valideynin ərizəsi var, protokollaşdırmışıq. Yəni uşaq valideynin istəyilə sinifdə qalıb. Qalan siniflərdə summativ qiymətləndirmə düzgün aparılmamışdı. 2-yə yazan uşağa 4 və ya 5 qiymət verilmişdi. Təbii ki, burada maddi qiymətləndirmə olub. Mən dərs hissə müdirləri ilə monitorinq keçirib summativləri bir-bir yoxladım və düzgün qiymətləndirmə apardım. Summativdə nə yazılmışdısa, o qiyməti jurnallara köçürdük. Nəticədə bizdə, 28 nəfər sinifdə qaldı. 4 fəndən 8 nəfər, 5 fəndən 8 nəfər, 7 fəndən 6 nəfər, 8 fəndən 1 nəfər sinifdə qalıb. 3 nəfər isə ümumiyyətlə dərsə gəlmədiyi üçün sinifdə qalıb". Direktor payıza qalan uşaqların sayının çoxluğunu inkar etmədi: "Bəli, payıza qalan uşaqlar çox idi. Onlara yay tapşırıqları verilmişdi, sentyabrın 12-nə qədər imtahan verib, növbəti sinifə keçib. Düzdür, payıza qalan şagirdlərdən yüksək nəticə gözləmirdik, 3-lərini alıb, növbəti sinifə keçdilər". 178 saylı orta məktəbin direktoru Laləndə HasilovaLaləndə xanım sinifdə qalan şagirlərin və onların valideynlərinin bəzilərinin nəticə ilə razılaşmadıqlarından məlumatlı olduğunu deyir: "Sinifdə qalanların bəziləri indi üsyan edirlər. Dəfələrlə valideynlərlə görüşmüşəm, summativləri qabaqlarına qoyub, demişəm ki, baxın, bu sizin uşağınızın yazdıqlarıdır. 7-8 fəndən 2 alan uşağı sinifdən sinifə keçirə bilmərəm. Valideynlərin bir çoxu isə etiraz etmirlər, çünki övladlarının dərsə davamiyyətindən və qiymətlərindən xəbərləri var. Bütün sinifdə qalan şagirdlərin sual kitabçaları və cavab kartları hamısını istənilən vaxt təqdim edə bilərəm. Valideynlərin bəziləri elə bilirlər ki, biz nəyisə dəyişə bilərik. Səhv edirlər! Bütün şagirdlərin nəticələri Təhsil Nazirliyi tərəfindən idarə edilən kompüter sisteminə salınır. Yəni biz heç nəyi dəyişə bilmərik"!Zülfiyyə QurbanovaBAKU.WS
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Dekabr 2025 04:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri