Icma.az
close
up
RU
Kürdəmir məktəbində qalmaqal: Valideyn 5 günlük həbs edildi

Kürdəmir məktəbində qalmaqal: Valideyn 5 günlük həbs edildi

Icma.az, Bizim media saytına istinadən bildirir.

Kürdəmirdə məktəb dava salan valideyn həbs olunub.
Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, hadisə Beyi kəndində yerləşən orta məktəb baş verib.
Kənd sakini olan 30 yaşlı Habil Məhərrəmov (ad və soyad şərtidir) məktəbin dəhlizində direktor və müəllim heyətini söyərək, səs-küy salıb. Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
Habil Məhərrəmov bildirib ki, övladı müəyyən problemlərə görə birinci sinfə gedə bilmədiyi üçün direktor birbaşa ikinci sinfə keçirib:
“İbtidai sinif şagirdlərini birləşdirib birlikdə dərs keçmələrinə etiraz etdim. Buna görə sentyabrın 16-da direktorla aramızda mübahisə yarandı. Bundan sonra məktəbdə lazımi səviyyədə dərslər keçirilmədiyi, müəllim heyəti və direktorun qeyri-etik hərəkətlər etmələri barədə DİN-in 102 qaynar xəttinə zəng edib məlumat vermişəm. Əməlimdən peşmanam və bunun nəzərə alınmasını xahiş edirəm”.
Zərərçəkən qismində çıxış edən direktor bildirib ki, şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, övladlarını dərsdən yayındırır.
Onun və digər müəllimlərin məktəbdə tərbiyəsiz hərəkətlərlə məşğul olmağımız barədə şər-böhtan xarakterli ifadələr səsləndirib:
 

“Sentyabrın 16-da məktəbə gəlib mənim və müəllimlərin haqqında xoşagəlməz ifadələr səsləndirdiyi üçün barəsində akt tərtib olundu. Lakin polisə şikayət etmədim ki, valideyndi, səhvini başa düşər. Amma o, polisə şikayət edərək bizim məktəbdə əxlaqsız hərəkətlər məşğul olduğumuzu iddia edib. Polis gəlib məktəbdə araşdırma aparsa da, heç bir fakt tapılmadı. Tərtib etdiyimiz aktı polisə təqdim etdik və onun cəzalandırılmasını xahiş edirik”.


Kürdəmir rayon Məhkəməsinin qərarı ilə Habil Məhərrəmov barəsində 5 gün müddətinə inzibati həbs qərarı verilib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Noyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri