Icma.az
close
up
RU
Bakı məktəbliləri Sankt Peterburqda keçirilən elmi praktik konfransa qatılıblar

Bakı məktəbliləri Sankt Peterburqda keçirilən elmi praktik konfransa qatılıblar

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 21 aprel, AZƏRTAC

Sankt-Peterburq şəhərində hər il ənənəvi təşkil olunan “Uğura addım” adlı elmi-praktik konfrans bu il də maraqla qarşılanıb. Krasnoqvardeyski rayonunun 152 nömrəli məktəbinin ev sahibliyi etdiyi bu tədbirdə müxtəlif şəhərlərdən olan məktəblilər bir araya gələrək elmi layihələrini təqdim ediblər.

Artıq neçə ildir ki, bu beynəlxalq əməkdaşlığa Sankt-Peterburqda yaşayan həmyerlimiz, müəllim Fatma Nəzirlinin təşəbbüsü ilə Bakıdan da qoşulanlar olur.

AZƏRTAC xəbər verir ki, Bakı şəhəri M.Hacıyev adına 116 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Nərmin Əhmədova şagirdləri ilə birlikdə hər il bu konfransa telekörpü vasitəsilə qoşulur, layihələrini təqdim edir. Onların layihələri diplomlara da layiq görülüb.

“Uğura addım” adlı builki XII elmi-praktik konfransı 152 nömrəli məktəbin direktoru Ruslan Klimenko açaraq, Bakı məktəbi ilə 7 illik davamlı əməkdaşlığın əhəmiyyətindən bəhs edib. O, bu əməkdaşlığın iki ölkə məktəbləri arasında dostluq körpüsünə çevrildiyini vurğulayıb və bu əlaqələrin davam etdiriləcəyini bildirib.

Konfrans çərçivəsində Bakı məktəbliləri – Tahir Əliyev, Leyla Məmmədli, Zəhra İsazadə və Dəniz Rüstəmli qlobal əhəmiyyət daşıyan COP29 mövzusunda təqdimatlarını nümayiş etdiriblər. Şagirdlərin hazırladıqları layihə təkcə təqdimat bacarıqları ilə deyil, mövzuya yanaşma orijinallığı və elmi yanaşmaları ilə də seçilib.

Bu cür tədbirlər təkcə elmi maraqların deyil, eyni zamanda, ölkələrarası dostluğun möhkəmlənməsinə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri