Icma.az
close
up
RU
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində müşavirə keçirilib

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində müşavirə keçirilib

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Oktyabrın 26-da “H.Cavid pr. 33a” ünvanı üzrə (Bakı Metropoliteni QSC) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Metropoliteni QSC-nin sədr müavini, ƏPT sədri Hidayət Məmmədov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Bakı Metropoliteni QSC-nin sədr müavini, ƏPT sədri Hidayət Məmmədov tədbir iştirakçılarını və qonaqları salamlayaraq paytaxtın əsas nəqliyyat arteriyası sayılan metropolitendə keçirilən bu görüşün mühüm strateji və ideoloji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. H.Məmmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin dayanıqlı inkişaf modelini yeni keyfiyyət mərhələsinə yüksəldən mühüm siyasi hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı konseptual nitqi paytaxt nəqliyyatının modernləşdirilməsi, sərnişindaşıma təhlükəsizliyinin artırılması, rəqəmsal texnologiyaların tətbiqi və işçi kollektivinin sosial rifahının yüksəldilməsi istiqamətində Bakı Metropoliteninin qarşısına vacib öhdəliklər qoyur. Sədr müavini qeyd edib ki, çoxminli metropolitençilər cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə hər zaman sadiqdir və partiya ideallarının təbliğində öz fəal mövqeyini qoruyacaqdır.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin ideoloji-siyasi mahiyyəti, strateji nəqliyyat-infrastruktur obyektlərinin dövlət təhlükəsizliyindəki rolu və ərazi partiya təşkilatlarının qarşısında duran mühüm vəzifələr barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi tərəqqisinin və tarixi Zəfərlərinin əsas hərəkətverici qüvvəsi olmuşdur. Ulu Öndərin zəngin idarəçilik xəttini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək qüdrətli dövlətə çevrilmişdir. Qazanılan bu möhtəşəm nailiyyətlər partiyamızın yürütdüyü uzaqgörən siyasi kursun, dövlətimizin iqtisadi qüdrətinin və sarsılmaz xalq-iqtidar birliyinin parlaq təntənəsidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər strateji nəqliyyat müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində yeni mərhələ açmışdır. Bakı Metropoliteni təkcə sərnişindaşıma obyekti deyil, həm də paytaxtın stasionar və strateji təhlükəsizlik sisteminin tərkib hissəsidir. Müəssisənin kollektivi peşəkar fəaliyyəti ilə yanaşı, yüksək vətənpərvərlik ruhu, dövlətçilik təfəkkürü və partiya ideallarına sədaqəti ilə cəmiyyətə nümayiş etdirdiyi nümunəni daha da gücləndirməlidir. Ərazi partiya təşkilatı kollektivdə sağlam mənəvi-ideoloji mühitin saxlanılması və gənc mütəxəssislərin partiya həyatına fəal inteqrasiyası istiqamətində ardıcıl iş aparmalıdır. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Bakı Metropoliteninin ərazi partiya təşkilatı böyük intellektual və əmək potensialına malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcə zənginləşməsi və ideoloji işin operativliyi istiqamətində mərkəzin fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.

Müşavirədə çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keşməkeşli keçmişi və Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin xilasında və partiyanın nizamlı bir siyasi qüvvə kimi formalaşmasındakı misilsiz, əvəzsiz xidmətlərindən bəhs edib. M.Mərdanov vurğulayıb ki, 1990-cı illərin əvvəllərində ölkəmizin üzbəüz qaldığı dərin siyasi, iqtisadi və mənəvi böhran şəraitində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi, modern dövlətçilik təməllərini qoydu və YAP-ı ümumxalq partiyasına çevirdi. Ulu Öndərin zəngin idarəçilik irsini və ideoloji xəttini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, regionun en böyük və mütəşəkkil siyasi qüvvəsi kimi tarixi missiyasını uğurla davam etdirir. YAP Veteranlar Şurasının üzvü xüsusi olaraq diqqətə çatdırıb ki, partiyanın VIII Qurultayı Azərbaycanın postmüharibə dövründəki yeni inkişaf strategiyasını, ideoloji prioritetlərini və gələcək hədəflərini müəyyən edən strateji mərhələdir. Cənab Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqi gənc nəsildə milli-mənəvi dəyərlərin, dövlətçilik təfəkkürünün və vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsini ön plana çəkir. M.Mərdanov nəsillərarası varislik ənənələrinin qorunmasının, yaşlı və tecrübəli partiya veteranlarının zəngin təcrübəsindən gənclərin maarifləndirilməsində istifadə olunmasının müstəsna əhəmiyyət kəsb etdiyini bəyan edərək, metropoliten kollektivini və ərazi partiya təşkilatının üzvlərini partiya ideallarına hər zaman sadiq olmağa çağırıb.

Çıxış edənlər “H.Cavid pr. 33a” ünvanı üzrə (Bakı Metropoliteni QSC) ərazi partiya təşkilatının sədr müavini, Vətən Müharibəsi Qəhrəmanı, XTQ kapitanı şəhid Nurlan Mustafayevin anası Rahilə Ramazanova, Bakı Metropoliteni QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov və Metro Hərəkət Xidmətinin mühəndisi Minə Səlimova metropolitendə aparılan infrastruktur yenilikləri, sərnişinlərə xidmət keyfiyyətinin artırılması, texniki təhlükəsizlik qaydalarına riayət olunması və kollektivdə ictimai-ideoloji fəallığın yüksəldilməsi barədə ətraflı məlumat veriblər. Çıxışçılar, həmçinin dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirərək, Zəfərimizin qorunmasının və bu mənəvi irsin gələcək nəsillərə çatdırılmasının hər bir partiya üzvünün müqəddəs borcu olduğunu vurğulayıblar. Onlar YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları rəhbər tutaraq dövlətçilik ideallarının təbliğində və Bakı Metropoliteninin fəal ictimai həyatında ön sıralarda olacaqlarını bəyan ediblər.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Oktyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri