Bakı Metropolitenində əl yüklərinə görə əlavə ödəniş NƏZƏRDƏ TUTULUB?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bakı Metropolitenində əl yüklərinə görə əlavə ödəniş nəzərdə tutulması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil".
Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
"Bu məlumatın nəyə əsasən yazıldığını deyə bilmərəm, amma metroda əl yüklərinin daşınması ilə bağlı hər hansı bir yenilik yoxdur.
Əl yüklərinin daşınması ilə bağlı Nazirlər Kabinetinin "Bakı Metropolitenindən istifadə qaydaları" haqqında müvafiq qərarı var və həmin qərar da 2010-cu il, 19 oktyabr tarixindən qüvvədədir. Həmin qərarda da "əlavə ödəniş" anlayışı yoxdur.
Qərarın 2-ci bəndində sərnişinlərin vəzifələri aydın şəkildə sadalanıb. 2.2-ci bəndində isə göstərilib ki, sərnişinlər uzunluq, en və hündürlük ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzunölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər. Göründüyü kimi heç bir əlavə ödəniş tələbindən söhbət getmir", - deyə B. Məmmədov vurğulayıb.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 16 Yanvar 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















