Icma.az
close
up
RU
“Büdcədə bu istiqamətdə 700 milyondan çox əlavə vəsait nəzərdə tutulub”

“Büdcədə bu istiqamətdə 700 milyondan çox əlavə vəsait nəzərdə tutulub”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“Minimum əməkhaqlarının artırılması bir neçə aspektdə müsbət haldır. Birincisi, son iki ildə inflyasiya müşahidə olunub. Minimum əməkhaqlarının artırılması ümumi əmək bazarında əməkhaqlarına artırıcı təsir edəcək. Ən aşağı maaşlar artırılacaq və vahid tarif cədvəli ilə əməkhaqqı alan dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən şəxslərin maaşları artacaq. Dövlət büdcədən maliyyələşən işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncam verəcək, yəni Prezidentin sərəncamları olacaq. Büdcədə bu istiqamətdə 700 milyondan çox əlavə vəsait nəzərdə tutulub”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
X.Kərimli qeyd edib ki, minimum əməkhaqlarının artırılması özəl sektora da təsir edəcək: “Minimum əməkhaqlarının artırılması təkcə dövlət sektoru üçün deyil. Özəl sektorda da minimum əməkhaqqından aşağı maaş alanların əməkhaqları artırılacaq. Pensiyaların artırılmasına gələndə isə hələ statistika dəqiq deyil, fevralın ilk ongünlüyündə nə qədər olacağı bilinəcək. Məsələ odur ki, pensiyalar muzdlu işçilərin əməkhaqqısının orta illik artım faizinə uyğun artırılır. O da fevralın ilk ongünlüyündə bilinir. Həmişə rəqəm bir az gec elan edilir. Ümumiyyətlə, o statistika 1 ay ləngiməklə verilir. Yəni şirkətlərdən toplanınca, hesablanınca bir az zaman alır”.
İqtisadçı bildirib ki, yanvarın 1-dən olan artımlar fevral ayında ödəniləcək: “Təqribən bu rəqəm 7-8 faiz arası olacaq. Bu da pensiyaların artımının avtomatik indeskləşməsidir. Bir də minimum pensiya artırıldı. Bu da o deməkdir ki, pensiya kapitalı formalaşdırmayan, iş təcrübəsi olmayan şəxslərin də minimum pensiyası 280 manatdan 320 manata qaldırıldı. Yəni ölkədə 320 manatdan aşağı pensiya ola bilməz. Bütün bunların təbii ki, müsbət cəhətləri var. Müsbət tərəfi ki, əhalinin sosial rifah halı yaxşılaşır, mənfi tərəfi isə odur ki, inflyasiyaya təzyiq yaradır. Bir də şirkətlərin xərci artır”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Yanvar 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri