Bakı metrosunda günün ikinci hadisəsi Video Yenilənib
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Metronun “Nəriman Nərimanov” stansiyasında qatarda tüstülənmə olub.
“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, tüstülənmə səbəbindən bütün vaqon boşaldılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında metronun “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş vermiş, nəticədə sərnişinlər düşürülmüşdü.
***
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “Nəriman Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb:
“Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb. Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub”.
Görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 19 Fevral 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















