Icma.az
close
up
RU
Bakı metrosunda ötəngünkü problemin səbəbi nə olub? Araşdırmanın nəticələri AÇIQLANDI

Bakı metrosunda ötəngünkü problemin səbəbi nə olub? Araşdırmanın nəticələri AÇIQLANDI

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün "Bakı Metropoliteni"ndə baş verən nasazlıq bir sıra stansiyalarda sıxlığa səbəb olub.  Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib və sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb.

Yaranmış sıxlığın tənzimlənməsi üçün "Bakı Metropoliteni"nin əməkdaşları hərəkətə keçib və bu tənzimlənmə bir saat davam edib.

Axşam saatlarında məlumat verilib ki, Bakı metrosunda qatardakı texniki nasazlıqla bağlı aidiyyəti sahələrin iştirakı, müfəttişliyin rəhbərliyi ilə müvafiq araşdırılması aparılacaq.

Modern.az araşdırmanın nəticələrini öyrənmək üçün "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədovla danışıb.

O bildirib ki, "Bakı Metropoliteni"ndə baş verən hər bir hadisə araşdırılır. Mətbuat katibi ilkin araşdırmanın nəticələrinin artıq bəlli olduğunun vurğulayıb.

"İlkin araşdırmanın nəticələri artıq bəllidir. Məsələyə iki aspektdən baxılır: baş vermiş nasazlığın özü və işçi personalının bu anda davranışı, atdığı addımlar. "28 May" stansiyasında ən sıx sərnişin axının olduğu vaxtda işçi personalının sərnişənlərin vaqondan düşürülməsi prosesini, eyni zamanda stansiyada sərnişin sıxlığının tənzimlənməsi prosesində verdiyi qərarlar müzakirə edilib. Stansiyada operativ qaydada sərnişin sıxlığı olsa belə, həmin dövrdə ən uzun çəkən proses bu olub. Sərnişinlər düşürülüb və intervalda 8 dəqiqə gecikmə yaranıb. Bu proses qaydasında icra olunub. Sərnişinlərin stansiyaya buraxılması prosesində də operativlik nümayiş olunub. Bunun nəticəsində stansiyada sərnişinlərin xəsarət alması, hər hansı fəsadın baş verməsi olmayıb. Bu səbəbdən tək "28 May" stansiyasında yox, Yaşıl və Qırmızı Xəttin bütün stansiyalarında eyni proseslər olduğundan sərnişin sıxlığı yaşanan stansiyalarda, məsələn "Elmlər Akademiyası"nda operativ qərar verilməsi, işçi personalın iş rejimi yoxlanılıb. Hər şey qaydasında olub. Bu səbəbdən bir daha qeyd edirəm ki, hər hansı sərnişinin xəsarət almayıb".

Bəxtiyar Məmmədovun sözlərinə görə, burada ikinci ən vacib nüans maşinistin verdiyi qərarla bağlıdır:

"Maşinist idarəetmə pultuna daxil olan siqnal əsasında ən doğru qərarı verib, qısa zamanda nöqsan ehtimalını nəzərə alaraq və "Bakı Metropoliteni"nin normativlərinə uyğun olaraq, sərnişinlərin düşürülməsini zəruri hesab edib və daha sonrakı prosesin 8 dəqiqəyə qədər uzanması sərnişilərin düşürülməsi ilə bağlı olub. Bu gün "Bakı Metropoliteni"nin bütün stansiyalarında ən yaxşı cəhətlərdən biri odur ki, qatarların idarəetmə pultu bəzi nasazlıqlarla bağlı qabaqcadan da məlumat verə bilir. Bu, sistemdə olan avadanlıqların normativlərə hansı dərəcədə uyğun olmasını göstərir. Nöqsanla bağlı maşinistin kabinəsinə daxil olan ötürücü siqnal əsasında ilkin araşdırmanın nəticəsi budur ki, nasazlıq faktı olub, lakin o dərin araşdırılmalıdır. Ən əsası odur ki, sərnişinlərin xəsarət almasına səbəb olacaq nasazlıq olmayıb. İkinci məqam ondan ibarətdir ki, sərnişinlərlə birgə qatar hərəkət edə bilsə belə, "Bakı Metropoliteni"nin normativlərinə uyğun olaraq, sərnişin hər şeydən vacib olduğu üçün onların düşürülməsi doğru qərar olub. Bundan sonrakı araşdırmalarla bağlı zərurət olarsa, ictimaiyyətə məlumat veriləcək. Burada təmirdən sonra fəsad olmayıb, bu, qatarın gündəlik hərəkətində baş vermiş hadisədir. Xüsusi problemli məsələ deyil".

Mətbuat katibi məsələnin həlli yolundan da danışıb:

"Məsələnin həlli ondan ibarətdir ki, Yaşıl və Qırmızı Xətlərin stansiyaları bir-birindən ayrılmalıdır. Hər bir xətt metro sistemində olan tələblərə uyğun olaraq ayrı fəaliyyət göstərməli, onun özünün ayrı infrastrukturu, deposu olmalıdır. Dünənki hadisə zamanı Yaşıl Xəttin öz deposu olsaydı, hətta xətlər birləşmiş olduğu halda "Dərnəgül" elektrik deposundan xəttə buraxılacaq hər hansı qatar ən azı bir istiqamətdə sərnişin sıxlığını tənzimləməkdə rol oynaya bilərdi. Artıq Bakı şəhərinin "Baş Planı" təsdiq edilib, ona görə də bu sahədə işlər gedir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri