Icma.az
close
up
RU
Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi Həbs oludu

Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi Həbs oludu

Bakı metrosunun 28 May stansiyasında qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə 13 yanvar 2025-ci il tarixdə, saat 09:10 radələrində metronun İnşaatçılar stansiyasından Həzi Aslanov stansiyası istiqamətində gedən qatarda baş verib. 

Belə ki, R.T. adlı qadın qatarda olan zaman arxasında dayanan tanımadığı şəxs əli ilə bir neçə dəfə ona toxunub. Qadın öncə bunun təsadüfən olduğunu zənn edib. 

Lakin təqsirləndirilən şəxs - E.C. qeyri-etik hərəkətlərinə davam etdiyindən o, buna iradını bildirib. 

Həmin şəxs metronun 28 May stansiyasında qatardan düşəndə zərərçəkmiş qadın qışqıraraq hadisə yerinə polis çağırıb. 

Məhkəmənin qərarı ilə 1995-ci i l təvəllüdlü E.C . İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib və 10 gün müddətinə həbs edilib.


Aydın

seeBaxış sayı:27
embedMənbə:https://qaynarinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri