Icma.az
close
up
RU
Qadına qarşı əxlaqsızlıq bizim cəmiyyətə yaraşmayan haldır SOSİOLOQ

Qadına qarşı əxlaqsızlıq bizim cəmiyyətə yaraşmayan haldır SOSİOLOQ

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Özünü apara bilməyən insana cəmiyyətdə yer olmamalıdır. Ya müalicə olunmalıdır, ya da təcrid edilməlidir" 

Bakının Nərimanov rayonunda qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs həbs edilib. Hadisə rayonun Həsən Əliyev küçəsində marketdə baş verib. Verilən xəbərə görə, satıcı xanıma qarşı bir nəfər nalayiq ifadələr işlədərək onu təhqir edib. Dərhal həmin yerə polis əməkdaşı yaxınlaşıb, həmin şəxs saxlanılıb. Onun 1982-ci il təvəllüdlü Əmir Bağırov (ad-soyad şərti verilib – red.) olduğu aydınlaşdırılıb. Məlum olub ki, Bağırov həmin xanıma qarşı kobud və qeyri-etik hərəkətlərə yol verib, onu narahat edib. Qız etiraz etdikdə isə onu təhqir edərək ictimai qaydanı pozub. İş üzrə izahat verən Bağırovun sözlərinə görə, həmin günü xanıma yaxınlaşmaqda pis məqsədi olmayıb: "Onunla tanış olmaq istədim. Daha sonra banan alıb ona yeməsi üçün təqdim etdim. Lakin heç bir nalayiq ifadə işlətmədim. Sadəcə banan yeməyi təklif etdim”. Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. Nizami Rayon Məhkəməsinin qərarı ilə Bağırov 5 gün müddətinə inzibati qaydada həbs edilib.

Baş vermiş insidentin səbəblərini izah edən sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hər bir şəxs cəmiyyət içində etik davranış normalarına riayət etməlidir: 

- Konkret əxlaq normaları var ki cəmiyyətin üzvü olan hər bir kəs bunlara əməl etməyə borcludur. Tanış olmağın, qarşındakı şəxsə nəsə təklif etməyin də qaydaları, normaları var. Tanış olmaq istədiyin şəxsin qarşılıqlı münasibətini bilmədən, onun da səninlə tanış olmaq istədiyinə, ünsiyyət qurmaq istədiyinə əmin olmadan nəsə təklif etmək sağlam düşüncəli insana xas hərəkət deyil. Normal psixologiyaya malik şəxs bunu etməz. Düşünürəm ki həmin şəxsdə psixoloji çatışmazlıq halı olub ki qadına qarşı belə bir hərəkət edib. Belə bir rəftarla hər kim qarşılaşsa, o cür təpki verərdi. Bu cür halla qarşılaşan insanlar belə şəxsləri uzaqlaşdırmaq üçün səslərini çıxarmalı və mütləq polisə müraciət etməlidirlər. Hadisə zamanı polisin müdaxiləsi də təqdirəlayiqdir. Yaxşı ki polis əməkdaşları var, hər bir çətinlikdə onlara müraciət edirik. Qadına qarşı nalayiq hərəkət edən şəxsin psixoloji problemi varsa, müalicə almalıdır, müvafuq müəssisəyə yerləşdirilməlidir. Amma bilə-bilə edirsə, hansısa məkrli məqsəd güdürək edirsə, o zaman ciddi cəzalanmalıdır. Cərimə tətbiq olunmalı və ağır cəza tətbiq edilməlidir ki başqalarına da görk olsun. Belələrini bir neçə sutka həbs edilib sonra sərbəst buraxmaq doğru deyil. Hər kəs bilməlidir ki, cəmiyyətdə özünü tərbiyəli, əxlaqlı aparmalıdır. Qadına qarşı həmişə hörmət olub bizim cəmiyyətimizdə. Elin qızını, gəlinini hamı öz bacısı, anası bilərdi. Təəssüf ki dəyərlərimiz getdikcə itib-batır. Qadına qarşı əxlaqsız davranmaq bizim cəmiyyətə yaraşmayan haldır. Özünü apara bilməyən insana cəmiyyətdə yer olmamalıdır. Ya müalicə olunmalıdır, ya da təcrid edilməlidir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Yanvar 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri