Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlanır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin "Bakı Metropoliteni" ilə əməkdaşlığı çərçivəsində əhalinin daha çox istifadə etdiyi 6 stansiyada elektron siqaretlərin (veyplər) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib.
Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, metronun “28 May”, “Gənclik”, “Elmlər Akademiyası”, “Nəriman Nərimanov", “Koroğlu” və “Neftçilər” stansiyalarında yerləşən monitorlarda veyplərin gənc istifadəçilər üçün yaratdığı ciddi təhlükələrə diqqət çəkilir.
Sosial reklamların məqsədi əhalini, xüsusilə yeniyetmə və gəncləri veyplərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.
Baxış sayı:103
Bu xəbər 22 May 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















