Icma.az
close
up
RU
Tələbələr veyplərin təhlükəsi barədə məlumatlandırılıb

Tələbələr veyplərin təhlükəsi barədə məlumatlandırılıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səhiyyə Nazirliyinin birgə layihəsi çərçivəsində elektron siqaretlərin (veyplər) zərərləri barədə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı çıxış edən AQTA-nın və Səhiyyə Nazirliyinin əməkdaşları veyplərin insan sağlamlığına yaratdığı təhlükələrdən danışıblar. Qeyd olunub ki, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Parlaq rənglər, şirin meyvə dadları və sosial mediada yayılan cəlbedici görüntülər elektron siqaretlərin gənclər arasında popularlaşmasına səbəb olub.

Tələbələrin diqqətinə çatdırılıb ki, elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər var. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib.

Nümayəndələr son illərdə veyp istifadə edən gənclər arasında yayılan “popkorn" xəstəliyi barədə məlumat veriblər. Bildirilib ki, bu xəstəliyin əsas səbəblərindən biri veyp mayelərinə əlavə olunan “diasetil” adlı kimyəvi maddədir.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Veyp istifadə edən gənclərə sağlamlıqlarını riskə atmamaq üçün bu məhsulların təhlükələri barədə araşdırmaq və gec olmadan bu zərərli vərdişi tərgitmək tövsiyə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see292

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see259

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see238

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see238

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see236

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see224

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see217

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see208

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see205

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see205

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see205

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see204

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see204

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see204

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see193

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see191

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see190

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see187

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see186

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri