Bakı metrosunda Wi Fi quraşdırılacaq? RƏSMİ
Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Artıq bir çox ölkədə metroda pulsuz internetə qoşulmaq mümkündür. Moskva, Seul və Pekin kimi şəhərlərdə həm stansiyalarda, həm də qatarların içində Wi-Fi quraşdırılıb. Nyu-York, London və Toronto kimi şəhərlərdə isə əsasən stansiyalarda mövcuddur.
Bakı metrosunda Wİ-Fİ quraşdırılması məsələsi də bir neçə dəfə gündəmə gətirilib, lakin nəticəsiz qalıb. Hazırda metro stansiyalarında təmir-bərpa işləri gedir. Bəs metroya internet çəkilməsi planlaşdırılıb?
“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, metropolitendə Wİ-Fİ şəbəkəsinin tətbiqi məsələsinə texniki, infrastruktur və digər amillər nəzərə alınmaqla aparılan dəyərləndirmələrin nəticələrinə uyğun şəkildə baxılacaqdır.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 11 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















