Icma.az
close
up
RU
Bakı metrosunda yoxlama Pullar necə gəldi xərclənib

Bakı metrosunda yoxlama Pullar necə gəldi xərclənib

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Hesablama Palatası “Bakı Metropoliteni” QSC-də həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkarlayıb.

Palatadan Sfera.az-a verilən məlumata görə, Hesablama Palatasının 2024-cü il üçün İş Planına uyğun olaraq “Bakı Metropoliteni” QSC-dә 2022-2023-cü illәrdә dövlәt vәsaitlәrinin vә әmlakının istifadә vә idarә olunmasının auditi 2024-cü ilin may-iyun aylarında hәyata keçirilib vә ümumilikdә dövlәt büdcәsindәn ayrılan 240,1 milyon manat vәsait әhatә edilib.

Auditin nәticәlәri әsasәn aşağıdakılardan ibarәt olub:

- Bakı Metropoliteninin ictimai nәqliyyatda oynadığı әvәzsiz rolu vә müasir infrastrukturun inkişaf tempi nәzәrә alınaraq, Bakı şәhәrindә sәrnişin nәqliyyatı sistemini tәkmillәşdirmәk vә nәqliyyatın hәrәkәtinin gәrginliyini azaltmaq mәqsәdilә Azәrbaycan Prezidenti tәrәfindәn “Bakı Metropoliteninin perspektiv inkişafı ilә bağlı bәzi tәdbirlәr haqqında” 10.11.2008-ci il tarixli Sәrәncam imzalanıb. Sәrәncama әsasәn, ixtisaslaşmış yerli vә xarici şirkәtlәrin iştirakı ilә әhalinin mәskunlaşma coğrafiyası, hәmçinin digәr nәqliyyat vasitәlәri ilә әlaqәlәndirilmә imkanları nәzәrә alınmaqla, Bakı şәhәrinin yeraltı nәqliyyat şәbәkәsinin 20 illik Dövlәt Proqramının hazırlanması tapşırığı verilib. “Bakı Metropoliteninin perspektiv inkişafı ilә bağlı әlavә tәdbirlәr haqqında” Azәrbaycan Respublikasının Prezidentinin 18.03.2011-ci il tarixli 1408 saylı Sәrәncamı ilә Bakı Metropoliteninin mövcud şәbәkәsinin 2030-cu ilәdәk olan müddәtdә mәrhәlәlәrlә genişlәndirilmәsini vә nәhәng metro şәbәkәsinin yaradılmasını nәzәrdә tutan “Bakı Metropoliteni Xәtlәrinin Konseptual İnkişaf Sxemi” vә “Bakı Metropoliteninin 2011-2015-ci illәrdә inkişafına dair Dövlәt Proqramı” tәsdiq edilib. Cari ilin әvvәlinә olan hesabat mәlumatlarına әsasәn, "Bakı Metropoliteninin 2011-2015-ci illәrdә inkişafına dair Dövlәt Proqramı"nın hәyata keçirilmәsi üçün Tәdbirlәr Planında nәzәrdә tutulmuş 23 tәdbirdәn 10 tәdbir üzrә işlәr başa çatdırılıb, 13 tәdbir üzrә işlәr qismәn yerinә yetirilib.

- Dövlәt büdcәsindәn bu istiqamәtdә ayrılan subsidiyanın mahiyyәtinin qiymәti tәnzimlәnәn metropolitenlә sәrnişindaşıma xidmәtlәrinin göstәrilmәsindәn yaranan zәrәrin tam vә ya qismәn qarşılanmasından ibarәt olması nәzәrә alınmayaraq әmәkhaqqı, icbari sosial ayırmalar, kommunal xidmәtlәr vә s. bu kimi xәrclәrin mәnbәyi qismindә sәnәdlәşdirilmәsi 2022-ci ildә әsas fәaliyyәt üzrә gәlirlәrin xәrclәri 13527,1 min manat üstәlәmәsi şәraitindә müvafiq vәsaitin investisiya xәrclәrinә (әsaslı tәmir, tikinti vә s.) yönәldilmәsi maliyyә inzibatçılığında ziddiyyәtli qәrarlara sәbәb olub.

- Sәrnişindaşıma fәaliyyәti üzrә subsidiyanın düzgün tәnzimlәnmәmәsi vә yaranan sәrbәst vәsaitlәrin yetәrli әsaslandırma olmadan muzdlu işçilәrә fәrdi mükafat adı ilә ödәnilmәsi, elәcә dә bunun birbaşa vә ya dolayısı ilә gәlirdәn çıxılan xәrclәrә aid edilmәsi sәrnişindaşınma xidmәtlәrinin maya dәyәrinin artırılması ilә nәticәlәnib.

- Layihәlәrin ilkin planlaşdırılması üzrә müvafiq texniki-iqtisadi әsaslandırmalar aparılsa da, metro infrastrukturunun inkişafı üçün nәzәrdә tutulan vәsaitin Dövlәt İnvestisiya Proqramına ümumi adla daxil edilmәsi icra prosesindә hәmin vәsaitin bir hissәsinin istismar tipli xәrclәrә yönәldilmәsinә, layihәlәrin icrası prosesindә smeta vә müqavilәlәrdә aparılan dәyişikliklәr keçid layihәlәrin uzun müddәt davam etmәsinә şәrait yaradıb.

- “Bakı Metropoliteni”nin tikinti obyektlәri üzrә “Yerinә yetirilmiş işlәrin qәbulu Aktı” ilә rәsmilәşdirilmiş 559,7 min manat dәyәrindә işlәrә dair tәrtib edilmiş smeta sәnәdlәri (işlәrin icrası zamanı iş hәcmlәrinә edilmiş dәyişikliklәr) ekspertizadan keçirilmәyib, 712,9 min manat dәyәrindә işlәrin tikinti norma vә qaydalarının tәlәblәri gözlәnilmәyәrәk smeta sәnәdlәrinә daxil edilmiş xidmәtlәr “tikintinin tәşkili layihәsi”ndә әks etdirilmәmiş vә layihә sәnәdlәrindә nәzәrdә tutulmayan 272,2 min manat dәyәrindә işlәr smeta sәnәdlәrinә daxil edilib.

- QSC tәrәfindәn dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericiliyin tәlәblәrinә riayәt olunmaqla yanaşı, çoxsaylı prosedur pozuntusuna yol verilmәsi, satınalma metodu tәtbiq edilmәdәn müxtәlif mәqsәdlәr üçün 262 halda 868,6 min manat mәblәğindә birbaşa müqavilәlәrin bağlanılması, ehtimal dәyәrinin müәyyәn edilmәmәsi rәqabәt mühitinin pozulması ilә yanaşı dövlәt vәsaitindәn qәnaәtlә istifadә edilmәmәsinә, habelә tender komissiyasının fәaliyyәtindә vә inzibatçılıqda boşluqların olması isә uzunmüddәtli debitor borcun yaranmasına, müqavilә öhdәliklәrinin gecikdirilmәsinә vә ya icra edilmәmәsinә, vaxtında icra edilmәyәn müqavilәlәr üzrә cәrimәlәrin tәtbiq edilmәmәsinә sәbәb olub.

- Audit zamanı bәzi hallarda mövcud resursların real dәyәrlәndirilmәsi aparılmadan ehtiyacların qiymәtlәndirildiyi müәyyәn olunmuşdur ki, bu da bir tәrәfdәn әlavә dövlәt vәsaitinin istifadәsinә, digәr bir tәrәfdәn isә aktivlәrin uzun müddәt istifadәsiz saxlanılmasına şәrait yaradıb.

- 2022-2023-cü illәrdә QSC-nin sәlahiyyәtlәrinә aid olan vәzifә vә öhdәliklәrin xәrclәrdә azalma aparılmadan bәzi hallarda paralel olaraq kәnar hüquqi vә fiziki şәxslәrә hәvalә edilmәsi, habelә hәmin xidmәtlәrin dәyәrinin әsaslandırma olmadan artırılması kimi hallar QSC-nin xәrclәrindә sәmәrәsiz vә qәnaәt edilmәyәn vәsait kimi qiymәtlәndirilib.

- QSC-nin 2021-ci vә 2022-ci il maliyyә hesabatlarının tәrtibi üçün müvafiq auditor şirkәtlәri ilә müqavilәlәrin bağlanılmasına baxmayaraq öhdәliklәrin icraçılar tәrәfindәn audit dövrünün sonunadәk icra edilmәmәsi, bәzi hallarda ehtiyatların vә digәr aktivlәrin aidiyyәti üzrə mәdaxil edilmәdәn istifadәyә verilmәsi maliyyә hesabatlılığında şәffaflığın tam tәmin edilmәmәsini, daxili nәzarәt vә uçot siyasәtinin subyektin inkişaf strategiyasına uyğunsuzluğunu әks etdirmәklә maliyyә resurslarının idarәedilmәsi vә inzibatçılığında çevik maliyyә qәrarlarının qәbul edilmәsinә mәnfi tәsiri şәrtlәndirib.

Hesablama Palatasının kollegiyası әsassız olaraq xәrcә silinmiş 13,6 min manat debitor borcun mühasibat yazılışı verilәrәk uçota bәrpa olunmasının, habelә QSC-nin birlәşmiş emalatxanaları tәrәfindәn istehsal olunmuş müxtәlif әsas vәsaitlәr üzrә 3215,5 min manat mәblәğindә xәrclәrin mühasibat yazılışı verilәrәk kapitallaşma xәrclәrinә aid edilmәsinin nәzәrә alınması, audit әhatә etdiyi dövrdә istismar xәrclәrindәn ödәnilmiş vә geri qaytarılması tәmin edilmәyәn 5724,2 min manat vәsaitin istismar xәrclәri üzrә hesablaşma hesabına qaytarılması, әsaslı vәsait qoyuluşu xәrclәri hesabına icra olunan iki layihә üzrә yol verilmiş artıq xәrclәrin icra prosesindә (layihәlәrin davam etdiyi nәzәrә alınaraq) azaldılması barәdә qәrar qәbul edib.

Hәmçinin auditlә әhatә olunan iki obyekt üzrә yerinә yetirilmәsi rәsmilәşdirilmiş tikinti-quraşdırma vә abadlaşdırma işlәrinin hәcm vә dәyәrinin müvafiq layihә-smeta sәnәdlәrindәn artıq (o cümlәdәn fәrqli) olmasının müәyyәnlәşdirildiyi nәzәrә alınmaqla digәr obyektlәrin dә bu predmet üzrә daxili nәzarәt qaydasında әhatә olunması, layihә-smeta sәnәdlәrindәn kәnar qaydada yerinә yetirilmәsi rәsmilәşdirilmiş tikinti-quraşdırma işlәrinin faktiki dәyәrinә әsaslanmaqla layihә-smeta sәnәdlәrinә müvafiq düzәlişlәrin edilmәsi üçün sәlahiyyәtli dövlәt qurumlarına müraciәt edilmәsi vә nәticәdәn asılı olaraq qanunvericiliyә uyğun tәdbirlәrin hәyata keçirilmәsi vә aidiyyәti Dövlәt Proqramının Tәdbirlәr Planı üzrә qismәn yerinә yetirilmiş işlәrin başa çatdırılması üçün müvafiq tәdbirlәrin görülmәsi barәdә tәkliflәr irәli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 Yanvar 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri