Icma.az
close
up
RU
Bakı metrosundakı problemə görə sabah xüsusi İCLAS OLACAQ

Bakı metrosundakı problemə görə sabah xüsusi İCLAS OLACAQ

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bakı metrosunda qatardakı texniki nasazlıqla bağlı dekabrın 5-də komissiyanın xüsusi araşdırma iclası olacaq". Bu barədə "Trend"ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

"Daha sonra mövcud vəziyyətin aidiyyəti sahələrin iştirakı ilə müfəttişliyin rəhbərliyi ilə müvafiq araşdırılması aparılacaq.

Ümumiyyətlə, metropolitendə baş verən hər bir hadisə ilə bağlı xüsusi araşdırma aparılır. Çünki metropolitendə iki hadisə bir-birinə bənzəməyə də bilər. Eyni zamanda, hər bir hadisənin nəticələri əsasında görüləcək tədbirlər bundan sonra həmin hadisələrin təkrarlanmaması üçün tətbiq olunur", - o qeyd edib.

B.Məmmədov bildirib ki, sıxlığın tənzimlənməsi bir saat davam edib:

"Problemi dərinləşdirən məsələlərdən biri də ondan ibarət olub ki, qatarın nasazlığı (ötən gün-red) 18.20-də, yəni sərnişinlərin ən sıx vaxtında müşahidə olunub. "28 May" həmin vaxt Bakı metrosunun ən sıx stansiyalarından biri olur. Bu zaman sərnişinlərin düşürülməsi səkkiz dəqiqəyə yaxın vaxt aparıb.

Ümumiyyətlə, hər hansı neqativ hal qeydə alınmayıb. "28 May" və "Elmlər Akademiyası" stansiyaları həmin vaxtda xüsusi sərnişin sıxlığı olduğundan giriş qapılarında xüsusi nəzarət-buraxılış tədbirləri görülüb. Qısamüddətli məhdudiyyətlər də tətbiq olunub. Əsas hədəf platforma səviyyəsinin ifrat dərəcədə yüklənməsinin qarşısının alınması olub.

"28 May" stansiyası "yaşıl" və "qırmızı" xətlərin kəsişərək birləşdiyi stansiya olduğundan bu hadisənin nəticəsində "Dərnəgül" və "İçərişəhər" istiqamətində əsaslı yubanmalar olub".

Qeyd edək ki, ötən gün axşam saatlarında Bakı metrosunda nasazlıq yaranıb. Belə ki, "yaşıl xətt" üzrə "Əhmədli"-"Dərnəgül" marşrutu ilə hərəkət edən qatar "28 May" stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Bu səbəbdən "28 May" stansiyasında sərnişinlər düşürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Dekabr 2024 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see143

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see133

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see122

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see121

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see121

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see121

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see121

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see120

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see120

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see120

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see119

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see119

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see118

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see118

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see117

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see116

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see116

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see116

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see115

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri