Icma.az
close
up
RU
Bakı Moskva gərginliyində Suriya detalı Türk ekspertdən Qafqaz üçün bədbin proqnoz

Bakı Moskva gərginliyində Suriya detalı Türk ekspertdən Qafqaz üçün bədbin proqnoz

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Globalinfo.az beynəlxalq və xarici siyasət gündəminin son gəlişmələri barədə türkiyəli politoloq Engin Özerdən müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– Donald Tramp bəyan edib ki, Dmitri Medvedevin təhdidlərinə cavab olaraq Rusiya ilə su sərhədinə iki atom sualtı qayıqlar yerləşdirib. Amma dəqiq harda yerləşdirildiyi deyilmir. Montrö Konvensiyasına uyğun olaraq, ABŞ Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirmək üçün Türkiyədən icazə almalıdır. Çünki Türkiyənin ərazisindəki boğazlardan (Çanaqqala və Bosfor) keçərək gəmilər Qara dənizə daxil ola bilər. Şimal tərəfdən isə Baltik dənizdə yerləşdirə bilər. Həmçinin Barens dənizində də mümkündür.  Bu məsələ haqda nə düşünürsünüz?

– Qeyd etdiyiniz kimi, Donald Tramp atom sualtı qayıqlarını hansı ölkəyə yerləşdirəcəyini deməyib. Bu, məsələn, Polşa da ola bilər, yaxud mənim fikrimcə, Rusiyanın şərqindəki Tayvan, hansı ki, ABŞ ilə hərbi müqaviləsi var, oraya da yerləşdirə bilərlər. Yəni, burada bir neçə variant var. Hətta Fin körfəzinə belə girə bilər. Kalininqrad yaxınlığında Almaniyanın limanlarına yanaşa bilər. Bir çox variant var. Yəni burada Türkiyənin adının hallanması çox da məntiqli deyil. Başa düşmürəm, niyə Türkiyəyə diqqət yetirirlər. Səhv etmirəmsə, Montrö Konvensiyası 10 min tona qədər olan xarici gəmilərin (sualtı qayıqlar da gəmi kimi təsnif edilir) 21 gün müddətində dayanmasına icazə verir. Ancaq bu atom sualtı qayığıdır və başqa kateqoriyaya aid edilə bilər. Bu gəmilərin biri ehtimal ki, Baltik dənizi tərəfdə, digəri isə həm də Çin təhdidinə qarşı Rusiyanın şərqində Tayvan yaxınlığında bir əraziyə yerləşdiriləcək.

İkinci və narahatedici məqam ondan ibarətdir ki, bu, indi müharibə dövrü hesab olunacaqmı? Çünki Rusiya rəsmi olaraq Ukraynaya müharibə elan etməyib və oradakı müharibəni xüsusi hərbi əməliyyat hesab edir. Bu, beynəlxalq hüquqda çaşqınlıq yarada bilər. Lakin Qərbin nöqteyi-nəzərindən Ukraynada elan olunmamış müharibə var. Bu da vəziyyəti bir qədər mürəkkəbləşdirir.

– Trampın Putinə qarşı sanksiyaları ləğv etməsi xəbəri yayılıb. ABŞ Senatı yayın sonuna qədər Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqi ilə bağlı yeni qanun layihəsini qəbul etməyəcək. Bu barədə “The Hill” qəzetində dərc olunan məqalədə deyilir. Məqalədə qeyd edilir ki, Respublikaçı senatorlar Rusiyaya qarşı sanksiyalarla bağlı genişmiqyaslı qanun layihəsini qəbul etmədən Vaşinqtonu tərk etməyə hazırlaşırlar. Senatın iş sessiyası avqustun əvvəlində başa çatır. Senatorlar bu ay təmsil etdikləri ştatlara gedəcəklər və sentyabrın əvvəlində Vaşinqtonda işə qayıdacaqlar. “Senatorlar bir aylıq fasilədən əvvəl qanunun qəbul olunmasını istəsələr də, son nəticədə bu barədə qərarı Trampın ixtiyarına veriblər. Ancaq Amerika prezidentinin bunu yerinə yetirəcəyinə demokratlar şübhə ilə yanaşırlar”, – nəşr yazıb. Trampın Putinlə bağlı tez-tez mövqe dəyişdirməsi nə ilə bağlıdır? Trampın Rusiya prezidentinə 10 gün vaxt verməsi qərarından sonra belə addımı nə ilə izah olunur? 

Həmçinin oxuyun:

Prezident Əliyev Rusiyaya buna görə cavab verdi – Pol Qobldan mühüm açıqlama 

– Tramp əvvəlcə 50 günlük müddət vermişdi. Əslində, biz hələ də 50 günün bitməsini gözləyirik və ümumi fikir budur ki, 1 sentyabrda – Ümumdünya Sülh Günündə atəşkəs təmin oluna bilər. Amma bu günlərdə Rusiya ordusunun strateji bölgələrdə, xüsusən də Kupyansk bölgəsində nə qədər irəliləyə biləcəyi bəlli deyil. Bununla belə, məsələn, nisbi atəşkəsin və ya bir aylıq atəşkəsin sentyabrın 1-də qəbul oluna biləcəyinə dair bir fikir var. Tramp niyə bu qədər çox müddət verildiyi barədə müzakirəni dayandırmaq üçün ilkin 50 günlük müddəti 10 günə endirdi.

Engin Özer

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff 6-7 avqustda Moskvaya gəlir. Yəni on beş gün içində yenidən ABŞ-Rusiya görüşləri keçirərək avqustun sonuna doğru ciddi bir zirvə görüşü təşkil edib sentyabrın 1-də atəşkəs elan ediləcək. Buna görə ABŞ parlamentində zamana qarşı oynayırlar.

– Suriyaya Azərbaycan qazının verilməsi siyasi və iqtisadi əhəmiyyətə malik mühüm hadisədir. Azərbaycan Qərb və Şərq marşrutları üzrə enerji diplomatiyasını gücləndirir. Bu, Rusiyadan üzərimizə əlavə təzyiqlərin artmasına da səbəb olacaqmı? 

– Azərbaycanla Rusiya arasında gərginlik son həftələrdə bir qədər soyusa da, bu son Ayvazovski məsələsindən, Stepanakert və Dağlıq Qarabağ terminlərinin işlədilməsindən sonra yenidən artdı. Azərbaycanın bu məsələyə cavabı “Köniqsberq” (Kalininqrad şəhərinin 1946-cı ilə qədərki adı – red.) oldu. Gərginlik yaranır, əlbəttə, bunun arxasında geosiyasi dəyişiklik, Azərbaycanın Rusiyanın enerji sahələrinə daxil olması faktoru dayanır. Təəssüf ki, yaxın gələcəkdə Cənubi Qafqazda Ermənistan və Azərbaycanda problemlər yaşama ehtimalımız yüksəkdir. Bura Gürcüstanı da daxil edə bilərik. Gürcüstanda müəyyən dəyişikliklər ola bilər. Rusiya ilə Azərbaycan arasındakı məsələni daha da gərginləşdirərək deyil, kompromis yolu ilə həlli tərəflər üçün daha faydalı olar.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Avqust 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri