Icma.az
close
up
RU
Moskva Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək Türk ekspertdən SENSASİYA

Moskva Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək Türk ekspertdən SENSASİYA

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya xüsusi xidmət orqanlarına yaxın olan “VÇK-OGPU” teleqram kanalı iddia edir ki, Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycanla ikitərəfli münasibətlərin nizamlanması məsələsi ilə bağlı qeyri-rəsmi danışıqlar aparmaq üçün Bakıya gəlib. Məlumata görə, Kreml nümayəndələri şəxsən Rusiya Prezidenti Vladimir Putinin mesajını Bakıya çatdıracaq, həmçinin iki ölkədə həbs olunan vətəndaşların mübadiləsi də təklif edilə bilər.

Bundan əlavə, Rusiya ilə münasibətlərdə davam edən gərginlik fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələyə dair açıqlaması bu ölkənin vasitəçilik rolunu gündəmə gətirib.

Mövzu ilə bağlı türkiyəli politoloq Engin Özer Globalinfo.az-a açıqlamasında qeyd edib ki, hörmətli prezident Ərdoğanın da söylədiyi kimi Türkiyə bu məsələdə ilk gündən birbaşa müdaxilə etməyərək və soyuqqanlılığını qoruyaraq, böyüməsini istəmədiyini həm diplomatik, həm də açıq kanallar vasitəsilə bildirdi:

“Hazırda Moskva və Bakı arasında ilk günlərdə olan gərginlik yoxdur. Moskva da müəyyən mənada bir az daha təmkinli davranmağa başladı. Çünki Ermənistanla da münasibətləri çox gərgindir. Azərbaycan tərəfində hörmətli Prezident İlham Əliyevin açıqlamalarından məsələni böyütmək istəmədiyinə meyilli olduğunu görürük”.


Engin Özer

Ekspertin fikrincə, bu kritik dövr Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan hökuməti tərəfindən ilk fiziki həmlə ilə üzə çıxacaq:

“Yəni Azərbaycan nə vaxt Ermənistanla arasında sərhəd postlarını qurmağa və ya sökməyə başlasa, o zaman Rusiyanın münasibətini görəcəyik. Bu gün üçün isə qarşıdurmanın dondurulmuş mərhələyə keçdiyini demək olar.

İkincisi isə, Türkiyənin Azərbaycanda hərbi baza qurması ehtimal olunur və Rusiya bu məsələyə müdaxilə edə bilər. Bundan başqa isə hazırda məsələnin həllindən çox, dondurulması istiqamətində həm Rusiya, həm də Azərbaycan tərəfində cəhdlərin şahidi oluruq”.

Türkiyəli tarixçi alim, politoloq Mehmet Perinçek isə bildirib ki, Ankaranın vasitəçilik cəhdi realdır və lazımlıdır:

“Ankara, Bakı və Moskva daha əvvəl də göstərdilər ki, kənardan müdaxiləni əngəllədikləri təqdirdə və birgə əməkdaşlıq sayəsində regionda həll edə bilməyəcəkləri məsələ yoxdur. Ankara-Bakı-Moskva oxu bölgənin həm təhlükəsizliyi, həm ticarət yollarını inkişaf etdirmək, həm də iqtisadiyyatı dirçəltmək baxımdan əhəmiyyətlidir. Bununla yanaşı, Qərbin bölgədə sabitliyi pozmaq və yeni müstəmləkəçilik planlarına da imkan verməməkdədir. Bu səbəbdən Ankara ilə Moskva, Bakı ilə Moskva və hətta Bakı ilə Ankara arasında qarşıdurma və anlaşılmazlıqlar yaratmağa və bu əməkdaşlığı sabotaj etməyə cəhdlər olur. Çünki bu əməkdaşlıq Qərbin planlarının qarşısını kəsir və baş verəcək qarşıdurma isə bu planları həyata keçirmək üçün zəmin yaradır”.


Mehmet Perinçek

Perinçək vurğulayıb ki, Bakı və Moskva arasında bu məsələ ən qısa zamanda həll edilməlidir:

“Bu üç ölkənin ortaq maraqları var. Onların əməkdaşlıq etməməsi üçün heç bir səbəb yoxdur və öz təhlükəsizliklərini ancaq bir-biriləri ilə əməkdaşlıq sayəsində təmin edə bilərlər. Bu baxımdan, Ankaranın vasitəçiliyi dəstəklənməlidir və göründüyü kimi, bu, Bakı və Moskva tərəfindən qəbul edilmişdir və addımlar da atılmaqdadır. Tərəflər məsələyə soyuqqanlıqla yanaşaraq, öz maraqları, bölgədə sülhün təmin olunması, ticarət yollarının inkişafı və regional təhlükəsizlik üçün bu məsələni həll etməlidirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 İyul 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri