Icma.az
close
up
RU
”Bakı Moskva ilə açıq qarşıdurmadan çəkinəcək, amma…” KONKRET

”Bakı Moskva ilə açıq qarşıdurmadan çəkinəcək, amma…” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Raket hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirliyinin zərər görməsi həm regional, həm də ikitərəfli münasibətlər baxımından həssas məqamdır. Hadisənin birbaşa Azərbaycan-Rusiya münasibətlərinə təsiri bir neçə amildən asılı olacaq”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Züriyə Qarayeva səsləndirib:

Züriyə Qarayeva

“İlk növbədə Bakı bu hadisəni diplomatik təhlükəsizlik kontekstində qiymətləndirəcək. Azərbaycanın səfirliklərə qarşı hücumu beynəlxalq hüquq normalarının pozulması kimi dəyərləndirməsi gözləniləndir. Rusiya isə Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyatın “yan təsiri” kimi izah etməyə çalışa bilər. Bu, rəsmi açıqlamaların tonuna təsir edəcək əsas faktordur. Digər tərəfdən, Azərbaycan Rusiya ilə münasibətləri strateji çərçivədə saxlayır: enerji əməkdaşlığı, regionda sülh prosesləri, təhlükəsizlik koordinasiyası və ticarət xəttində tərəflər arasında ciddi qarşılıqlılıq mövcuddur. Buna görə Bakı Moskva ilə açıq qarşıdurma ritorikasından çəkinəcək, daha çox diplomatik kanallar vasitəsilə izahat və təminat tələb edəcək. Yəni, münasibətlərdə gərginlik yaransa da, bu, nə kəskin eskalasiya, nə də münasibətlərin pozulması ilə nəticələnəcək”.

Ekspert bildirib ki, Azərbaycan ictimai rəyinin reaksiyası da vacib faktordur:

Səfirlik kimi dövlət təmsilçiliyinə zərər dəyməsi insanlarda həssaslıq yaradır və Bakı buna biganə qala bilməz. Rusiya tərəfi məsuliyyətdən yayınmağa çalışsa və heç bir diplomatik jest göstərməsə, bu, münasibətlərdə psixoloji gərginlik yarada bilər. Bütün bunlarla yanaşı, rəsmi Moskva baş verən hadisənin “qəsdən” olmadığını vurğulamaq üçün müəyyən jestlər edə, izahatlar verə və ya diplomatik komissiya təklif edə bilər. Bu addımlar qarşıdurmanın qarşısını almağa xidmət edəcək. Nəticə etibarilə, hadisə Azərbaycan-Rusiya münasibətlərində müəyyən soyuqluq və narahatlıq yarada bilər, amma tərəflərin strateji maraqları bu gərginliyin dərinləşməsinə imkan verməyəcək. Bakı daha çox beynəlxalq hüquqa əsaslanan, balanslı və ölçülü reaksiya verəcək, Rusiya isə münasibətlərin zədələnməməsi üçün müəyyən yumşaldıcı addımlar atmağa çalışacaq”.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Noyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri