Ermənistan Tehranı narahat edən hər hansı addımdan çəkinəcək
Icma.az bildirir, Missiya.az portalına istinadən.
“Cənubi Qafqaz geosiyasi, siyasi, iqtisadi və qonşuluq əlaqələri baxımından İran üçün böyük önəm daşıyır. Ona görə İran bölgədə baş verən və gələcəkdə təsir göstərə biləcək proseslərdə iştirak etməyi təbii hesab edir”.
Missiya.Az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistanla sıx əlaqələr saxlanılır və Ermənistan xarici işlər naziri sabah bu məqsədlə Tehrana səfər edəcək.
Bəqai bildirib ki, İran regiondankənar aktorların müdaxiləsini bölgənin təhlükəsizliyi və sabitliyi üçün faydalı hesab etmir və bununla bağlı mövqeyini açıq ifadə edib. Gələcək müzakirələrdə də bu mövqe Ermənistan hökumətinə bir daha çatdırılacaq.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 11 Avqust 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















