Bakı mühüm platformaya çevrilib Şarl Mişel
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı Forumu dünyanın müxtəlif ölkələrindən olan təcrübəli siyasətçi və ekspertlərin bir masa ətrafında toplaşaraq fikir mübadiləsi aparması, bir-birilərini daha yaxşı anlamağa çalışması üçün mühüm platformadır. Belə tədbirlər yeni ideyaların formalaşmasına, daha çox sabitlik, təhlükəsizlik və rifahın təmin olunmasına töhfə verə bilər.
"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel bildirib.
O deyib ki, Azərbaycan regionda, xüsusilə Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrin inkişafında mühüm rol oynayır. Ölkənin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qlobal əməkdaşlığın genişlənməsinə və müxtəlif regionlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Şarl Mişel Bakıya dəfələrlə səfər etdiyini xatırladaraq qeyd edib ki, Azərbaycan beynəlxalq tədbirlər üçün mühüm məkanlardan birinə çevrilib. Bu cür platformalar vasitəsilə ölkə həm qonaqpərvərliyini nümayiş etdirir, həm də dünya ilə daha sıx əlaqələr qurur.
O, həmçinin vurğulayıb ki, Azərbaycan bu il BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına ev sahibliyi etməklə davamlı şəhər inkişafı və beynəlxalq əməkdaşlıq sahəsində yeni imkanların yaradılmasına töhfə verə bilər: “Bu cür tədbirlər ölkələr arasında təcrübə mübadiləsini gücləndirir və qlobal problemlərin birgə müzakirəsi üçün vacib imkan yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 Mart 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















