Icma.az
close
up
RU
Şarl Mişel: Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib

Şarl Mişel: Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 mart, AZƏRTAC

Bakı Forumu dünyanın müxtəlif ölkələrindən olan təcrübəli siyasətçi və ekspertlərin bir masa ətrafında toplaşaraq fikir mübadiləsi aparması, bir-birlərini daha yaxşı anlamağa çalışması üçün mühüm platformadır. Belə tədbirlər yeni ideyaların formalaşmasına, daha çox sabitlik, təhlükəsizlik və rifahın təmin olunmasına töhfə verə bilər.

Bu barədə AZƏRTAC-a açıqlamasında Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel bildirib.

O deyib ki, Azərbaycan regionda, xüsusilə Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrin inkişafında mühüm rol oynayır. Ölkənin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qlobal əməkdaşlığın genişlənməsinə və müxtəlif regionlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Şarl Mişel Bakıya dəfələrlə səfər etdiyini xatırladaraq qeyd edib ki, Azərbaycan beynəlxalq tədbirlər üçün mühüm məkanlardan birinə çevrilib. Bu cür platformalar vasitəsilə ölkə həm qonaqpərvərliyini nümayiş etdirir, həm də dünya ilə daha sıx əlaqələr qurur.

O, həmçinin vurğulayıb ki, Azərbaycan bu il BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına ev sahibliyi etməklə davamlı şəhər inkişafı və beynəlxalq əməkdaşlıq sahəsində yeni imkanların yaradılmasına töhfə verə bilər:”Bu cür tədbirlər ölkələr arasında təcrübə mübadiləsini gücləndirir və qlobal problemlərin birgə müzakirəsi üçün vacib imkan yaradır”.

Müxbir - Pərvanə Qafarova

Videooperator - Vüsal Tağıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri