Icma.az
close
up
RU
Bakı müzakirələri TDT də təhlükəsizliyi gücləndirəcək

Bakı müzakirələri TDT də təhlükəsizliyi gücləndirəcək

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türk Dövlətləri Təşkilatının gündəliyi çox zəngindir və üzv ölkələr təhlükəsizlik sahəsində də əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.  İnformasiya müharibələri, hibrid təhdidlər, transmilli cinayətkarlıq, dini ekstremizm, kiber risklər və müxtəlif ideoloji təsir mexanizmləri dövlətlərin milli təhlükəsizliyinin mühüm elementlərinə çevrilib. Prezident İlham Əliyevin ötən gün TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər də bu dəyişən reallıqlar fonunda təşkilatın təhlükəsizlik əməkdaşlığının daha sistemli xarakter almasının vacibliyini təsdiqləyir.
Dövlət başçımızın çıxışında diqqət çəkən əsas məqamlardan biri təhlükəsizlik anlayışının genişləndirilməsi və ideoloji təhdidlərin ayrıca istiqamət kimi önə çəkilməsidir. Cənab Prezidentin də söylədiyi kimi, “ardıcıl inkişaf və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır.”  Bu yanaşma göstərir ki, müasir dövrdə dövlətlərin sabitliyinə təhlükə sərhəddən keçən silahlı qüvvə və ya ənənəvi təhlükəsizlik riski ilə yanaşı informasiya məkanında yayılan manipulyativ məzmun, xaricdən maliyyələşən təsir şəbəkələri, dezinformasiya və cəmiyyətdə parçalanma yaratmağa yönələn kampaniyalar da dövlətlərin dayanıqlılığına təsir göstərir. 
Bakıda keçirilən TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı məhz geniş müstəvidə müzakirəsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin toplantı iştirakçılarına müraciətində beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi istiqamətlər xüsusi qeyd olunur. Bu, TDT daxilində təhlükəsizlik sahəsində əməkdaşlığın yalnız ayrı-ayrı ölkələrin təcrübə mübadiləsi, həmçinin  ortaq risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması üçün koordinasiya mexanizmlərinin gücləndirilməsi məsələsini gündəmə gətirir.
“Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi əsasda toplaşaraq aktual təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparması ortaq qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi və onların neytrallaşdırılması yollarının araşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir”-deyə Prezident İlham Əliyev vurğulayıb.
Burada əsas məqam preventiv yanaşmadır. Belə ki, riskləri əvvəlcədən müəyyənləşdirmək və koordinasiyalı şəkildə qarşısını almaq bu gün əsas məsələlərdən biridir. Prezident İlham Əliyev həmçinin beynəlxalq hüququn üstünlüyünün qorunmasına da diqqət çəkdi. Bildirdi ki, dünya siyasətində baş verən proseslər TDT coğrafiyasının strateji əhəmiyyətini artırır. Buna görə də təşkilat beynəlxalq məsələlərdə daha fəal rol oynamalıdır.
Dövlət başçısının da söylədiyi kimi, “biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın.”
Çıxışın ayrıca diqqət çəkən hissəsi milli-mənəvi dəyərlər və gənc nəslin tərbiyəsi ilə bağlıdır. Prezident İlham Əliyev TDT ölkələrinin oxşarlıqları sırasında milli prinsiplərə, milli özünüdərkə və mənəvi dəyərlərə bağlılığı xüsusi qeyd etdi. 
Qloballaşan informasiya məkanında gənclərin müxtəlif ideoloji və informasiya təsirlərinə daha açıq olması dövlətlər qarşısında yeni vəzifələr yaradır. Burada əsas məsələ gənclərin milli kimlik, tarix, dil və mədəniyyət barədə biliklərinin artırılması, eyni zamanda informasiya savadlılığının gücləndirilməsidir. 
Dövlət başçımızın da söylədiyi kimi, təhlükəsizlik şuraları arasında əməkdaşlıq TDT məkanında ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət edir. Hesab edirəm ki, Bakıda aparılan müzakirələr effektiv nəticələr verəcək və təşkilat çərçivəsində təhlükəsizliyi daha da möhkəmləndirəcək.
Nigar Məmmədova,
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Sentyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri