Icma.az
close
up
RU
TDT məkanında informasiya təhlükəsizliyi

TDT məkanında informasiya təhlükəsizliyi

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin dinamikliyi, məqsədli dezinformasiyanın siyasi mübarizə alətinə çevrilməsi, informasiya müharibələrinin çoxvektorlu xarakter alması, sosial-iqtisadi çağırışların dərinləşməsi və humanitar təhlükələrin artması dövlətlər qarşısında həm təhlükəsizlik, həm də inkişaf baxımından yeni əməkdaşlıq modellərinin formalaşdırılmasını zəruri edir. Qlobal siyasi arxitekturanın yenidən qurulduğu bir mərhələdə ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində birləşən regional birliklərin strateji əhəmiyyəti daha da artır. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı dayanıqlı, çevik və geniş perspektivlər vəd edən əməkdaşlıq modeli kimi çıxış edir. Son illərdə TDT-nin institusional inkişafı, siyasi, iqtisadi, humanitar və informasiya sahələrində inteqrasiyanın dərinləşməsi türk dövlətlərinin çoxölçülü və sistemli əməkdaşlığının sabit xarakter aldığını göstərir.
Bakıda keçirilən TDT-nin media və informasiya üzrə toplantısı təşkilatın informasiya siyasətində yeni strateji mərhələni başladır. Toplantının yekununda media sahəsi üzrə tədbirlər planının qəbul olunması və birgə Kommünikenin imzalanması üzv dövlətlərin informasiya sahəsində koordinasiyalı fəaliyyətə və vahid mövqeyə sadiqliyini nümayiş etdirir. Sənədlərdə media savadlılığının artırılması, dezinformasiya ilə mübarizənin gücləndirilməsi, informasiya axınının regional və qlobal miqyasda etibarlı mexanizmlər əsasında tənzimlənməsi başlıca prioritet kimi müəyyən olunmuşdur. İnformasiyanın manipulyasiyası, kiber təhdidlər və saxta xəbərlərin sürətli yayılması müasir dövrdə dövlətlərin təhlükəsizliyinə birbaşa təsir etdiyindən TDT-nin bu istiqamətdə ortaq mövqe formalaşdırması strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Qəbul edilən qərarlar TDT məkanında informasiya təhlükəsizliyinin vahid arxitekturasının qurulması üçün konseptual baza yaradır.

Toplantıda üzv dövlətlərin media qurumları arasında artıq mövcud olan əməkdaşlıq formatlarının müsbət nəticələri də yüksək qiymətləndirilmişdir. Audiovizual, çap və onlayn media sahələrində genişlənən inteqrasiya, informasiya agentlikləri arasında imzalanmış sənədlərin uğurlu icrası və qarşılıqlı dəstək mexanizmlərinin inkişafı TDT-nin informasiya siyasətində institusional koordinasiyanın möhkəmləndiyini göstərir. Eyni zamanda, TDT-yə üzv dövlətlərin informasiya agentlikləri arasında xüsusi alyansın yaradılması və bu platforma çərçivəsində məlumat mübadiləsinin təkmilləşdirilməsi operativ, dayanıqlı və etibarlı kommunikasiya sisteminin formalaşmasına xidmət edir. Bu yanaşma TDT ölkələrinin qlobal informasiya məkanında daha təsirli iştirakına, beynəlxalq ictimai rəyə təsir imkanlarının genişlənməsinə və türk dünyasının kommunikasiya gücünün artmasına şərait yaradır.

Türk dünyası çərçivəsində inteqrasiyanın aparıcı elementlərindən biri də vətəndaş cəmiyyətinin sistemli şəkildə bu prosesə cəlb edilməsidir. Bu baxımdan TDT-yə üzv ölkələrin 35-ci əməkdaşlıq formatı kimi formalaşan QHT-lərin Forumu və QHT Platforması türk dövlətləri arasında humanitar və sosial sahədə yeni inteqrasiya mərhələsini ifadə edir. Platforma dövlət qurumlarının siyasi iradəsi ilə vətəndaş cəmiyyətinin təşəbbüskarlığını bir araya gətirərək sosial innovasiyaların paylaşılmasını sürətləndirir, humanitar bağların dərinləşməsinə imkan yaradır. Azərbaycan QHT-lərinin Türkiyə, Qazaxıstan və Özbəkistanla birgə təşkil etdiyi bu forumlar QHT-lərin beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətinin koordinasiyasını təmin etməklə türk dünyasının beynəlxalq humanitar proseslərdə fəallığını artırır.
Bu proseslərdə Azərbaycan və Türkiyə TDT-nin siyasi, informasiya və sosial-humanitar sahələrdə inkişafına sistemli şəkildə istiqamət verən əsas mərkəzlər kimi çıxış edir. Azərbaycanda media və informasiya sahəsində həyata keçirilən islahatlar, informasiya təhlükəsizliyi üzrə atılan institusional addımlar, rəqəmsal mühitin modernləşdirilməsi və TDT məkanında QHT-lərarası əməkdaşlıq sahəsində təşəbbüskarlığı bu prosesləri daha da gücləndirir. Türkiyənin regional kommunikasiya siyasətinin koordinasiyasına verdiyi töhfələr isə TDT-nin qlobal informasiya aktoruna çevrilməsi baxımından mühüm strateji dəstək təşkil edir. Hər iki ölkənin paralel və sinxron fəaliyyət xətti TDT-nin çoxölçülü inteqrasiyasının dayanıqlı təməlini formalaşdırır.

Bütün bu proseslər müasir beynəlxalq sistemdə Türk Dövlətləri Təşkilatının rolunun və strateji dəyərinin artırılmasına xidmət edir. Bakıda keçirilən toplantılar və qəbul olunan sənədlər TDT-nin artıq yalnız siyasi dialoq platforması olmadığını, eyni zamanda vahid informasiya təhlükəsizliyi arealı, media əməkdaşlığı sistemi, humanitar inteqrasiya şəbəkəsi və vətəndaş cəmiyyəti alyansı kimi kompleks quruma çevrilməkdə olduğunu göstərir. Türk dünyasının ortaq gələcəyə yönəlmiş baxışları əsasında inkişaf edən bu yeni mərhələ isə öz növbəsində TDT-nin çevik, dayanıqlı və strateji güc mərkəzinə çevrilmə prosesini sürətləndirir və türk dövlətlərinin qlobal siyasi-humanitar sistemdə vahid mövqedən çıxış etməsi üçün geniş imkanlar yaradır.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri