Icma.az
close
up
RU
​Bakı Naxçıvan sərnişin qatarı açılacaq?

​Bakı Naxçıvan sərnişin qatarı açılacaq?

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı ilə Naxçıvanı birbaşa dəmir yolu xətti ilə birləşdirəcək sərnişin qatarının açılması məsələsi gündəmdədir.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Metbuat.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə Azərbaycan aktiv iş görür.

O qeyd edib ki, Horadiz–Ağbənd layihəsi məhz bunun əsas komponentlərindən biridir və demək olar ki, layihə tamamlanır:

“Vaşinqtonda imzalanmış sənədlər bu layihənin reallaşmasını daha da sürətləndirəcək və Zəngəzurdan keçən 43 kilometrlik sahənin də tikilib istifadəyə verilməsi ilə Naxçıvana keçid təmin olunacaq. Həmçinin Naxçıvandakı mövcud yolun da müasir dövrün tələblərinə uyğun şəkildə modernləşdirilməsi yönündə texniki-iqtisadi əsaslandırma hazırlanıb. Düşünürəm ki, yaxın zamanlarda onun da əsaslı təmirinə başlanacaq və beləliklə, 30 ildən artıq olan əlaqə qırıqlığı aradan qalxacaq, Bakıdan birbaşa Naxçıvana və Naxçıvandan birbaşa Bakıya dəmir yolu ilə gediş imkanı yaranacaq”.

R.Ağamirzəyevin sözlərinə görə, yaxın beş ildə bu yolun Qarsa qədər getmək imkanı olacaq və mövcud Bakı–Tbilisi–Qars dəmir yolu ilə bir dairəvi hərəkət təmin olunacaq:

“Bu, riskləri minimumlaşdırmaqla yanaşı, yük dövriyyəsinin fərqli marşrutlar üzrə istiqamətlənməsinə, sərnişin daşınmasının da fərqli marşrutlar üzrə təşkilinə imkan yaradacaq. Düşünürəm ki, yaxın beş il ərzində həmçinin Türkiyədə icra olunan önəmli layihədə Qars marşrutu üzrə ikinci dəmir yolunun tikintisi və elektrikləşdirilməsi nəzərdə tutulub. Bu da həmin marşrut üzrə Türkiyənin şərqi ilə qərbi arasında həm sərnişin, həm də yük dövriyyəsinin artımına gətirib çıxaracaq”.

Ekspert hesab edir ki, Azərbaycan və ümumilikdə Cənubi Qafqaz üçün qitələri əlaqələndirən bir bölgə olaraq bu layihələr önəmlidir və Naxçıvanın ümumilikdə regional mərkəzə çevrilməsinə gətirib çıxaracaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see325

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see260

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see226

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see224

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see223

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see192

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see183

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see181

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see181

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see180

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see176

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see176

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see175

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see171

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see169

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see163

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see161

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri