Icma.az
close
up
RU
Bakı Tbilisi Bakı qatarı nə zaman açılacaq?

Bakı Tbilisi Bakı qatarı nə zaman açılacaq?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti 2020-ci ilin mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Bir müddət əvvəl Gürcüstanın İqtisadiyyat Nazirliyi qatarların hərəkətinin mayın 1-dən bərpa ediləcəyini bildirmişdi. Ancaq bu proses deyilən tarixdə reallaşmadı.  Belə ki, Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti hələ də bərpa olunmayıb.

Gürcüstan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətinin yaydığı son məlumata görə, ölkələr arasında Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarının bərpası istiqamətində danışıqlar davam etdirilir.

Qeyd olunub ki, iki ölkə arasında sərnişin dəmir yolu xəttinin yenidən fəaliyyətə başlaması yalnız nəqliyyat baxımından deyil, həm də sosial və iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır:

“Biz Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyirik. Bu təşəbbüs tərəfdaşlığımızın daha da möhkəmlənməsinə, xalqlarımız arasında əlaqələrin dərinləşməsinə və hər iki ölkədə turizm sektorunun inkişafına mühüm töhfə verəcək”.

Nazirlikdən bildirilib ki, Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyətinin bərpası təşəbbüsü cari ilin iyul ayında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər zamanı Gürcüstan tərəfi tərəfindən gündəmə gətirilib:

“Səfər çərçivəsində keçirilən görüşlərdən sonra məsələ daha geniş şəkildə, texniki detalları da daxil olmaqla, Tbilisidə Azərbaycan Dəmir Yolları rəhbərliyi ilə müzakirə olunub. Hazırda məsləhətləşmələr davam edir və biz Azərbaycan hökumətinin bu məsələ ilə bağlı qərarını gözləyirik”.

Bu istiqamətdə Azərbaycanda hansı tədbirlər görülür və yaxın müddətdə reallaşması gözlənilirmi?

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev “Cebheinfo.az”-a  “Bu barədə yenilik olduqda ictimaiyyətə məlumat veriləcək”,- deyə bildirib.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Avqust 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri