Icma.az
close
up
RU
Bakı nefti uğrunda gizli savaş

Bakı nefti uğrunda gizli savaş

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

1918-ci ilin martında bolşeviklərlə Berlin və onun Birinci Dünya müharibəsindəki müttəfiqləri arasında Brest müqaviləsi imzalandıqdan sonra almanlar ingilislərin Bakı neftinə yaxınlaşmasının qarşısını almağa çalışırdılar.

Məhz həmin ərəfədə Gəncədə qraf Verner fon Şulenburq peyda oldu. Rusiya kəşfiyyatının məlumatlarına görə, o, hələ Birinci Dünya müharibəsi başlamazdan əvvəl Tiflisdəki baş konsul postunun pərdəsi altında bu regionda geniş bir casusluq şəbəkəsi qura bilmişdi. Şulenburq əsasən bölgədə pərakəndə şəkildə yerləşən çoxsaylı alman koloniyalarının sakinləri arasında iş aparırdı.

Kim idi bu qraf?

Fridrix-Verner fon Şulenburq alman diplomatı olaraq alman zadəgan nəslinin nümayəndəsidir. 1894-cü ildə Braunşveyqdəki Vilhelm gimnaziyasını bitirib. 1895-ci ildə Potsdamdakı 9-cu alayda könüllü hərbi xidmət keçib. Lozanna, Münhen və Berlin universitetlərində dövlət hüququnu öyrənib, 1900-cü ildə dövlət-hüquq elmləri doktoru dərəcəsini alıb. Birinci Dünya müharibəsində döyüşçü qismində iştirak edən qraf Şulenburqu tezliklə yenidən diplomatik səhnəyə qaytardılar. Ərzurum, Beyrut və Dəməşqdə konsul vəzifəsində çalışdıqdan sonra o, 1918-ci ildə alman nümayəndə heyətinin tərkibində Cənubi Qafqaza dönmüşdü. 1918-ci ildə Gürcüstana göndərilib və alman nümayəndə heyətinin tərkibində sosial-demokrat hökuməti ilə aparılan danışıqlarda iştirak edib. Gürcüstanın müstəqilliyinə zəmanət verən Gürcüstan-Almaniya müqaviləsinin hazırlanmasında mühüm rol oynayıb.

1918-ci ilin yayında, keçmiş Yelizavetpol qubernatorunun iqamətgahında o, Azərbaycanın ilk Baş naziri Fətəli xan Xoyski və öz köhnə tanışı Behbud xan Cavanşir ilə görüşüb. Almaniya ilə yaxşı əlaqələri olan daxili işlər naziri Behbud xan Cavanşir gənc cümhuriyyətin daxili asayişini qorumaq, bolşevik və erməni casus şəbəkələrinə qarşı mübarizə aparmaq üçün bəzi alman zabitlərin təcrübəsindən təlimatçı kimi istifadə edirdi. Şulenburq bu kadr dəstəyinin təşkilində mühüm fiqur idi. O, Fətəli xan Xoyskini çətin və böhranlı vəziyyətdə soyuqqanlılığını qoruyan ciddi dövlət xadimi, Behbud xan Cavanşiri isə Avropa təfəkkürlü, praqmatik və böyük təşkilatçılıq qabiliyyəti olan bir mühəndis kimi təsvir edirdi.

O başa düşürdü ki, Qafqazda real hərbi güc və gələcək neft resursları Azərbaycandadır.

Almaniya Baş Qərargah kəşfiyyatının məlumatına görə, Behbud xan Cavanşir Almaniyada türk gəncləri ilə, Nuru paşa və Ənvər paşa ilə yaxından dostlaşmışdı. Şulenburq yeni yaranan Azərbaycan Cümhuriyyətinə kəşfiyyat zabitlərinin hazırlanması ilə yanaşı, Behbud xan Cavanşirə əks-kəşfiyyatın qurulmasında, Azərbaycanın müxtəlif rayonlarında agentura işinin təşkilində və kadrların seçilməsində dəstək olub.

Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun regionda tam hegemonluq qurmasını Almaniya istəmirdi. Şulenburq Azərbaycan hökuməti ilə birbaşa kanallar açaraq Berlinin də bölgədə söz sahibi olmasını təmin etməyə çalışırdı. Şulenburq Behbud xan Cavanşirin Bakı Kommunasının rəhbəri Stepan Şaumyanla olan köhnə tanışlıq əlaqələrindən istifadə edərək Bakı ilə Gəncə arasında gizli bir diplomatik körpü qurmağa çalışırdı. Məqsəd Bakı Kommunasını şəhəri almanlara təslim etməyə və nefti Berlinə verməyə razı salmaq idi.

Şulenburqun və Berlinin bütün gizli ssenarilərinə baxmayaraq, Azərbaycan hökuməti və Osmanlı ordusu qətiyyətli mövqe nümayiş etdirdi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi. Bununla da Şulenburqun Bakı neftini bolşeviklərlə sövdələşmə yolu ilə əldə etmək planı iflasa uğradı.

Buna baxmayaraq, o, Azərbaycanı yenə müdafiə edirdi. 1919-cu ildə İstanbulda keçirilən Qafqaz Konfransında o, Almaniyanın nümayəndəsi kimi iştirak edirdi. Həmin konfransda qraf Şulenburq Osmanlı nümayəndə heyətinə qarşı həm Gürcüstanın, həm də Azərbaycanın müstəqillik, eyni zamanda Almaniyanın bu respublikalardakı iqtisadi maraqlarını qətiyyətlə müdafiə etmişdi.

Qeyd edim ki, İkinci Dünya müharibəsi illərində də onun Azərbaycanla bağlı işləri olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Gerhard fon Mende və Almaniyanın Moskvadakı səfiri, Almaniya Xarici İşlər Nazirliyinin təmsilçisi Fridrix-Verner fon Şulenburq vasitəsilə olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi.

Bununla əlaqədar o, Almaniyada olarkən "Milli Azərbaycan Komitəsi"ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı. Ancaq Hitler "komitələr" deyil, məhdud səlahiyyətli "milli komissiyalar" yaratmağa üstünlük vermişdi.

Rəsulzadə alman rəsmi dairələri, o cümlədən Şulenburqun rəhbərlik etdiyi qrupun nümayəndələri ilə keçirdiyi görüşlərdə qəti şərt qoydu: Azərbaycanlı əsirlərdən ibarət legionlar yalnız o halda vuruşa bilər ki, Almaniya gələcəkdə Azərbaycanın müstəqilliyini rəsmən tanısın. Şulenburq köhnə bir diplomat kimi Rəsulzadənin bu tələbini tamamilə haqlı sayır və Hitler rəhbərliyinə hesabatlarında bildirirdi ki, mühacir liderlərə real müstəqillik vədləri verilmədən Şərq cəbhəsində yerli xalqların dəstəyini qazanmaq qeyri-mümkündür.

Lakin həm Rəsulzadənin, həm də Şulenburqun təklifi Hitlerin diqqətini çəkmədi, çünki o, Qafqaz xalqlarına müstəqillik vermək niyyətində deyildi, onun məqsədi Bakı neftini birbaşa ələ keçirmək idi.

Buna görə də Rəsulzadə Almaniyanı tərk elədi, qraf isə Xarici İşlər Nazirliyindəki Hitlerə qarşı gizli qruplaşmaya üzv oldu.

Mənbələr:

• Fond Bestand, R 21013 Der Weltkrieg Nr. 11g: Unternehmungen und Aufwiegelungen gegen unsere Feinde in Kaukasus, Türkei Nr. 134: Die Erdölfelder von Baku, Aktenband: Der Weltkrieg Nr. 11g, https://invenio.bundesarchiv.de/invenio/

• PAAA, R 21013, Türkei Nr. 134, Bl. 45-48. Graf von der Schulenburgs Telegramm aus Gandscha an das Auswärtige Amt, 12. Juli 1918. https://gsta.preussischer-kulturbesitz.de/recherche.html

• BA-MA, PH 3, Kaukasus-Akte, Band II, 1918, S. 112-115 https://archiv.diplo.de/

invenio.bundesarchiv.de

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 İyul 2026 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see338

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see321

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see291

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see270

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see249

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see245

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see243

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see240

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see239

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see235

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see227

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see225

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see225

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see207

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see202

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see197

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see197

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see193

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see192

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri