Icma.az
close
up
RU
Bakı növbəti dəfə qlobal etimadın ünvanına çevrildi

Bakı növbəti dəfə qlobal etimadın ünvanına çevrildi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AQEM üzvləri ölkəmizin yenidən platformaya rəhbərliyini dəstəklədi

Yeni dövrün çağırışlarını əsas götürərək çoxtərəfli əlaqələrin inkişafını hədəfləyən Azərbaycan qısa zaman kəsiyində mühüm uğurlara imza atıb. Son 20 ildə beynəlxalq münasibətlər sistemində olduqca aktiv mövqe tutmuş ölkəmiz çoxtərəfliliyin təşviqi ilə bağlı mühüm bir yol keçib - yürütdüyü çoxvektorlu xarici siyasət kursu Azərbaycanın bugünkü uğurlarının ən mühüm komponentlərindən birinə çevrilib. Yerləşdiyi geocoğrafi məkan siyasi nöqteyi-nəzərdən kataklizmlərin davamlı hal aldığı region kimi  dəyərləndirilsə də, Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla, hətta sərhəddindən kənarda yerləşən ölkələr üçün də sabitləşdirici faktor kimi çıxış edib. Təsadüfi deyil ki, həm sivilizasiyaların, həm də mədəniyyətlərin qovşağı kimi xarakterizə olunan Cənubi Qafqazın aparıcı aktoru olan Azərbaycan bu gərgin situasiyada bütün ölkələr üçün yeni siyasi əməkdaşlıq zəmini formalaşdırıb.

Azərbaycan öz xarici siyasət kursunda dialoqun təşviqini, qarşılıqlı anlaşmanın gücləndirilməsini və müxtəlif dövlətləri ortaq məqsədlər ətrafında birləşdirən platformaların inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bakı beynəlxalq münasibətlərdə yalnız milli maraqlarını təmin edən deyil, həm də ümumi problemlərin həllinə töhfə verən, tərəfdaşlar arasında körpü rolunu oynayan dövlət kimi çıxış edir. Bu siyasətin effektivliyi Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi fəallıqda və təşəbbüslərində aydın görünür. Bu gün də Azərbaycan rəhbərlik etdiyi beynəlxalq platformalarda həmin yanaşmanı davam etdirir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində həyata keçirilən fəaliyyət ölkəmizin etimad quruculuğuna, regional dialoqa və əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmi nümayiş etdirir. Azərbaycanın bu istiqamətdəki fəaliyyəti onun beynəlxalq siyasətdə birləşdirici və təşəbbüskar mövqeyini daha da möhkəmləndirir.

Avrasiya məkanında strateji körpü və təhlükəsizlik platforması

Hazırki yeni qlobal nizamda coğrafi mövqe yalnız ərazinin yerləşdiyi məkanı deyil, həm də dövlətin geosiyasi imkanlarını, iqtisadi potensialını və regional proseslərə təsir gücünü müəyyənləşdirən amillərdən biridir. Azərbaycan bu baxımdan Avropa ilə Asiya arasında əlaqələrin qurulmasında, müxtəlif siyasi və iqtisadi maraqların uzlaşdırılmasında mühüm üstünlüklərə malikdir. Ölkəmizin həyata keçirdiyi xarici siyasət strategiyası bu üstünlükləri konkret nəticələrə çevirərək Azərbaycanı regional əməkdaşlığın aparıcı iştirakçılarından birinə çevirib.

Bakı müxtəlif güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirir. Bu yanaşma Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində nəqliyyat və logistika imkanlarını genişləndirməsinə, enerji təhlükəsizliyinin təminatında mövqeyini möhkəmləndirməsinə şərait yaradır. Eyni zamanda, iqtisadi əlaqələrin dərinləşməsi dövlətlər arasında qarşılıqlı asılılığı və ortaq maraqları artıraraq sabitlik üçün əlavə zəmin formalaşdırır. Azərbaycanın təşəbbüskarlığı ilə reallaşan layihələr göstərir ki, ölkəmiz üçün regional təhlükəsizlik yalnız hərbi-siyasi tədbirlərlə məhdudlaşmır. Davamlı iqtisadi inkişaf, etibarlı kommunikasiya xətləri və siyasi dialoq da uzunmüddətli sülhün əsas dayaqlarıdır. Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev bildirib ki, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır: “Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir.

Bakı AQEM-in institusional inkişafına fəal dəstək verib

Azərbaycan AQEM çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi” sahəsində etimad quruculuğu tədbirinin əlaqələndiricisi funksiyasını yerinə yetirməkdədir. Ölkəmiz AQEM-in qurucu üzvlərindən biridir və vurğulandığı kimi, 2024-2026-cı illər üzrə sədrliyi həyata keçirib. Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional transformasiyası, nəqliyyat bağlantıları, rəqəmsallaşma və davamlı inkişaf məsələləri ön plana çıxarılıb.

Qeyd edək ki, Azərbaycanın 2024-2026-cı illərdə AQEM-ə sədrliyi dövründə Bakı təşkilatın fəaliyyətində mühüm dialoq məkanlarından birinə çevrilib. 2025-ci ilin fevralında AQEM-in Baş Komitəsinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən iclasında təşkilatın institusional imkanlarının gücləndirilməsi, etimad tədbirlərinin müxtəlif sahələrdə genişləndirilməsi və digər beynəlxalq platformalarla əlaqələrin artırılması müzakirə olunub. İqtisadi istiqamətdə isə 2025-ci ilin mayında Bakıda AQEM Biznes Şurasının VIII plenar sessiyası və X Biznes Forumu təşkil olunub. Gənclər diplomatiyası da sədrliyin mühüm istiqamətlərindən biri olub. 2025-ci ilin noyabrında Bakıda AQEM Gənclər Şurasının VIII toplantısına 19 üzv dövlətdən 100-dən çox nümayəndə qatılıb. Bu il oktyabrın 1-də isə Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu baş tutub. Prezident İlham Əliyev Zirvə Görüşündə bildirib ki, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir: “Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.

Azərbaycanın növbəti sədrlik müddəti dəstəkləndi...

Ölkəmizin AQEM çərçivəsində fəaliyyəti diqqət çəkir və bütün platforma üzvləri tərəfindən rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, məhz Azərbaycanın sədrliyi dövründə Laos Xalq Demokratik Respublikası da təşkilata üzvlük üçün müraciət etdi və qəbul olundu. Göstərilən etimad isə ortadadır. Bakı növbəti dəfə AQEM-ə sədrlik edəcək. Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycanın AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə bütün üzv dövlətlərə təşəkkür edib.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Oktyabr 2026 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see399

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see373

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see357

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see310

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see302

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see271

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see249

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see185

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see178

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri