Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Pendirin beyinə faydası

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

“Bakı payızı” və “Yeni dalğa”nın Kembricdə təhsil alan qalibi ilə MÜSAHİBƏ

“Bakı payızı” və “Yeni dalğa”nın Kembricdə təhsil alan qalibi ilə MÜSAHİBƏ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Kembric, 12 iyun, AZƏRTAC

Azərbaycanlı gənc Anar Ağayev həm musiqidə, həm də maliyyə sahəsində parlaq uğurlar qazanmaqdadır. O, hazırda dünyanın ən nüfuzlu ali məktəblərindən olan Kembric Universitetində maliyyə ixtisası üzrə magistratura təhsili alır. Eyni zamanda peşəkar musiqi fəaliyyəti ilə tanınır, “Bakı payızı” və “Yeni dalğa” kimi nüfuzlu müsabiqələrin qalibi olub. O, AZƏRTAC-ın London bürosuna müsahibəsində həm təhsil, həm musiqi, həm də bu iki sahəni necə bir arada uğurla davam etdirdiyini bölüşüb.

-Hazırda Kembric Universitetində maliyyə ixtisası üzrə magistr təhsili alırsınız. Bu sahəyə marağınız necə yaranıb?

-Maliyyəyə marağım keçmiş peşəkar və akademik təcrübəmdən yarandı. Əvvəlcə onu qeyd edim ki, bakalavr təhsilimi İngiltərənin aparıcı universitetlərindən birində, “Royal Holloway University of London”da iqtisadiyyat ixtisası üzrə fərqlənmə diplomu (First Class Honours) ilə bitirdim. Təhsilimin gedişində anladım ki, maliyyə sahəsi mənim üçün xüsusilə cəlbedicidir. Bu sahəni həmişə daha praktik və real biznes həyatda birbaşa tətbiq olunan sahə kimi görürdüm. Amma iqtisadiyyat üzrə aldığım təhsil mənə maliyyə sahəsində irəliləmək üçün çox güclü bir nəzəri baza qazandırdı.

İkinci kursda oxuyarkən KPMG UK-dən iş təklifi aldım və məzun olduqdan dərhal sonra KPMG UK-də audit departamentində işləməyə başladım. Daha sonra ailəvi səbəblərlə Azərbaycana qayıtdım və burada həmin sahədə “EY” şirkətində çalışdım. Paralel olaraq ACCA imtahanlarına başladım. Bu, aparıcı beynəlxalq mühasibat orqanıdır. ACCA-nın 13 imtahanını tamamladım. “Financial Management” modulu üzrə imtahanda ölkə və Qafqaz regionu üzrə birinci, dünya üzrə isə 13-cü yerə layiq görülməyim mənim üçün xüsusi bir nailiyyət oldu. Bu nəticə mənə göstərdi ki, maliyyə sahəsi yalnız maraq göstərdiyim bir istiqamət deyil, həm də mənim güclü tərəfimdir. Bütün bu təcrübələr və uğurlar isə bu sahədə daha da dərinləşmək arzumu formalaşdırdı və nəticə etibarilə Kembric Universitetinə qədər gətirdi.

– Kembric kimi nüfuzlu bir universitetdə oxumaq sizin üçün nə ifadə edir?

-Kembric Universitetində təhsil almaq mənim üçün həm böyük bir məsuliyyət, həm də şəxsi qürur mənbəyidir. Mən bu imkanı Dövlət Proqramı sayəsində qazanmışam və bunun üçün daim minnətdaram. Bundan əlavə, Kembric Universitetinin özündən də təqaüd təklifi almışam ki, bu da mənim üçün ayrıca bir uğur və motivasiya mənbəyidir. Bu mühitdə olmaq mənə özümü həm akademik, həm də şəxsi inkişaf baxımından daim sınamaq və daha da irəliləmək imkanı verir.

– Maliyyə sahəsində gələcək planlarınız nələrdir? Özünüzü bu sahədə harada görürsünüz?

-Kembricə gəlməzdən əvvəl mən artıq “Ernst & Young”da çalışırdım və orada çox dəyərli təcrübə qazandım. Hətta Kembricə gəlməyə bir neçə ay qalmış mənə bildirildi ki, manager vəzifəsinə yüksəldilmişəm. Gələcəkdə maliyyə sahəsində beynəlxalq karyera qurmaq istəyirəm, xüsusilə korporativ maliyyə və investisiya sahələrinə marağım böyükdür. Eyni zamanda, bu bilik və təcrübəni Azərbaycanda da tətbiq edib ölkəmizin inkişafına töhfə vermək istəyirəm.

– Eyni zamanda musiqi ilə də məşğulsunuz və müxtəlif müsabiqələrdə uğur qazanmısınız. Musiqi həyatınıza necə daxil oldu?

-Musiqi ailəmizdə həmişə önəmli yer tutub; atam gitara ilə maraqlanıb, anam isə fortepiano çalmağı sevib. Maraqlı bir fakt da var ki, anam da Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbini bitirib və biz hər ikimiz eyni müəllimənin tələbəsi olmuşuq. Mən də həmin məktəbdə fortepiano ixtisası üzrə qırmızı diplomla məzun olmuşam. Ailəmin dəstəyi ilə bu marağımı daim inkişaf etdirmişəm və zamanla bu sahədə peşəkar fəaliyyətə də başlamışam. 2023-cü ildə “Bakı payızı” müsabiqəsinin qalibi oldum. Bildiyiniz kimi, “Bakı payızı” Aygün Kazımova, Faiq Ağayev və Zülfiyyə Xanbabayeva kimi tanınmış sənətçiləri Azərbaycan musiqisinə bəxş edən çox məşhur bir müsabiqədir. Ardınca isə 2024-cü ildə Soçidə keçirilən beynəlxalq “Yeni dalğa” (“Новая Волна”) müsabiqəsində Azərbaycanı təmsil etdim və üç qalibdən biri oldum. Bu, indiyədək Azərbaycanın həmin müsabiqədə əldə etdiyi ən yüksək nəticədir və bu uğurla ölkəmizi layiqincə təmsil edə bildiyim üçün çox qürur duyuram. “Yeni dalğa” müsabiqəsindəki çıxışımdan sonra Rusiya və bütün postsovet məkanının birinci dərəcəli ulduzları – Larisa Dolina, Ani Lorak, Sergey Lazarev, Oleq Qazmanov, eləcə də məşhur prodüser İqor Matviyenko istedadımı böyük heyranlıqla vurğulayıb, yaradıcılığımı ürəkdən dəstəklədiklərini bildirdilər ki, bu da mənim üçün böyük qürur mənbəyidir.

“Yeni dalğa” müsabiqəsində Mikayıl Vəkilov tərəfindən xüsusi olaraq mənim üçün yazılmış “Mamma” və “It Was December” mahnılarını ifa etmişəm. “It Was December” mahnısının sözlərinin müəllifi isə özüməm. Mikayıl Vəkilov “Karvan” qrupu üçün Azərbaycan estradasına “Qara gözlər”, “Sarı güllər”, “Tufanla oynama”, “Dostum” kimi saysız-hesabsız hitlər bəstələmiş əsl bir epoxadır. Biz “Bakı payızı” festivalında tanış olduq və bundan sonra sıx əməkdaşlığa başladıq.

Bundan əlavə, artıq öz bəstələdiyim və digər müəlliflərlə əməkdaşlıq etdiyim mahnılar da var. Məsələn, mayın 20-si Aytən Əliyeva tərəfindən yazılmış “Mən yalvarıram” adlı yeni mahnım çıxıb. Bir neçə ay əvvəl isə, musiqisi Aytən Əliyevaya, sözləri isə mənə məxsus olan ingilisdilli “Disappear” adlı “single”ımızı təqdim etdik və həmin mahnıya çəkilən klip artıq yutubda 300 min baxışı geridə qoyub.

– Maraqlıdır, musiqiyə belə böyük həvəsiniz və istedadınız ola-ola nə üçün magistri musiqi üzrə oxumaq istəmədiniz?

-Mənim musiqiyə həvəsim və marağım olduqca çoxdur. Ancaq valideynlərim istədi ki, mənim fundamental təhsilim olsun. İndi mən başa düşürəm ki, onlar nə qədər də haqlı imişlər. Mən məktəbdə həmişə dərslərimi çox yaxşı oxumuşam. Əlaçı idim. Musiqi sahəsi də çox çətin bir sahədir. Təxmin etmək olmur ki, sənin hansı layihən, hansı mahnın doğrudan da uğurlu olacaq. Maliyyə baxımından da çox bəlli, strukturlu bir sahə deyil. Ona görə valideynlərim istədi ki, fundamental bir iş yerim, sənətim olsun. Onların bu qərarı indi mənə çox düzgün gəlir.

– Sizi səhnədə və ya musiqi müsabiqələrində görməyə davam edəcəyikmi?

-Əlbəttə! Musiqi mənim həyatımın ayrılmaz hissəsidir və bu sahəni davam etdirmək niyyətindəyəm. Hazırda əsasən öz repertuarım üzərində işləyirəm və yeni mahnılar hazırlayıram. Təbii ki, səhnəyə çıxanda dinləyicilərə nəsə demək, öz sözümü çatdırmaq istəyirəm.

– Azərbaycanın musiqi mədəniyyəti sizin yaradıcılığınıza necə təsir edib?

-Azərbaycan çox unikal bir ölkədir və musiqi baxımından da çox zəngin və fərqli bir mədəni “kod”a malikdir. Bu zənginlik mənim yaradıcılığıma da güclü təsir edib. Uşaqlıqdan muğamdan tutmuş xalq mahnılarına qədər müxtəlif üslublarla tanış olmuşam. Eyni zamanda, Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Qara Qarayevin əsərləri musiqi dünyagörüşümün formalaşmasında böyük rol oynayıb. Ümumiyyətlə, düşünürəm ki, insanın düşüncəsi bir kətan kimidir. Nə qədər çox rəng qatılırsa, o qədər parlaq və maraqlı olur. Azərbaycan musiqisi isə mənim yaradıcılıq “kətanım”a çox gözəl rənglər bəxş edib və mən çalışıram ki, bu ruhu müasir üslubda da yaşadım.

– Həm musiqidə, həm də təhsildə sizi motivasiya edən əsas amil nədir?

-Mənə motivasiya verən əsas amil inkişaf etmək və özümü daim sınamaqdır. Həm musiqidə, həm də təhsildə yeni nələrsə öyrənmək və bu bilikləri tətbiq etmək məni irəli aparır. Eyni zamanda, gördüyüm işlərlə insanlara müsbət enerji ötürmək və onlarda duyğular oyatmaq mənim üçün böyük motivasiyadır. Bir sözlə, hər gün daha yaxşı versiyam olmaq üçün çalışıram.

– Gənc azərbaycanlılara nə tövsiyə edərdiniz. Xüsusilə həm elmdə, həm də incəsənətdə uğur qazanmaq istəyənlərə?

-Ən böyük tövsiyəm odur ki, heç vaxt öz maraqlarından və arzularından vaz keçməsinlər. Əgər insan sevdiyi işi tapırsa, istər elm olsun, istər incəsənət, o sahədə mütləq uğur qazanacaq. Həmçinin, çalışmaqdan qorxmamaq və daim öz üzərində işləmək çox vacibdir. Ən əsası isə inanmaqdır. Əgər insan özünə və yoluna inanırsa, qarşısında heç bir maneə dayana bilməz.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see298

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see204

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see177

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see145

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

28 Oktyabr 2025 21:02see144

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see133

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see128

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see127

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see126

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see123

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see123

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see122

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see122

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see120

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see119

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see117

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see117

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri