Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Kembricdə elmin ön cəbhəsində olan azərbaycanlı alimlə MÜSAHİBƏ

Kembricdə elmin ön cəbhəsində olan azərbaycanlı alimlə MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kembric, 27 sentyabr, AZƏRTAC

Bioinformatika və struktur biologiya sahəsində beynəlxalq nüfuza sahib azərbaycanlı alim Qərib Mürşüdov hazırda Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında qrup rəhbəri kimi fəaliyyət göstərir. Onun elmi nəticələrinə və proqramlarına 70 mindən çox istinad olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş Qərib Mürşüdov elmi fəaliyyətini həm Böyük Britaniyada, həm də Azərbaycanda davam etdirir. O, AZƏRTAC-a müsahibəsində elm sahəsində yolundan, Azərbaycanda elmin inkişafı üçün atdığı addımlardan danışıb, gənclərə tövsiyələr verib. Q.Mürşüdovun müsahibəsini təqdim edirik.

– Siz bioinformatika sahəsində tanınmış mütəxəssis kimi Kembric Universitetinə dəvət olunan azərbaycanlı alimsiniz. Sizi Azərbaycandan Böyük Britaniyaya gətirən elm yolu necə formalaşdı?

- İnsanın həyat yoluna təsir edən amillər, yəqin ki, uşaqlıqdan başlayır. Uşaqlıq illərimdə çoxlu kitab oxuyar və xəyallarla yaşayardım. Valideynlərim sadə insanlar idi və evimizdə kitab yox idi. Xoşbəxtlikdən, məktəbin və kəndin kifayət qədər zəngin kitabxanaları var idi. Mən də elə həmin kitabları oxuyurdum. Anamın nağıl danışmağa olan sevgisi də, şübhəsiz ki, təxəyyülümün inkişafında və öz qüvvəmə inanmağımda mühüm rol oynayıb.

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini 1985-ci ildə bitirdikdən sonra arzuladığım kimi elmlə məşğul olmaq çox çətin idi. Elmi fəaliyyətim Bakıdakı Fizika İnstitutundan Moskvadakı Kristalloqrafiya İnstitutuna keçdikdən sonra nisbətən asanlaşdı. Moskvada aspiranturada oxuduğum müddətdə əldə etdiyim nəticələrə görə beynəlxalq konfranslara və kurslara getmək imkanları var idi. Məhz o vaxt sovet və qərb elmi mühiti arasında böyük fərqi hiss etdim. Nəticə etibarilə qərara gəldim ki, ciddi elmlə məşğul olmaq istəyirəmsə, qərb universitetlərində işləmək mütləq lazımdır. Uşaqlıqdan bəslədiyim xəyallar və oxuduğum ədəbiyyatın təsiri altında İngiltərəni ən nüfuzlu elmi mərkəzlərin ölkəsi kimi təsəvvür edirdim. Buna görə də elmi fəaliyyətimi İngiltərədə davam etdirmək qərarına gəldim. Beləliklə, 1993-cü ildə York Universitetində işləməyə başladım. 2001-ci ildə “Wellcome Trust”dan aldığım böyük elmi tədqiqat qrantı ilə öz qrupumu rəsmi olaraq qurdum. 2011-ci ildə isə mənə Kembricdə qrup yaratmaq təklifi gəldi. Bu təklif gələn institut müasir molekulyar biologiyanın formalaşdığı əsas mərkəzlərdən biridir. Həmin institutda indiyə qədər qrup rəhbəri kimi çalışıram.

– Hazırda rəhbərlik etdiyiniz qrup hansı mövzular üzərində çalışır?

- Hazırda fəaliyyətimi iki hissəyə bölmək olar. Kembricdəki qrupumdakı elmi fəaliyyət - elmi qrupumun əsas fəaliyyəti zülal və digər bioloji makromolekulların öyrənilməsi üçün riyaziyyat, statistika, kompüter elmlərinə və hesablama kimyasına əsaslanan üsulların inkişafı və tətbiqidir. Belə makromolekulların öyrənilməsi fundamental elmi əhəmiyyət daşımaqdan əlavə praktikada da əhəmiyyətlidir. Xəstəliklərin başa düşülməsi və onlara qarşı mübarizə aparmaq üçün bu xəstəlikdə iştirak edən molekulların necə işlədiyini başa düşmək lazımdır. Və ya enerji problemlərinin həllərindən biri üçün fotosintez mexanizmini başa düşmək zərurəti var. Mənim qrupum belə proseslərdə iştirak edən molekulların öyrənilməsi üçün üsullar inkişaf etdirir və kompüter proqramları yazır. Bu proqramlar isə dünyanın müxtəlif ölkələrində istifadə olunur.

Yəqin ki, məni hazırda ən çox həyəcanlandıran, Azərbaycanda elmin inkişafına təkan vermək üçün verdiyim cəhdlərdir. Bunun üçün müxtəlif istiqamətlərdə fəaliyyət göstərirəm. Fəaliyyətlərdən biri kimi, Bakıdakı Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda rəhbərlik etdiyim laboratoriyadır. Laboratoriya işçiləri üçün Kembricdəki qrupuma elmi ezamiyyətlərə gəlmək imkanları yaranır. Bu isə onların inkişafına kömək edir. Bundan əlavə, Azərbaycanda olanda müxtəlif universitetləri və məktəbləri ziyarət edirəm. Əsas məqsədim gənclərdə həvəs yaratmaq və öz qüvvələrinə inanmaq üçün məsləhətlər verməkdir. Mən inanıram ki, əgər hamımız bir yerdə işləsək, gənclərdə həvəs yaradaraq gələcəkdə Azərbaycanda güclü elmi fəaliyyətlər için şərait yarada bilərik.

- Sizin elmi nəticələriniz beynəlxalq səviyyədə tanınır. Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası üçün hansı imkanlar və çətinliklər mövcuddur?

- 15 ildən çoxdur ki, Azərbaycanda elmin inkişafına töhfə verməyə çalışıram. Lakin gördüyüm nəticələr hələlik məhduddur və qarşımızda hələ çox iş var. Azərbaycanda əhəmiyyətli elmi potensial mövcuddur. Bu potensialı düzgün dəstəkləmək və güclü mərkəzlər yaratmaqla ölkəmizdə elmin sürətlə inkişafı mümkündür.

- Elmi məqalələrinizə və proqramlarınıza 70 mindən çox istinad olunub. Bu, çox böyük göstəricidir. Sizcə, belə bir uğurun arxasında hansı amillər dayanır?

- Mənə görə, elmi fəaliyyətin qiymətləndirilməsində əsas meyar məqalələrin sayı və ya istinadlar deyil. Əsas olan, elmi nailiyyətin keyfiyyəti və dərinliyidir ki, bunu da yalnız həmin sahənin ekspertləri həqiqi qiymətləndirə bilər.

Uğurun əsasında isə üç şey dayanır: daimi özünü təkmilləşdirmə, çətinliklərə meydan oxumaq kimi baxmaq və yorulmadan işləmək. Yeni bir ideya yarananda qarşıma çıxan problemləri bir maneə deyil, həll edilməli bir çağırış kimi qəbul edirəm. Ətrafımdakıların “bu mümkünsüzdür” deyə inanması, mənim daha da rəqabət hissi ilə işimlə məşğul olmağıma səbəb olur.

– 2022-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Sizə “Əməkdar elm xadimi” fəxri adı verildi. Bu mükafat Sizin üçün hansı mənanı daşıyır?

- Prezidentə şəxsi işlərimə yüksək qiymət verdiyinə görə səmimi təşəkkürümü bildirirəm. Bununla belə, vurğulamaq istərdim ki, mənim üçün şəxsi nailiyyətlərdən daha əhəmiyyətli olan, Azərbaycanda elmin inkişafına verdiyim töhfəmdir. Əgər bu ad mənim bu istiqamətdəki səylərimi daha effektiv və məhsuldar edərsə, bu, mənim üçün ən böyük mükafatdır. Artıq müşahidə edirəm ki, bu ad həmin səyləri daha da gücləndirməyə kömək edir. Əsas müsbət nəticələri isə gələcəkdə gözləyirik.

– Sizcə, xaricdə yaşayan azərbaycanlı alimlərin diasporun inkişafında rolu nədən ibarət ola bilər? Onların təcrübəsindən ölkəmiz necə faydalana bilər?

- Elmi diasporun yaradılması ümumi diasporun möhkəmlənməsinə, alimlər arasında əməkdaşlıq və qarşılıqlı dəstəyin artmasına, gənc kadrların inkişafına və ən əsası, Azərbaycanda elmin irəliləməsinə mühüm töhfə verə bilər. Bu fəaliyyət universitetlərdə və məktəblərdə görüşlər, tədris və tədqiqat proqramlarında iştirak, eləcə də uğurlu azərbaycanlı alimlərin işlərinin mediada tanıdılması kimi təşəbbüslərlə gerçəkləşə bilər. Həmçinin müasir elmi və texniki ədəbiyyatın Azərbaycan dilinə çevrilməsinə də dəstək göstərilə bilər.

– Gənc azərbaycanlı alimlər üçün Sizcə ən önəmli dərs nədir? Xaricdə elm sahəsində uğur qazanmaq istəyənlərə hansı məsləhətləri verərdiniz?

- Ən vacib məqam gənclərin öz gücünə və istedadına inanmasıdır. Azərbaycan gəncləri istedad baxımından heç bir millətdən geri qalmır, sadəcə texniki imkanların məhdudluğu bəzən onların inkişafına mane olur. Lakin əsas biliklər möhkəm olduqda, digər bacarıqları öyrənmək mümkündür. Bu gün kitablar, videolar və beynəlxalq resurslar kifayət qədər əlçatandır, həmçinin elm adamlarının əksəriyyəti kömək etməyə hazırdır. Gənclər bu imkanlardan maksimum yararlanmalıdır. Unutmamaq lazımdır ki, soydaşlarımız həmişə dəstəyə hazırdır və Azərbaycan xalqı övladlarının uğurları ilə fəxr edir.

– Bioinformatika və struktur biologiya bu gün ən sürətlə inkişaf edən sahələrdəndir. Sizcə, yaxın illərdə bu istiqamətlərdə hansı böyük elmi kəşflər gözlənilir?

- Yəqin ki, hüceyrələrin müxtəlif səviyyədə quruluşu və orada olan molekulların qarşılıqlı əlaqələrini nəzərə alan dinamika böyük bir hadisə olacaq. Bu, müəyyən xəstəliklərə qarşı mübarizə üçün üsulların fikirləşilməsindən əlavə, hüceyrələrdə gedən proseslərdən müəyyən praktiki problemlərin həlli üçün istifadə etmək üçün də imkanlar yaradacaq. Məsələn, ətraf mühitin təmizlənməsi, yaşıl enerji və s. problemlərə yeni yanaşmalar olacaq.

– Özünüz üçün qarşıya qoyduğunuz növbəti elmi hədəflər nələrdir? Qərib Mürşüdovu gələcəkdə hansı yeni layihələrdə görə biləcəyik?

- Mənim üçün hazırda konkret elmi işlərlə məşğul olmaqdan əlavə, Azərbaycan elminə kömək etmək də maralıdır. Konkret elmi işlərimi texniki detallara girmədən izah etmək çətindir, lakin qısa şəkildə desəm, bu, makromolekulyar quruluşların öyrənilməsi üçün statistik modellərin qurulmasıdır. Bu, məsələn, süni intellekt kimi tanınan sahəyə aiddir, lakin mahiyyətcə model qurmaqdan ibarətdir. Azərbaycanda elmin inkişafı məni ən çox narahat edən və həyəcanlandıran məsələdir. Ümid edirəm ki, bir neçə ildən sonra Azərbaycanda aparılan elmi işlərin keyfiyyətindən danışacağıq. Lakin hələlik görüləsi çox iş var, müxtəlif resursları səfərbər etmək lazımdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see261

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see212

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see198

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see194

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see174

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see160

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see156

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see139

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see138

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see136

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see135

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri