Icma.az
close
up
RU
Bakı prosesdə sadəcə müşahidəçi olmayacaq...

Bakı prosesdə sadəcə müşahidəçi olmayacaq...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Qərb dairələrinin anti-Azərbaycan mahiyyəti bütün kodları üzrə ortaya qoyulub

Qlobal təhlükəsizliyin və yeni, dayanıqlı iqtisadi münasibətlər sisteminin formalaşmasının ən mühüm elementlərindən biri sayılan Cənubi Qafqaz mühüm çağırışlar ərəfəsindədir. Bu mənada qlobal diqqətin regiona yönəlməsi həm təqdirəlayiq, həm də təbiidir - bununla belə fərqli lokal və korporativ maraqlar üzərindən regiona müdaxilə cəhdləri mənasız və yersizdir. Xüsusilə, bölgənin “ən zəif bəndi” sayılan Ermənistan üzərindən qurulan siyasi oyunlar fiaskoya məhkumdur. Son 4-5 il ərzində Azərbaycanın regionla bağlı apardığı uğurlu siyasi kurs demək olar ki, bütün bu çirkin maraqların zərərsizləşdirilməsinə imkan yaradıb - bu səbəbdəndir ki, “son variant” olaraq özünü “havadar” qismində təqdim edən kənar güclər Ermənistanı fərqli yollarla - silahlandırma, revanşist ideologiyaya sürükləmə, müxtəlif dəstək kampaniyaları vasitəsilə şirnikləndirməyə, nəticə etibarı ilə isə, regionda davamlı sülhün formalaşmasına mane olmağa çalışırlar. Amma Ermənistan bu oyunların “alətinə” çevrilməklə ən çox özünə pislik etmiş olur. Hazırki məqamda aktiv silahlanma İrəvanın əleyhinə işləyən bir prosesdir. Bu, Cənubi Qafqazda sülhə mane olmaqla yanaşı, həm də İrəvanın müstəqil inkişaf yolunun məhz özü tərəfindən tam şəkildə qapadılmasına zəmin hazırlayır.

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində bildirib ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir. Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir: “Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar”.

Ermənistana bu silahlar ya pulsuz verilir, ya da...

Diqqət yetirsək, Ermənistanı açıq silahlandıran və ya dolayısı ilə silah üçün maliyyə ayıran dairələr bu və ya digər şəkildə bir-biri ilə əlaqəlidir. Məsələn, İrəvanın silahlandırılmasında “müstəsna” rolu olan Fransa pərdəarxasında prosesi fərqli məcraya yönəltməyə çalışır - Paris anlayır ki, Ermənistanın bu silahların pulunu vermək üçün heç bir iqtisadi resursa malik olmaması onların əleyhinə işləyən bir məqamdır. Bu baxımdan, dövrəyə yeni bir “ermənipərəst havadar” çıxır - Avropa Sülh Fondunun xətti ilə Ermənistana bu “silahların pulunu” ödəməsi üçün maliyyə yardımı ayrılır. Dövlət başçısı müsahibəsində qeyd edib ki, Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir. “Eyni zamanda, Avropa İttifaqının dırnaqarası sülh fondundan. Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Oradan da birinci ödəmə edildi və bizdə olan məlumata görə, bu, son ödəmə deyil”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan öz mövqeyini müdafiə edəcək...

Qeyd edildiyi kimi, Cənubi Qafqaza müdaxilə planlarının reallaşması üçün Ermənistana havadarlıq edən dairələr bölgədə silahlı təhdidin aradan qalxmasını yumşaq şəkildə desək, istəmirlər. Əksinə, ötən ilin aprelində ABŞ-Aİ-Ermənistan arasında imzalanan birgə sənəd bu vəziyyətin demək olar ki, stimullaşdırılmasıdır. Bölgədə planlaşdırılan sülh prosesini diskomfort trayekotoriyaya yönəltmək üçün Bayden admin?strasiyası və Aİ bütün güclərini səfərbər etdilər:

- Mülki müdafiə adı altında kəşfiyyat dəstələri Ermənistan ilə Azərbaycan arasındakı şərti sərhəddə göndərildi;

- Aİ-də Fransanın başçılığı altında Ermənistanın “hərbi müttəfiq arealının genişləndirilməsi” görüntüsü yaradıldı (Hindistanın və Yunanıstan prosesə cəlb olunması ilə);

- Bayden administrasiyasının “təşəbbüsü” ilə Ermənistan ilə ABŞ birgə hərbi təlimlərə start verdi.

Beləliklə, Qərbin bu dairələrinin anti-Azərbaycan mahiyyəti bütün kodları üzrə ortaya qoyuldu. Prezident İlham Əliyev müsahibəsində ötən ilin aprelində  Amerika, Avropa İttifaqı və Ermənistan arasında yaradılmış platformaya diqqət çəkərək bildirib ki, bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır: “Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Biz onlara bu barədə artıq bildirmişik. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Məhz buna görə keçən ay Amerika Dövlət katibinin xahişi havada qaldı və Azərbaycan üçtərəfli görüşə razılıq vermədi. O cümlədən, bildiyiniz kimi, Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər keçirilmişdir. Artıq buna da son qoyuldu. Yəni, biz ikitərəfli danışıqlar formatının tərəfdarıyıq və əlbəttə ki, Azərbaycan bu məsələnin tərəfi kimi öz mövqeyini müdafiə edəcək”.

Beləliklə, Azərbaycan özünün qətiyyətini açıq şəkildə ortaya qoyur. Gücündən və ya qlobal məkandakı statusundan asılı olmayaraq destruktiv addımlara köklənən niyyətlər Bakı tərəfindən açıq iqnor edilir. Cənubi Qafqazla bağlı qeyri-konstruktiv planlar quranlar anlamalıdır ki, Ermənistanla əməkdaşlıq və ya tərəfdaşlıq onlar üçün nəinki hər hansı bir üstünlük vəd etmir, tam əksinə, onların əsl kimliyinin üzərinə işıq salır...

Siyasi səhnədən biabırçılıqla silinirlər

Ermənistan isə həm baş verənlərdən, həm də dünyada gedən yeni proseslərdən özləri üçün nümunə çıxarmalıdırlar. Yeni qlobal sistemdə standartlar və çağırışlar fərqlidir - artıq əməkdaşlıq və tərəfdaşlıq paradiqmaları heç də lokal maraqlar üzərindən tənzimlənmir. Dünyanın aparıcı gücləri mənfi tendensiyalarla beynəlxalq aləmdə sülh proseslərinə mane olmağa çalışanları həm ifşa edir, həm də zərərsizləşdirir. Məsələn, illərdir Azərbaycanın əleyhinə aparılan kampaniyalarda ön sırada təmsil olunan Kanadanın baş naziri Castin Trüdo istefa verdi. Fransa lideri Makronun rəhbərlik etdiyi hakimiyyətin neokolonialist siması artıq bütün dünyada ifşa edilir. Siyasi rüsvayçılıq yaşayan Makron başını o qədər itirib ki, Azərbaycana qarşı cəfəng iddialar səsləndirməkdən, boş fikirlər söyləməkdən belə “çəkinmir”. Bu onu göstərir ki, artıq dünyada fərqli proseslər başlayıb. Ermənistan da bu proseslərdən özü üçün nəticə çıxarmalıdır, heç kimin köməyinə arxayın olmamalıdır. Prezident İlham Əliyev müsahibəsində Ermənistan tərəfinə hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməyi məsləhət görüb: “Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir. Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür. Dünən Fransa prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik”.

O ki qaldı, Paşinyan hakimiyyətinin əsas “dayaqlarından” sayılan Bayden administrasiyasına, o cəbhədə də vəziyyət İrəvan üçün ürəkaçıcı deyil. Yeni hakimiyyət özünün prioritet istiqamətləri haqda danışır və gələcək münasibətlərin müstəvisi müəyyənləşdirilir. Ermənistan isə Bayden administrasiyası dövründə daxil olduğu “tablo”dan qovulur. Prezident müsahibəsində bildirib ki, Amerikada da Soros dövrü başa çatıb: “Ermənistan rəhbərliyi bunu da nəzərə alsın. Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar”.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see270

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see251

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see237

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see230

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see229

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see213

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see212

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see211

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see207

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see205

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see200

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see199

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see195

Həddindən artıq acı yemək mədə xərçəngi riskini artıra bilər Həkim xəbərdarlıq etdi

04 Sentyabr 2026 23:45see192

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see189

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see182

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see176

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see171

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see170

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri