Icma.az
close
up
RU
Bakı nöqtəni NİDA etdi: “Vasitəçi olmayacaq!”

Bakı nöqtəni NİDA etdi: “Vasitəçi olmayacaq!”

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, sülh müqaviləsi layihəsində preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. “İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir. Ancaq hələ ki, razılığa gəlmək mümkün olmayıb”, - XİN başçısı qeyd edib.

Nazir həmçinin Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunu xatırladıb: “Biz Ermənistandan bu istiqamətdə qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfinin gətirdiyi arqumentlər bizi qane edə bilməz”.

Eyni gündə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, üçüncü ölkəyə ehtiyac yoxdur: “Əksinə, üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər verir”.

H.Hacıyev bildirib ki, Ermənistanın silahlanmasının arxasında dayanan qüvvə Fransadır: “Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir. Silahlar təkcə Fransa tərəfindən verilmir”.

Prezident köməkçisi habelə iki ölkənin sərhədində üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsini “narahatedici məsələ” adlandırıb. “Ermənistan-Azərbaycan sərhədində Avropa Birliyi missiyasının yerləşdirilməsinə lüzum yoxdur. Bu missiyanın fəaliyyəti artıq başa çatmalıdır”, - deyə o əlavə edib.

Beləcə, Bakı nöqtəni nida işarəsinə çevirib: Ermənistanla danışıqlarda vasitəçi olmayacaq, İrəvanın silahlanmasına və havadar axtarışına göz yumulmayacaq. Bu ayın əvvəlində Azərbaycanın Maltada ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə XİN rəhbərləri səviyyəsində görüş təklifindən imtinası bunun növbəti bariz sübutu sayıla bilər. 

Yeri gəlmişkən, Bakıdan fərqli olaraq, İrəvan Blinkenin təşəbbüsünə “hə” demişdi. Odur ki, məntiqli sual ortaya çıxır: Ermənistan sona qədər ikitərəfli formata sadiq qala biləcəkmi, yoxsa hansısa mərhələdə yenə “vasitəçi” qismində havadar axtaracaq?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın ümumiyyətlə davranışları qeyri-sabit, qeyri-konstruktiv davranışlar kimi səciyyələnir. O ki qaldı Ermənistanın bundan sonra sülh danışıqları ilə bağlı davranışlarının necə olacağına, Ermənistanın davranışları daha çox xaotik xarakter daşıyır: “Ermənistan gah özünü kənar vasitəçi olmadan Azərbaycanla sülh danışıqlarının aparılmasının tərəfdarı kimi göstərir, gah kənar vasitəçinin, məsələn, Fransanın, yaxud da ATƏT-in Minsk Qrupu həmsədrlərinin dirildilərək onların vasitəçiliyi ilə sülh danışıqlarına getmək istəyini ortaya qoyur. Bununla İrəvan prosesi əngəlləməyə, mümkün olduğu qədər yubatmağa çalışır. Ermənistanı bu ziqzaqlı siyasət yürütməyə məhz elə vasitəçi görmək istədiyi ölkələr, təşkilatlar sövq edir. Ermənistan müstəqil mövqe nümayiş etdirmək imkanında deyil, asılıdır. Ermənistan özü də əslində ikitərəfli danışıqlar formatında çox da maraqlı deyil. Çünki Ermənistan siyasi elitası hesab edir ki, onlar vasitəçilərsiz danışıqlarda guya Azərbaycanın daha çox təzyiqinə məruz qalıb daha çox güzəştə gedə bilərlər. Ona görə də mümkün qədər daha çox vasitəçi, xüsusilə də Ermənistanın himayədarı rolunda çıxış eləyən tərəfdaşlarını bu prosesdə görmək istəyirlər. Amma Azərbaycan son bir ildə Ermənistanı da artıq bu gerçəkliyi qəbul eləməyə vadar edib ki, vasitəçilərin iştirakı ilə aparılan danışıqlar nəticəli olmur. Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişlər məhz ikitərəfli danışıqların nəticəsində əldə edilib. Bu baxımdan Ermənistanın ziddiyyətli və xaotik davranışlarına baxmayaraq hesab edirəm ki, sülh danışıqları prosesini sonda ikitərəfli formatda yekunlaşdırmaq mümkün olacaq”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Dekabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri