Icma.az
close
up
RU
Bakı Qazax yolunda təmir nə yerdədir? VİDEO

Bakı Qazax yolunda təmir nə yerdədir? VİDEO

Icma.az, Unikal.az saytına istinadən bildirir.

“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə–Qazax–Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir və artıq yekunlaşma mərhələsindədir. Layihəyə əsasən yol yatağının ümumi eni 27,5 metr təşkil edir.

Bu barədə "Unikal"a AAYDA-dan məlumat verilib  

Magistral yol hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağından ibarətdir. Magistralın Gəncə–Qazax–Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 Lot üzrə həyata keçirilir. 1-ci və 2-ci Lotlar, eləcə də 3-cü Lotun bir qismi üzrə işlər tam başa çatdırılıb və 2023-cü il avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumi uzunluğu 102 kilometr olan Gəncə–Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yenidən qurulan 1b texniki dərəcəli yolun bu hissəsində 67 altkeçid, 19 qovşaq və 17 körpü (ümumilikdə 36 ədəd) tikilərək istifadəyə verilib. Hazırda tikinti işləri magistralın sonuncu 28 kilometrlik Qazaxbəyli–Gürcüstan sərhədi hissəsində – layihənin 102.2–130.150-ci kilometrliyində – son mərhələdə olmaqla davam etdirilir. Bu hissə boyunca (km 102–130.150) 4 yol qovşağı və ötürücüsü, 2 çay körpüsü, 15 yeraltı keçid, 13 düzbucaqlı su keçidi, 68 dairəvi suötürücü boru inşa edilib. Layihəyə uyğun olaraq zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb. Hazırda ərazidə işıqlandırma sistemi qurulur, zəruri sahələrdə drenaj beton kanalları çəkilir və təhlükəsizlik bordürlərinin düzülməsi işləri aparılır. Tikinti prosesi magistral avtomobil yolunda vətəndaşların hərəkətini dayandırmadan, “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında keyfiyyətlə icra olunur.  

Uzunluğu 130,15 kilometr olan Gəncə–Qazax–Gürcüstan sərhədi yolunun 4 zolağa genişləndirilməsi və sürət limitinin yüksəldilməsi nəticəsində vətəndaşların daha rahat və təhlükəsiz hərəkəti təmin olunacaq. Bundan əlavə, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi həm əhalinin, həm də sürücülərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı–Qazax–Gürcüstan sərhədi magistral yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən əsas hissələrindən biri olmaqla, Avropa–Asiya və Yaxın Şərq ölkələri arasında, eləcə də respublika daxilində nəqliyyat əlaqələrinin inkişafında xüsusi rol oynayır. Layihə tam başa çatdıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən bu hissəsi Avropa ilə Asiya arasında beynəlxalq və daxili yükdaşımaların artırılmasına mühüm töhfə verəcək.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Noyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri