Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Bakı qlobal urban dialoqunun mərkəzinə çevrilir

Bakı qlobal urban dialoqunun mərkəzinə çevrilir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

WUF13 Azərbaycanın şəhərsalma modelini dünyaya təqdim edəcək

Bakı, 3 noyabr, C.Xəlilov, AZƏRTAC

Gələn il Bakı qlobal miqyasda ən mühüm urban forumlarından birinə — Ümumdünya Şəhər Forumuna (World Urban Forum – WUF) ev sahibliyi etməklə, urbanizasiya, iqlim və dayanıqlı inkişaf sahəsində beynəlxalq dialoqun mərkəzinə çevriləcək.

XXI əsr şəhərlərin əsridir. Hazırda dünya əhalisinin təxminən 56 faizindən çoxu şəhərlərdə yaşayır. BMT-nin 2023-cü il “World Urbanization Prospects” hesabatında bu göstəricinin 2050-ci ilə qədər 68,4 faizə çatacağı qeyd olunur. Belə bir şəraitdə şəhərsalma, dayanıqlı inkişaf, ekoloji tarazlıq və sosial bərabərlik məsələləri beynəlxalq gündəmin mərkəzinə çevrilib. Bu baxımdan, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan Ümumdünya Şəhər Forumu dünya miqyasında şəhər inkişafı üzrə ən nüfuzlu platformalardan biridir.

Azərbaycan üçün WUF-un əhəmiyyəti sadəcə beynəlxalq tədbirdə iştirakla məhdudlaşmır. Bu forum ölkəmizin şəhərsalma strategiyasını, postmünaqişə dövründə yenidənqurma modelini və innovativ yanaşmalarını dünya ictimaiyyətinə təqdim etmək imkanı yaradır.

Prezident İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində vurğuladığı kimi, Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə bu sahədə qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial rifahın artırılmasına və iqlim dəyişmələrinə uyğunlaşmaya mühüm töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir.

Şəhərsalma, davamlılıq və inklüziv inkişaf sahəsində beynəlxalq səviyyəli diskussiyaların və praktiki əməkdaşlıq platformasının əsas meydanlarından olan WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyan hadisədir. Bu forumun ölkəmizə gətirəcəyi siyasi, iqtisadi, sosial və ekoloji faydalar kompleks şəkildə müzakirə edilməlidir.

Beynəlxalq etimadın təsdiqi və regional liderlik

Azərbaycanın WUF13-ə ev sahibliyi etmək hüququ qazanması ölkəmizin beynəlxalq miqyasda artan etimadının və regional liderliyinin göstəricisidir. BMT-nin qərarı ilə bu mötəbər tədbirin Bakı şəhərində keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf, şəhərsalma və bərpa sahəsində əldə etdiyi uğurların qlobal miqyasda tanınmasının bariz nümunəsidir.

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi və diplomatik əlaqələrinin genişlənməsi baxımından da strateji əhəmiyyət daşıyır. Bu, Azərbaycanın regional əməkdaşlıq mərkəzi kimi rolunu gücləndirir, şəhərsalma diplomatiyasını iqtisadi və ekoloji diplomatiya ilə inteqrasiya edən nadir modellərdən birini formalaşdırır.

Onu da qeyd edək ki, Bakı şəhərinin ev sahibi kimi seçilməsi Azərbaycanın son illərdə şəhərsalma, infrastruktur və bərpa sahəsində atdığı addımların nəticəsidir. Bu fakt, həmçinin Bakının qlobal dialoq mərkəzi imicinin daha da güclənməsinə xidmət edir.

Bakıda keçiriləcək tədbirə 140-dan çox ölkədən nümayəndənin qatılacağı proqnozlaşdırılır. Forum çərçivəsində 40-dan çox beynəlxalq panel, 100-ə yaxın paralel sessiya və şəhər innovasiyaları sərgiləri nəzərdə tutulur.

WUF13 Azərbaycanın “urban inkişafda aktiv tərəfdaş” kimi çıxış etməsi, çoxsaylı beynəlxalq təşkilatlar, dövlətlər və şəhərsalma sahəsinin aparıcı qurumları ilə birbaşa əlaqələr qurması üçün unikal platformadır. Əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” olan Forum Azərbaycanın “şəhər–insan–davamlılıq” üçlüyündə əldə etdiyi təcrübəni bölüşmək üçün əla fürsət yaradır.

Regional liderlik və yeni əməkdaşlıq sferası

Azərbaycan üçün WUF13 yalnız ölkə daxilində deyil, regionda da mühüm rol oynayır. Forum çərçivəsində 64 ölkədən 400-dən çox ekspertin iştirak etdiyi Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu artıq uğurla keçirilib. WUF13-ün Bakıda təşkili qərarı qonşu ölkələrdə və beynəlxalq mediada da rezonans doğurub. Türkiyə və Gürcüstan mətbuatı bu hadisəni urban diplomatiyasının mərkəzinin Cənubi Qafqazda formalaşması kimi dəyərləndirib. Bu təcrübə Azərbaycanı urban inkişafı sahəsində regionda “dialoq mərkəzi” kimi mövqeləndirir.

Forum vasitəsilə Azərbaycan:

• Cənubi Qafqazda dayanıqlı inkişaf və enerji keçidi prosesinə liderlik edən ölkə statusunu möhkəmləndirir;

• Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə “yaşıl infrastruktur dəhlizi” üzrə strateji inteqrasiya platforması yaradır;

• Ermənistanla normallaşma və regional kommunikasiyaların bərpası fonunda, “urban diplomatiya” vasitəsilə sülh narrativini iqtisadi və sosial əməkdaşlığa çevirir.

BMT-nin UN-Habitat strukturu və Dünya Bankının hesablamalarına görə, Cənubi Qafqazda urban bərpa layihələrinin dəyəri 2030-cu ilə qədər 40 milyard dollara çata bilər. Bu kontekstdə WUF13-ün Bakıda keçirilməsi regionun bu bazarda əsas söz sahibinin məhz Azərbaycan olacağını göstərir. Bir sözlə, WUF13 sadəcə bir forum deyil, Qafqazda postmünaqişə dövründə urban mədəniyyətinin yenidən formalaşması prosesinin başlanğıcıdır.

Eyni zamanda, forum yerli bələdiyyələr, icmalar, özəl sektor və QHT-lər üçün dünyəvi urbanizm təcrübələri ilə tanışlıq və region səviyyəsində təqdimat imkanları təmin edir. Bu, Cənubi Qafqazda daha vahid, əlaqələndirilmiş şəhərsalma strategiyalarının formalaşmasına stimul verəcək və Azərbaycanın regional liderlik mövqeyini gücləndirəcək.

Azərbaycan Cənubi Qafqazda bərpa, inkişaf və sülh modeli təşviq edən ölkə kimi, WUF vasitəsilə bu missiyasını qlobal auditoriyaya çatdırır. Forumun Bakıda təşkili yalnız beynəlxalq tədbir deyil, həm də şəhərsalma vasitəsilə sülh quruculuğu ideyasının təbliğidir və BMT-nin “Sülh və rifah üçün davamlı şəhərsalma” prinsipləri ilə tam uyğundur.

Postmünaqişə dövründə şəhərsalma, eyni zamanda, ictimai yaddaşın bərpası və sosial etimadın formalaşması vasitəsidir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələr bu mənada “sülh üçün şəhərsalma”nın konkret təzahürüdür — burada infrastrukturla yanaşı, birgəyaşayış, inklüziv icmalar və sosial barış konsepsiyaları paralel şəkildə inkişaf etdirilir. WUF bu layihələrin beynəlxalq səviyyədə elmi və sosial legitimliyini artırmaq, Azərbaycanın urbanistik və postmünaqişə inkişaf modelini dünyaya nümayiş etdirmək üçün nadir fürsət yaradır.

Vurğulamaq yerinə düşər ki, Böyük Qayıdış Proqramı çərçivəsində yenidən qurulan torpaqlarımızda müasir texnologiyalar əsasında “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir ki, bu da ölkəmizə səfər edən xarici qonaqların diqqətini cəlb edir.

Forumun iqtisadi və ekoloji təsirləri

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın iqtisadi və infrastruktur inkişafı üçün yeni imkanlar açır:

• Tədbirə 20 mindən çox iştirakçının qatılması gözlənilir ki, bu da otel, nəqliyyat, logistika, qonaqpərvərlik və konfrans xidmətləri sektorlarında ciddi hərəkətlilik yaradacaq.

• Forumun hazırlıq mərhələsində şəhər infrastrukturu yenilənəcək, ictimai məkanlar və logistika sistemləri beynəlxalq standartlara uyğunlaşdırılacaq. Bu proses həm yerli bizneslər üçün əlavə gəlir mənbəyi yaradacaq, həm də xidmət sektorunda yeni iş yerlərinin açılmasına təkan verəcək. Belə ki, təxminən 15 mindən çox yerli əməkdaşın otel, iaşə, nəqliyyat, media, texniki xidmət və təhlükəsizlik sahələrində məşğulluğu təmin ediləcək.

• Forum çərçivəsində şəhərsalma üzrə beynəlxalq əməkdaşlıq layihələri, investisiya sessiyaları, startap sərgiləri və urbanistika sahəsində elmi müzakirələr təşkil olunacaq. Bu tədbirlər həm yerli universitetlərin və gənc mütəxəssislərin qlobal urban şəbəkələrinə inteqrasiyasını gücləndirəcək, həm də Azərbaycan şirkətlərinə beynəlxalq tərəfdaşlarla birbaşa əməkdaşlıq imkanları yaradacaq.

• WUF13 Azərbaycanda şəhərsalma və bərpa layihələrinin beynəlxalq müstəvidə təqdimatı üçün yeni investisiya axınlarının formalaşmasına şərait yaradacaq. Yerli bələdiyyələr, dövlət qurumları və özəl sektor “smart infrastruktur”, “yaşıl şəhər” və “enerji səmərəliliyi” kimi mövzularda bilik və təcrübə mübadiləsi aparacaq. Bu, Azərbaycanın müasir şəhərsalma standartlarına uyğun transformasiyasını daha da sürətləndirəcək.

İrimiqyaslı beynəlxalq forumlar ev sahibi ölkəyə BMT-nin Dayanıqlı İnkişaf Ofisinin və Dünya Turizm Təşkilatının (UNWTO) qiymətləndirmələrinə əsasən, 200–250 milyon dollar birbaşa və dolayı iqtisadi fayda gətirir. Bu gəlirlər əsasən turizm, nəqliyyat, otel və xidmət sektorlarında cəmlənir. 2020-ci ildə Əbu-Dabidə keçirilən WUF10 forumu zamanı 30 mindən çox iştirakçı 170 ölkədən qatılmış, yerli iqtisadiyyata təxminən 180 milyon dollar əlavə gəlir gətirmişdi.

2022-ci ildə Polşanın Katovitse şəhərində keçirilən WUF11-də 17 mindən çox iştirakçı olmuşdu. Bakıda keçiriləcək WUF13-ün isə bu göstəricini 20–25 faiz üstələyərək 20 minə yaxın beynəlxalq qonağı cəlb edəcəyi gözlənilir. Bu, təkcə elmi və institusional əməkdaşlığa deyil, həm də turizm və xidmət sektoruna ciddi iqtisadi təkan verəcək.

Dünya üzrə urban ərazilər iqlim dəyişikliyi və resurs məhdudiyyəti qarşısında ən həssas məkanlardan sayılır. UN-Habitatın məlumatına görə, qlobal miqyasda enerji istehlakının və karbon emissiyalarının 70 faizi şəhərlərdə yaranır, bu isə “yaşıl infrastruktur” və ekoloji dayanıqlılıq məsələlərini prioritetə çevirir.

Azərbaycan üçün bu mövzu xüsusi aktuallığa malikdir. Bakı və digər şəhərlərdə urban inkişaf, iqlim riskləri və təbii resurslardan səmərəli istifadə məsələləri diqqət mərkəzindədir. WUF13 çərçivəsində bu problemlərin müzakirəsi ölkəmiz üçün bir sıra yeni imkanlar yarada bilər:

• “Ağıllı şəhər”, “yaşıl enerji”, “smart su və enerji sistemləri” kimi sahələrdə beynəlxalq təcrübənin tətbiqi;

• Təkrar istifadə edilən materiallardan və ekoloji texnologiyalardan istifadənin artırılması;

• İqlim adaptasiyası və dayanıqlı bərpa layihələri üçün beynəlxalq maliyyə və texnoloji əməkdaşlıq imkanlarının genişlənməsi;

• Azərbaycanın regional səviyyədə “urban ekosistemlərdə dayanıqlı inkişaf” sahəsində təcrübə paylaşan lider ölkə kimi tanınması.

Beləliklə, WUF13 təkcə şəhərsalma və iqtisadi inkişaf baxımından deyil, həm də ekoloji və elmi baxımdan Azərbaycanın beynəlxalq imicini möhkəmləndirən, gələcək nəsillər üçün dayanıqlı şəhər modeli formalaşdıran mühüm platforma olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see440

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see391

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see355

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see286

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see221

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see214

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see214

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see210

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see204

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see202

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see194

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see191

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see188

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see185

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see182

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see181

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see173

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see170

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see160

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri